Xəbərlər, Məktəb Güşəsi
28 avqust 2018
561

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Avqustun 28-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib.

Təhsil idarəsindən Mektebgushesi.az -a verilən məlumata görə, onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş  24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
I sinfə qəbul üçün müraciət edənlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün müraciət edənlərin sayı AÇIQLANDI

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır