Xəbərlər / Ziyalılar
23 avqust 2018
2 314


"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

 

"Bu gün  orta məktəblərdə dinlə bağlı fənn daxil edə bilmədiyimizə görə, ortada müəyyən boşluqlar yaranıb. Saxta dindarlar da bundan sui-istifadə edirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq, professor Əhməd Qəşəmoğlu deyib. O, Qurban bayramının orta məktəb dərsliklərində təsviri ilə bağlı danışarkən qeyd edib ki, İslamın bu və digər dəyərləri ilə bağlı çox düşünülmüş münasibət olmalı, bunlar orta məktəb dərsliklərinə də mütləq salınmalıdır:

"Niyə? Onlar şagirdə nə qazandıracaq?”

"Biz İslam ölkəsiyik, hətta olmasaq da belə, bütün nəzəriyyə və təhlillər, sosial psixologiya elminin özü də təsdiq edir ki, dini dəyərlər arzuolunan şəkildə tədris ediləndə cəmiyyətə fayda verə bilər.

Bunun üçün  mövzular dərsliklərə elə şəkildə salınmalıdır ki, orada nə cəhalət aşılansın, nə də insanlarda həddindən artıq laqeyd münasibət yaratsın. Gənclərimiz bu şəkildə məsələ ilə tanış olmalıdırlar. Qurban bayramının  haradan gəlib, necə yaranması, indiki vaxtda İslam aləminin bunu necə qeyd etməsi dərsliklərdə kifayət qədər öz əksini tapmalıdır”.

O, Qurban bayramı mövzusunun dərsliklərdə necə təsvir olunması ilə bağlı bunları deyir:

"Bu bayram kiminsə xoşuna gəlməyə bilər. Hazırda həm ölkəmiz, həm xaricdə xüsusilə də xristian aləmində böyük anti-təbliğat gedir ki, qan tökmək və heyvanları kəsmək olmaz. Şagirdlərin bu iddialar qarşısında çaşmaması üçün Qurban bayramı haqda dərsliklərdə əhatəli məlumat vermək lazımdır. Bu gün Qurban bayramından üz çevirə bilmərik. Çünki hazırda o bizim mədəniyyətimizə elə oturub ki, həmin gün milyonlarla insan bir araya gəlir, bir-birinə kömək edirlər. Amma bundan sui-istifadə edənlər də az deyil. Buna görə də biz ayıq məntiqlə qurban bayramının tarixi kökləri, harada, niyə yarandığı, indiki faydası, aşırı tərzdə düzgün olmayan hərəkətlər etməyin yanlışlığı barədə məlumat verməliyik.

İnsanlar çox yanlışa yol verir, heyvanları bir-birinin gözü önündə kəsirlər. Təsəvvür edin, 50 qoyunun gözü önündə birini kəsirlər. Bu zaman onların hər biri qorxu içərisində olur. Tibb elmində belə bir şey var ki, qoyunlar qorxanda onların genində qorxu enerjisi toplanır və onu yeyən insanlara pis təsir edir”.

Professor qeyd edib ki, mövzular ətrafında öncə mütəxəssislərlə dərindən düşünmək, daha sonra dərsliklərə daxil etmək lazımdır:

"Bu gün kimsə belə mövzuları elə-belə nəyinsə xatirinə kitaba daxil etsə, heç nə dəyişməyəcək. Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil. Bu mətnlər yüksək səviyyədə düşünülməli, öz daxilində ciddi psixoloji mexanizmi ehtiva etməlidir. Belə olduqda, insanlar bundan yalnız bəhrələnər. Belə mövzular öz din və adət-ənənəsinə məhəbbət yaradan şəkildə  şagirdlərə təbliğ olunmalıdır”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

4 gün iş olmayacaq

4 gün iş olmayacaq

Ramazan tətili başlayır

Ramazan tətili başlayır

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR