Xəbərlər / Abituriyent
24 avqust 2018
2 188


Boş qalan plan yerləri abituriyentlərinin müsabiqə nəticələri....Ümumi statistika

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında məlumatları təqdim edirik
 
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar. DİM-dən verilən məlumata görə, ilk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.

II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi.

III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi.

IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi.

Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olmuşdur. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38201 nəfər idi.

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla), boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.
 
Aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

III qrupda yüksək bal toplayıb qəbul ola bilmədilər...Boş qalan yerlərə seçimə bir gün qalıb

III qrupda yüksək bal toplayıb qəbul ola bilmədilər...Boş qalan yerlərə seçimə bir gün qalıb

500 və 600-dən çox bal toplayan 50 abituriyent universitetə girə bilmədi

500 və 600-dən çox bal toplayan 50 abituriyent universitetə girə bilmədi

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Ali məktəblərə qəbul olan abituriyentlərin və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Ali məktəblərə qəbul olan abituriyentlərin və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə və magistraturanın boş qalan plan yerlərinə qeydiyyat başa çatıb

Ali məktəblərə və magistraturanın boş qalan plan yerlərinə qeydiyyat başa çatıb

Bu il ali məktəblərə qəbulda iştirak edən abituriyentlərin sayı AÇIQLANIB - RƏSMİ

Bu il ali məktəblərə qəbulda iştirak edən abituriyentlərin sayı AÇIQLANIB - RƏSMİ

Abituriyentlərə son xəbərdarlıq edildi: 17:00-a kimi vaxtınız var

Abituriyentlərə son xəbərdarlıq edildi: 17:00-a kimi vaxtınız var

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

Ali məktəblərin və kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayıb

Ali məktəblərin və kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayıb

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Yüksək bal toplayanlar  hansı  bölgələrdən   olduğu  açıqlandı.

Yüksək bal toplayanlar hansı bölgələrdən olduğu açıqlandı.

4 min plan yeri bu qrupda boş qalacaq...İxtisas seçimi davam edir

4 min plan yeri bu qrupda boş qalacaq...İxtisas seçimi davam edir

Ali məktəblərin boş qalan plan yerləri və 11 illik bazada kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb

Ali məktəblərin boş qalan plan yerləri və 11 illik bazada kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA