Xəbərlər / Abituriyent
02 avqust 2018
3 855


“Övladımın Qərbi Kaspi universitetini seçməsi mənim tövsiyəm olub” – Elçin Şıxlı

“Övladımın Qərbi Kaspi universitetini seçməsi mənim tövsiyəm olub” – Elçin Şıxlı

 

 
 
"Keçid ballarının 200-ə qədər endirilməsi təəssüf doğurur. 200 bal toplayaraq universitetə daxil olan gənc keyfiyyətin aşağı olduğu əksər ali təhsil müəssisələrində də mütəxəssis kimi yetişə bilmir və beləcə, əmək bazarında ali təhsilli, ancaq qeyri-peşəkar kadrlar artır. Hansı ki, həmin gənc bu cür ali təhsildənsə, bir peşəni 1-2 ilin içərisində yüksək səviyyədə öyrənə bilərdi".

Bu sözləri   Ayna”-"Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

E.Şıxlı neft bumu ilə əlaqədar olaraq bu sahəyə marağın güclənməsini təbii hesab etsə də, bu istiqaməti seçən gənclərin gələcək perspektivlərindən də qayğılandığını ifadə edib: "Neft Akademiyası ənənələri olan bir təhsil ocağıdır, belə halda onu gücləndirmək əvəzinə Bakı Ali Neft Məktəbi yaradıldı. Deyək ki, diversifikasiya, rəqabət mühitinin gücləndirilməsi baxımından bu, yaxşıdır. Ancaq neft sənayesi üçün kadr hazırlığını gücləndirdiyimiz indiki dövrdə dünya alternativ enerji mənbələrinə müraciət edir. Bir neçə il sonra yeni enerji mənbələrinin iqtisadiyyat üçün aparıcı qaynaq olacağı güman edilir. Belə halda, neft sənayesi üzrə ixtisaslaşmış çoxsaylı mütəxəssislərimizin taleyi necə olacaq?!"

Tanınmış jurnalist bu günlərdə ixtisas seçimi edəcək abituriyentlərə diqqətli olmağı tövsiyə edib: "Bu seçim çox vacibdir. Peşəmiz ömrü boyu bizimlə qalır və yaşayışımıza, güzaranımıza təsir edir. İxtisas seçərkən onun gələcək perspektivlərini mütləq nəzərə almaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, seçdiyim ixtisası hansı universitet daha yaxşı tədris edir, bu sahədə hansı təhsil ocağı daha yaxşı kadr hazırlayır. Bəzən deyirlər ki, seçimi şagirdin, abituriyentin öz öhdəsinə buraxmaq laızmdır. Axı 17 yaşlı yeniyetmə bütün amilləri qiymətləndirmək, təhlil etmək iqtidarında deyil. Bu mənada hesab edirəm ki, valideynlərin də tövsiyələri olmalıdır. Mənim övladım 90-cı illərdə Qərb Universitetini (indiki Qərbi Kaspi Universiteti - red.) bitirib. Açığını desəm, seçimdə mənim də tövsiyəm olub. Bu universitet yaxşı ənənələri olan bir təhsil ocağı idi. Yeri gəlmişkən, bu gün də xoş xəbərlərini alıram, dəyişikliklərin, müasirləşmənin getdiyi hiss olunur, yüksək dünya standartlarını tətbiq etməyə can atırlar. Bu mənada son dövrlər UNEC, ADA, BANM-ın da adlarını çəkərdim. Təhsil ocaqlarında irəliyə doğru atılan hər bir addım gələcəyimizin, cəmiyyətimizin, dövlətin inkişafına xidmət edir".
 
Mənbə musavat.com

 

“Övladımın Qərbi Kaspi universitetini seçməsi mənim tövsiyəm olub” – Elçin Şıxlı

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert

“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

700 bal toplayanlar bəribaşdan ixtisas da seçiblər

700 bal toplayanlar bəribaşdan ixtisas da seçiblər

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

İxtisas seçərkən nələrə diqqət yetirməli?

İxtisas seçərkən nələrə diqqət yetirməli?

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir