Xəbərlər
03 avqust 2018
1147

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

"Riyazi ağırlıqlı sualların (məntiq) qeyri-ixtisaslar üçün vacib amil kimi şərtləndirilməsi, zənnimcə, düzgün deyil. Bəlkə də bu, müəllimin analizetmə, sintezetmə və mühakimə gücünü ölçmək üçün zəruri hesab oluna bilər, amma ixtisasdan yaxşı yazarsa, bu amilin vacibliyi ortadan qalxar” – Bəhman Məmmədov

"Təklif edərdim ki, əgər Təhsil Nazirliyinin imkanı çatarsa ( ki çatacağını zənn edirəm), bölgələrdə də imtahan məntəqləri yaradılsın. Çünki insanların Bakıya gəlib-getməsi, qalmaq üçün yer axtarışı müəyyən problemlər yaradır” – Həbib Əlizadə

31 iyulda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. On üç günü əhatə edən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.

Müəllim adı uğrunda mübarizəyə qoşulan 39 min 163 namizəd arasında ən yüksək nəticə olaraq riyaziyyat fənni üzrə 60 bal qeydə alınıb.

Müəllimlərin İşə Qəbulu ( MİQ) - Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Bu müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər iştirak edə bilər.

MİQ imtahanları zamanı müəllimlərə, ümumilikdə 60 test tapşırığı - 40 ixtisas, 10 kurikulum, 10 məntiq - təqdim olunur.

Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhman Məmmədov AzEdu.az-a açıqlaması zamanı qeyd edib ki, MİQ imtahanlarında pedaqoji cəhətin yoxlanılması çox vacibdir, yəni dərs bilgisi təkbaşına yetərli deyil:

"Nəzarət otağında səs-küyün olmaması üçün qonaq qismində gələnlərin imtahanı fərqli məkandan izləmələri daha məqsədəuyğundur”.
 

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

 

Bəhman Məmmədov müəllimlərin işə qəbulu prosesinin şəffaf keçdiyinə əmin olduğunu deyib. O, qeyd edib ki, mərkəzi bir sistemin olması bəzi uyğunsuz halların aradan qaldırılması üçün çox önəmlidir. Onun sözlərinə gör, MİQ imtahanlarında məntiqdən sualların təqdim olunmasına ehtiyac yoxdur:

"İxtisasdan və kurikulumdan sualların təqdim olunması vacib olsa da, məntiqdən sualların olmasını münasib görmürəm. Riyazi ağırlıqlı sualların qeyri-ixtisaslar üçün vacib amil kimi şərtləndirilməsi, zənnimcə, düzgün deyil. Bəlkə də bu, müəllimin analizetmə, sintezetmə və mühakimə gücünü ölçmək üçün zəruri hesab oluna bilər, amma ixtisasdan yaxşı yazarsa, bu amilin vacibliyi ortadan qalxar.

Üstəgəl, sabit qaynaqların ,vəsaitlərin olması da çox önəmlidir. Bu mövzuda kitabların nəşr olunması böyük əhəmmiyyət kəsb edir.

MİQ imtahanlarının şəffaf olduğunu göstərmək üçün, yeri gəlsə, canlı da yayınlana bilər. Lakin nəzarət otağında səs-küyün olmaması üçün qonaq qismində gələnlərin imtahanı fərqli məkandan izləmələri daha məqsədəuyğundur. Müəllim olacaq insanlara güvənməyimizin də vacib amil olduğunu düşünürəm. Biz onlara güvənməliyik,çünki gələcəyimizi onlara əmanət edirik. İndi müəllimlik 15 il öncəki kimi deyil. Texnologiya daha əhəmmiyyətli olub. Pedaqoji cəhətin yoxlanılması çox vacibdir, yəni dərs bilgisi təkbaşına yetərli deyil".

Bir var "müəllimlik etmək", bir də var "müəllim olmaq”...

"Müəllimlik etməyi, qanunvericiliyə görə reallaşan hərəkətlər toplusu kimi qəbul edirəm”.

B.Məmmədovun fikrincə, bu sənətdə verilən vəzifəni yerinə yetirib, oynanılması lazım olan rolları oynamaq kifayət deyil:

""Vaxtında dərsimə başladım, izah etdim, kifayət qədər tapşırıq verdim, intizamı təmin etdim və saatım doldu, bugünkü vəzifəmi tamamladım", – deyərək evinə gedən müəllim bu kateqoriyaya daxil olur. Bunlar, əlbəttə ki, önəmlidir, amma yenə də kifayət deyil.

Müəllimlik etməyi aşıb, "müəllim olmaq" lazımdır.

"Müəllimlik edənlər,şagirdlərlə müəllim-şagird dialoqu qurar, bundan başqa da bir şey bilməz”.

"Müəllim olanlar isə şagirdi ilə insan-insan münasibəti qurar”, - deyə pedaqoq qeyd edib.

"Şagirdin, sadəcə, əlini deyil, onun gələcəyini də tutur, yalnız nəsə öyrətmirik, onun qəlbinə də toxunuruq, içindəki ruhu bəsləyirik.

MİQ imtahanına insanlar tələbə olduqda da girə bilməli və onun bu nəticəsi məzun olduqdan sonra nəzərə alınmalıdır. Bu imtahan növü təkcə bizdə deyil, qardaş Türkiyədə də "KPSS” adı altında keçirilir. Təklif edərdim ki, universitetdən məzun olarkən diplomdakı qiymət ortalaması da nəzərə alınsın. Müəyyən akademik göstəricisi olanlar bu imtahana  buraxılsın.

Pedaqoji kadr hazırlığı olan universitetlərimiz bu məsələdə məsuliyyət daşıyırlar. 4 il ərzində ciddi sistem tətbiq olunarsa, bəlkə də MİQ imtahanının keçirilməsinə ehtiyac qalmaz. Əzbərçiliyə dayanmayan bir imtahan sistemi olmalıdır. Bu gün əzbər bildiyimizi sabah unuda bilərik. Yüksək bal yığaraq müəllim olanların, şəxsi inkişafını, yenilənməsini təqib edəcək bir sistem olmalıdır. Və ən əsasə da müəllim olmaq istəyənlərin bu ixtisas sevgisini ölçə biləcək bir cihazımız yoxdur. Məncə, ilk olaraq, müəllimliyin əsasında bu gəlir. "Başqa görə biləcəyim iş yoxdur, ona görə müəllim oldum" anlayışı olmamalıdır. Müəllim olmaq, dünyada heç kimin sahib olmayacağı duygulara sahib olmaq, dünyanın gedişatına yön vermek və onu gözəlliklərə doğru istiqamətləndirməkdir. Qısaca, müəllim olmaq yeni bir dünya yaratmaqdır. Bəlkə də biz MİQ imtahanında müdərrisləri, yəni, sadəcə, tədris edənləri seçirik. Müəllimləri seçmək üçün ölçü cihazı daha fərqli olmalıdır. Bu cihaz da mənəvi cihazdır ki, ona gücümüz çatmır”.

B.Məmmədov deyib ki, MİQ imtahanlarında bəzən məzun olduğu universitet də nəzərə alınmalıdır.Onun fikrincə, müəllimin təkcə materialı əzbərləyib imtahandan yüksək bal toplaması ölçü vahidi olmamalıdır:

"Bəs 4 illik universitet həyatı?!”

"Gənc müəllim" layihəsinin rəhbəri Həbib Əlizadə:
 

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

 

"Diqqətinizə çatdırım ki, mən 2015-ci ildə müəllimlərin işəqəbul imtahanlarında iştirak edərkən həm test, həm də müsahibə mərhələsində şəffaflığın şahidi olmuşam. İmtahanların elektron formada keçirilməsi də ayrı üstünlükdür. Bu il təxminən 47-50 min müəllim MİQ üçün sənəd verib. Amma, təəssüf ki, hazırki əsas problemlərdən biri odur ki, hamı bir vaxtda imtahan verə bilmir. Hesab edirəm ki, heç olmazsa, hər fənn üzrə eyni vaxtda imtahan verilsə, daha ədalətli olar. Çünki, tutax ki, ibtidai sinif müəllimləri 2 gün: 5-10 seansda imtahana girirlər. Nəzərə almaq lazımdır ki, bir seansda təqdim olunan suallar sonrakı seanslarda da düşür. Beləcə, imtahandan çıxan müəllim də sualları müxtəlif vasitələrlə, məsələn sosial şəbəkələrdə paylaşır. Bu da müəyyən haqlı narazılıqlara səbəb olur. Çünki imtahanda qazanılan 1 bal belə həyati əhəmiyyətə malikdir. Bu problemin həlli üçün isə iki yol var:

Birincisi, kompüterlərin sayı artırılaraq (əgər problem budursa) imtahanlar eyni vaxtda təşkil olunmalı və hər fənn bir seansa bitməlidir.

İkincisi, Təhsil Nazirliyi imtahanları elektron formada deyil, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi kimi etməlidir”.

Məntiqlə bağlı tam olaraq meyarlar müəyyənləşdirilməyib...

"Məsələn, məntiq üçün konkret tələblər qoyulsa, daha effektli olardı”.

Tarix müəllimi Həbib Əlizadənin sözlərinə görə, ixtisasdan 40 sualın təqdim olunması müəllimlər üçün rahatdır:

"Çünki suallar orta məktəb materiallarını əhatə edir. Məntiq və kurikulumu əhatə edən suallar isə bir az problemlidir. Məntiqlə bağlı tam olaraq meyarlar müəyyənləşdirilməyib.

Metodika ilə bağlı da ciddi problemlər var. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı standar bir nəşri çap edə bilər. Buna kifayət qədər imkanı və mütəxəssisləri var. Fərdi təşəbbüslərlə çap olunan kitablarda isə müəyyən səhvlər olur və bu, imtahana hazırlaşan  müəllimləri çaşdıra bilir. 11-ci ildir ki kurikulumun tətbiq olunmasına baxmayaraq hələ də müəllimlər üçün metodik vəsait yoxdur. Fənn dərslikləri üçün əlavə metodik vəsaitlər müəyyən qədər kömək edə bilər, amma bu, yetərsizdir”.

Gələn il, artıq "kurikulumun ilk məzunları” olacaq...

"Buna baxmayaraq, MİQ imtahanlarının ixtisas suallarında kurikulum tipli suallar yoxdur və ya çox azdır”.

H.Əlizadənin fikrincə, imtahanda açıq tipli suallar da olmalıdır:

"Lap qapalı olsa belə, yəni nəticədə variant təqdim olunsa da, belə sualların sayı artırılmalıdır. Çünki DİM-in təşkil edəcəyi növbəti ali məktəblərə qəbul imtahanlarında abituriyentlərə həm ənənəvi, həm də kurikulum tipli suallar təqdim olunacaq. Şagirdi bu imtahanlara hazırlayacaq müəllim əvvəlcə özü imtahan verərək bacarığını ortaya qoymalıdır. Məncə, ən geci gələn ildən bu məsələ həllini tapmalıdır. Lakin metodika və məntiqdən buna çox da ehtiyac yoxdur.

Üstəlik, təklif edərdim ki, əgər Təhsil Nazirliyinin imkanı çatarsa ( ki çatacağını zənn edirəm), bölgələrdə də imtahan məntəqləri yaradılsın. Çünki insanların Bakıya gəlib-getməsi, qalmaq üçün yer axtarışı müəyyən problemlər yaradır. Hətta bu, bəzən onların imtahan nəticələrinə təsir edə bilir. Məsələn, müəllimlər yorğunluqla bağlı narahatlıq yaşaya bilərlər. Məhz bu səbəbdən imtahanların regionlarda da təşkili daha uğurlu nəticələrə gətirib çıxarar”.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

Tədris olunmayan fəndən necə imtahan versinlər?

Tədris olunmayan fəndən necə imtahan versinlər?

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət