Xəbərlər, Abituriyent
16 avqust 2018
575

Jurnalist övladları da tələbə adı qazandılar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulun nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Builki qəbul zamanı ali məktəb tələbəsi adı qazanmış gənclər arasında jurnalist övladları da var.

Aztehsil.com Modern.az -a istinadən onları təqdim edir:

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin oğlu Murad ADA Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul olunub.

"Xural.com” saytının baş redaktoru Əvəz Zeynallının qızı Selcan Bakı Mühəndislik Universitetinin fizika müəllimliyi ixtisasını qazanıb.

"Yeni zaman” və "Novaya Vremya” qəzetlərinin əməkdaşı Məzahir Məmmədlinin qız övladı Azərbaycan Dövlət İqtisad Universitetində statistika ixtisası üzrə təhsil alacaq.

Lent.az saytının redaktoru Kəmalə Quliyeva və müstəqil jurnalist Asəf Quliyev cütlüyünün oğlu İnqilab da valideynlərini sevindirən abituriyentlərdəndir. O, Azərbaycan Tibb Universiteinin Müalicə işi fakültəsinə qəbul olunub.

Jurnalist-yazar Rəbiqə Nazimqızının qız övladı Aynur ADA Universitetində beynəlxalq münasibətlər sahəsi üzrə ali təhsil alacaq.

"Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin qızı Şəbnəm Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olub.

"Kulis.az” saytının baş redaktoru Şərif Ağayarın qızı  Azərbaycan Dillər Universitetinə qəbul olunub.

"Şərq” qəzetinin baş redaktor müavini Yusif Nəzərlinin oğlu Turan Dövlət İdarəçilik Akademiyasında dövlət və ictimai münasibətlər ixtisasına yiyələnəcək.

"Fed.az” saytının rəhbəri Əli Əhmədovun qızı Maya Əhmədzadə ADA Universitetində hüquqşünas olmaq üçün ali təhsil alacaq.

Daha bir jurnalist cütlük – İlqar Rəsul və Almaz Mahmud da tələbə valideyni olub. Onların oğlu Anar Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına qəbul olunub.

"Oxu.az” saytının parlament müxbiri Kamil Həmidovun qızı Məlaeykəxanım Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.

"Cümhuriyət” qəzeti və "Cebhe.info” saytının rəhbəri Rəfael Becanovun oğlu Cavid Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasına yiyələnəcək.

"Miq.az” saytının rəhbəri Aqil Alışovun isə iki övladı tələbə adı qazanıb. Onun oğlu Elmin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə, qızı Nərmin isə bu ali məktəbin Kimya fakültəsinə qəbul olunub.

"Milli.az” saytının redaktoru Elçin Alıoğlu da tələbə atası olub.

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Kəngərlinin oğlu İsmayıl Naxçıvan Dövlət Universitetinə qəbul olunub.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elçin Xalidbəylinin oğlu Elvin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olub. O, bu universitetdə marketinq üzrə ali təhsil alacaq.

Müsavat Partiyasının üzvü, jurnalist Yadigar Sadıqovun oğlu da tələbə adını qazanıb. O, Bakı Mühəndislik Universitetinin İnformasiya Texnologiyaları fakultəsinə qəbul olub.

Övladı tələbə olanlar arasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist-politoloq Elxan Şahinoğlunun oğlu Şahin Quliyev də var. Şahin Quliyev Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakultəsinə daxil olub.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

DƏHŞƏTLİ QƏZADA ÖLƏN OĞLAN BDU-NUN TƏLƏBƏSİ İMİŞ

DƏHŞƏTLİ QƏZADA ÖLƏN OĞLAN BDU-NUN TƏLƏBƏSİ İMİŞ

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub

Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Müəllimlərlə bağlı mühüm sərəncam

Müəllimlərlə bağlı mühüm sərəncam

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)

Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Aprel şəhidi

Aprel şəhidi "Murov qartalı" Raquf Orucovun oğlu universitetə qəbul oldu

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

DİM rezidenturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib

DİM rezidenturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib

Bakıda tələbə faciəli şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə öldü

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

ADU-da yeni təyinatlar olub

ADU-da yeni təyinatlar olub

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar