ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 


Oktyabr ayının 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş "I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Konfransda xarici ölkə səfirləri, millət vəkilləri, ali təhsil müəssisələrinin, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının pedaqoq-alimləri, tanınmış mütəxəssislər iştirak ediblər. 
ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş nitqi ilə açaraq bildirib ki, Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 18-də "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin Sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı.
Sərəncamda eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təhsil Nazirliyi (TN) və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi vəzifəsi qarşıya qoyulmişdur. Bizim bu gün ADPU-da I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş "I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda keçirdiyimiz Respublika elmi-praktik konfransı da bu Sərəncama əsasən keçirilən bir konfransdır. 
Rektor Cəfər Cəfərov çıxışı zamanı deyib ki, I Türkoloji Qurultay barədə danışarkən bu Qurultayın keçirildiyi tarixi dövrə, həmin dövrün mövcud ictimai-siyasi şəraitinə diqqət yetirmək məqsədəuyğundur. I Türkoloji Qurultay Bakı şəhərində 1926-cı il fevral ayının 26-da başlayıb və mart ayının 6-a kimi davam edib. I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan səmərəli fəaliyyət göstərirdilər. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərində də nüfuzlu "Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhurluğunun və təsdiqinin ifadəsidir. Qeyd edək ki, adıçəkilən jurnal hazırda da "Türkologiya” adı ilə Bakıda öz işini uğurla davam etdirir.
I Türkoloji Qurultayda keçmiş SSRİ məkanının türkdilli xalqları yaşayan bütün bölgələrindən, o cümlədən xarici ölkələrdən dəvət olunan 131 tanınmış alim iştirak edib. Ümumilikdə isə qurultayda 600 nəfər alim iştirak edib. 9 gün davam edən Qurultayda 17 iclas keçirilib, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 38 məruzə dinlənib. Mənbələrdən məlum olur ki, Qurultayın diqqət mərkəzində dayanan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş Qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb. I Türkoloji Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının böyük olduğunu bir daha sübuta yetirdi. Eyni zamanda türkoloqların və geniş ictimaiyyətin diqqətini cəlb etdi. 
Rektor qeyd edib ki, I Türkoloji Qurultay türk xalqlarının tarixində ən mühüm hadisələrdən biridir və böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay, ilk növbədə, geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. I Türkoloji Qurultay türk xalqlarının latın qrafikalı əlifbaya keçmələrini qətiləşdirmişdir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda bildirib ki, hazırda dünyada qloballaşma, inteqrasiya prosesi gedir. Ancaq bu qloballaşmada hər bir xalq öz milli varliğını, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini qoruyub saxlamalıdır. Bu gün türk xalqları qarşısında böyük tarixi imkanlar açılıb. Biz bundan yetərincə bəhrələnməliyik. Birliyimizi qoruyub-saxlamalı, gələcək nəsillərə ötürməliyik. Tariximizə öz əbədi möhürünü vuran, dəyərli töhfələrini verən I Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də olduqca aktualdır, əhəmiyyətlidir. I Türkoloji Qurultayın proqramı, müzakirə olunan məsələlər hazırda da türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir. Bir sözlə, I Türkoloji Qurultayda səslənən fikir və təkliflər, qarşıya qoyulan vəzifələr, irəli sürülən ideyalar bu gün də yaşayır və həyata keçir.
Konfransda türkologiyaya dair 31 məruzə dinlənilib, azərbaycanlı və türkiyəli tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
ADPU-nun İctimayyətlə Əlaqələr Şöbəsi

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

 

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 






xtehsil






Həmçinin oxuyun:

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

ADPU-da daxili qiymətləndirmə sənədinin hazırlanması üçün yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir

Xəbərlər
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Xəbərlər
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Xəbərlər
ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Xəbərlər
MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Direktor
ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Xəbərlər
Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Xəbərlər
Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

Xəbərlər
ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Xəbərlər
Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Xəbərlər
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Xəbərlər

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

UBR

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

UBR
“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

UBR
ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Xəbərlər
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Xəbərlər
28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Ziyalılar
Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Xəbərlər
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Qabaqcıl təcrübə
7  №  li  tam  orta  məktəbdə   “ Azadlıq  və  istiqlaliyyət   hər  bir  xalqın  milli  sərvətidir!”

7 № li tam orta məktəbdə “ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!”

Xəbərlər
3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Xəbərlər
Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbəri
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Xəbərlər
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Xəbərlər