Xəbərlər, MÜƏLLİM
04 avqust 2018
1956

Nadir Israfilov: “Müqəddəs və şərəfli” peşə sahibini imtahana çəkmək mənə bir az ağır gəlir…


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

"Bir çoxlarının qısqanclıqla yanaşdığı Sovet dönəminin təhsil sistemində müəllimlərin işə qəbulu məsələsi tələb-təklif prinsipi əsasında birbaşa təyinatla həyata keçirilirdi. Müvafiq təklifə əsasən bütün yerlərə olan tələbat öyrənilir, vakansiyalar Təhsil Nazirliyinə təqdim olunurdu. Həmin vakansiya müqabilində ali məktəbi bitirənlər birbaşa təyinatla yerlərə göndərilirdi. Yəni, tələbata uyğun olaraq bakılı Bakıda qalırdı, şəkili Şəkiyə göndərilirdi”.
"Müqəddəs və şərəfli” peşə sahibini imtahana çəkmək mənə bir az ağır gəlir… Son illər adı "DQ” ilə qoşa çəkilən, 3 hərfdən ibarət "MİQ” adı ilə pedaqoji leksikonumuza daxil olaraq özünə kifayət qədər tərəfdar və əleyhdar toplayan, müəllimlərin işə qəbulu proseduru və bu prosesi nizamlamağa yönəlik qaydalar ən çox dəyişikliklərə məruz qalan rəsmi sənədlər içərisində hələ ki, birinciliyini saxlamaqdadır.

 

Müəllimlərin sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə müəllimlərdən ibarət "işsizlər ordusu”nun yarandığı haqda dəfələrlə yazılıb, müvafiq fikirlər bildirilib. Problem cəmiyyətdə də heç də birmənalı qarşılanmayıb… Orta məxrəci tapmaq üçün kiçik bir ekskursiya edək. Bir çoxlarının qısqanclıqla yanaşdığı Sovet dönəminin təhsil sistemində müəllimlərin işə qəbulu məsələsi tələb-təklif prinsipi əsasında birbaşa təyinatla həyata keçirilirdi. Müvafiq təklifə əsasən bütün yerlərə olan tələbat öyrənilir, vakansiyalar Təhsil Nazirliyinə təqdim olunurdu. Həmin vakansiya müqabilində ali məktəbi bitirənlər birbaşa təyinatla yerlərə göndərilirdi. Yəni, tələbata uyğun olaraq bakılı Bakıda qalırdı, şəkili Şəkiyə göndərilirdi. Ən pis halda, deyək ki, Zaqatala rayonunda məsələn, tarix müəllimi ixtisası üzrə boş yer olmadıqda, həmin müdavim qonşu Balakən rayonunda yerləşdirilirdi.

Ailə vəziyyəti və digər əsaslı səbəblərə görə azad (sərbəst) təyinat alanlar isə rayon (şəhər) təhsil şöbələrində növbəyə yazılaraq, ixtisasları üzrə vakant yerlərin açılmasını gözləyirdilər”.

"Bütün müəllimlər rayon (şəhər) təhsil şöbələri tərəfindən işə təyin olunurdu. Ayrı-ayrı məktəblərin vakansiyaları "Azərbaycan müəllimi” qəzetində dərc edilirdi. Bundan əlavə hər məktəbin girişində müvafiq vakansiyalar yerləşdirilirdi. Məktəbdə direktor, müavin, psixoloq, metodbirləşmə rəhbəri və digərləri daxil olmaqla 9-11 nəfərdən ibarət xüsusi komissiya fəaliyyət göstərirdi. Komissiya müəllimin açıq dərsini dinləyir, müsahibə aparır və müvafiq rəyi təqdimata əlavə etməklə müəllimin namizədliyini rayon (şəhər) təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra yerli təhsil orqanı əmr verirdi. Sonradan bütün bu prinsiplər arxivə göndərildi və müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başladı”- deyə Nadir İsrafilov əlavə edib.

"İlkin olaraq müəllimlərin işə qəbulu qaydaları 70 maddədən ibarət idi. Bu, müəyyən problemlər və narazılıqlar yaratdı. Bir müddət sonra qaydalar nisbətən yüngülləşdirildi və 35 maddəyə salındı. Bu qaydalar da müəllimlərin işə qəbulunda lazımi şəffaflığı, obyektivliyi və tamlığı təmin etmədiyindən özünü lazımi şəkildə doğrultmadı. Hətta, "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli qərarında müvafiq dəyişikliklərin edilməsinə baxmayaraq, xüsusilə də regionlarda vakant yerlərin doldurulması üçün effektiv və işlək mexanizm rolunu oynaya bilmədi. Halbuki, bizdə pedaqoji kadrların sayı normadan 2 dəfədən də artıqdır.

2014-cü ildə qəbul edilən "Azərbaycan Respublikası Pedaqoji kadrlarının yerdəyişməsi və qaydaları”nda da yer alan qəliz, çoxpilləli müsahibələr və müsabiqələr, onların mürəkkəb və ziddiyyətlərinin bir daha ortaya çıxmasından sonra, 2017-ci ilin mayında ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib. Beləcə, Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri qüvvədən düşmüş hesab edilib”.

"Təhsil Nazirliyi yetkililərinin son açıqlamalarında müəllimlərin işə qəbulunun yerlərə verilməsi və məktəb direktorlarının da işə təyinatının yerli təhsil şöbəsi tərəfindən aparılması barədə fikirlər səsləndirilməsi onu göstərir ki, "MİQ”-in taleyinə hələ ki, tam aydınlıq gətirilməyib. "Qaydaları tez-tez dəyşməklə nəyə nail oluruq?! Nə vaxta qədər müəllimlərin ixtisas və peşə hazırlığı cəhətdən "yararsızlığını”, diplomlarına inamsızlığını səbəb gətirərək onları imtahana çəkməyin yolları barədə fikirləşəcək, çıxış yolunu qaydaları dəyişməkdə görəcəyik? Bəlkə, hədəfi diplom alana yox, diplom verənə yönəltməyin vaxtı çatıb…?”

Qeyd edək ki, 31 iyulda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. On üç günü əhatə edən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.

Müəllim adı uğrunda mübarizəyə qoşulan 39 min 163 namizəd arasında ən yüksək nəticə olaraq riyaziyyat fənni üzrə 60 bal qeydə alınıb.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin İşə Qəbuli ilə bağlı yeni qaydalar təsdiq olunub

Müəllimlərin İşə Qəbuli ilə bağlı yeni qaydalar təsdiq olunub

Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA

Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar