Xəbərlər / Müəllim
23 avqust 2018
2 329


Hicablı müəllimdən İRAD

 Hicablı müəllimdən İRAD

 

 
Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr elan olunsa da, bir çox müəllimlər nəticələrdən çox narazıdırlar. 

Müəllimlərdən biri Əliyeva Səidə Mehman qızının şikayətini də olduğu kimi təqdim edirik:

"Mən bu il keçirilən MİQ imtahanında informatika üzrə iştirak edib 50,2089 bal toplamışam (İnformatika-36 sual, məntiq-7,kurikulum-7). Mərhələdən uğurla keçib 213 saylı tam orta məktəbə düşmüşəm. 14 avqust 14:30-da isə müsahibə mərhələsində iştirak etmişəm. Müsahibədə mənə ancaq neçə il stajım olduğunu və indiyə qədər harada işlədiyimi, bir də nə üçün işdən çıxdığımı  soruşublar. Sonra bir-birləri ilə razılaşıb mənə dedilər ki, gedə bilərsən. Hətta  əvvəllər kollecdə işlədiyimi biləndə təəccübləndilər. Bir qadın sonra gələndə də ona "kollecdə işləyib" dedilər. Elə ona görə də mənə nə kurikulumdan,  nə informatika, nə də dünyagörüşümü yoxlamaq üçün heç bir sual vermədilər. Təkrar edirəm, heç bir dənə də olsun sual vermədilər. Məni nə üçün imtahandan kəsiblər bilmirəm.

Kəsilənlərin hamısının şəxsi səhifəsinə "peşəkar kompetensiyalarınız uyğun hesab edilməmişdir" məlumatı göndərilib. İndi 1-ci mərhələdən kəsilənlər müddətli müqavilə ilə işləyə biləcəklər. Əgər bu müəllimliyə namizəd peşəkar kompetensiyalara uyğun deyilsə ,müqavilə ilə işləyəndə uyğun olacaq? 

Məncə burada iki məsələ var: ya yeri satıblar, ya da hicab məsələsi(Çünki mən hicablıyam, müsabiqədən kəsilənlərin çoxu hicablıdır, ona görə bu qənaətə gəlmişəm). Azərbaycan dili fənnindən bir tanış qız 57 balla kəsilib. Onun yerinə daha savadlı birinimi gətirəcəklər? Niyə qoymurlar camaat işləsin?  Yaxud da ikinci mərhələyə qalanların çoxu 50 baldan aşağı bal toplamış namizədlərdir. Onlar birinci mərhələdəkilərdən daha savadlıdırlarmı? Əgər belə olsaydı onlar elə birinci mərhələdən həmin yerə düşərdilər.

Münsiflərin özünün hansı savada, dünyagörüşə, psixologiyaya malik olduğunu isə Allah bilir, biz bilmirik. Bəlkə onların özündə problem var? Nə qədər ki bu seçimlərdə insan amili var, şəffaflıq olmayacaq. Mən onların ədalətinə inanmıram, görmürəm. Adi test imtahanında belə bizə göstərmirlər ki, nəyi düz, nəyi səhv yazmışıq. Bəlkə elə bizə verilən bal əvvəlcədən proqramda yazılıb”.

Qeyd edək ki, MİQ imtahanlarının II mərhələsinin nəticələri 21 avqustda elan olunub.

 

 Hicablı müəllimdən İRAD

 








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərdən nazirliyə müraciət: "İkinci mərhələdə müddətsiz müqavilə ilə işləmək üçün şans yaradılsın"

Müəllimlərdən nazirliyə müraciət: "İkinci mərhələdə müddətsiz müqavilə ilə işləmək üçün şans yaradılsın"

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulu  müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK