Xəbərlər
10 avqust 2018
3 039


Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

 

Ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb.
Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, ümumi təhsil pilləsinin hər bir səviyyəsində (ibtidai, ümumi orta və tam orta) tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı  ilə təsdiq edilən "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədi ilə müəyyənləşdirilib.

Bu sənədə görə, ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb. Məktəblərimizdə dinlər, ilk növbədə İslam dini, İslam dininin görkəmli tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar I-IX siniflərdə tədris olunan "Həyat bilgisi” fənni vasitəsilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvi dəyərlər humanitar fənlərin tədrisində də uşaqlara mənimsədilir. Bu mənada "Ədəbiyyat” fənninin imkanları daha genişdir. Həmin fənnə aid dərslik və müntəxabatlarda verilmiş bədii nümunələrdə əks olunan məzmun vasitəsilə müəllimlər İslam dininin fəlsəfəsindən qaynaqlanan ideyaları (mərhəmət, şəfqət, humanizm, vətən məhəbbəti, düzgünlük, ədalət, sədaqət və s.) izahlı şəkildə şagirdlərə çatdırırlar.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl açıqlaması zamanı deyib ki, hazırda bizim məktəblərdə tədris olunan "Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir:

"Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur”.

Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycanda 10 islam kolleci yaradılıb

Azərbaycanda 10 islam kolleci yaradılıb

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb

Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Bu halda ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir

Bu halda ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.

“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir