Xəbərlər / Ziyalılar
01 avqust 2018
3 479


"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

 

"Şərt deyil ki, orta məktəbi bitirən bütün məzunlar ali təhsil alsın. Biz peşə təhsilinin inkişafına önəm verməliyik”
 
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə keçirilən builki qəbul imtahanlarını yekunlaşdırıb. Sonuncu - iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının da nəticələri elan olunub. Qeyd edək ki, təhsil, test üsulu ilə qəbul və başqa məsələlər cəmiyyətin hər kəsimini maraqlandırır və narahat edir.

Bu məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil eksperti Nadir İsrafilov builki qəbul imtahanları ilə bir o qədər də yaxından maraqlanmadığını deyib: "Düzü, elə bir ciddi keyfiyyət dəyişikliyi hiss olunmur. Yüksək bal toplayan abituriyentlərin sayında nisbətən artım var, amma aşağı bal toplayanların da sayı günü-gündən artır”.

- 29 nəfər 700 bal toplayıb, bu da keyfiyyət göstəricisi hesab olunmur?
 
- Mən təhsilimizin bal üzərində cəmləşməsinin əleyhinəyəm. Bal məsələsi o qədər həyatı önəmli məsələyə çevrilib ki, qəbul imtahanında zəif nəticə göstərən uşaqlar intihara cəhd edir. Dünya təcrübəsində abituriyentlər universitetləri deyil, universitetlər onları seçir. Bal sistemi Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında da narazılıq yaradır. Bu qədər gərginlik, əsəbilik, ajiotaj, qarşılıqli ittihamlar kimə lazımdır və nə məqsədə xidmət edir, başa düşmək olmur. Hətta iş o yerə çatıb ki, son illər qəbul imtahanında az bal toplayan, yaxşı nəticə göstərə bilməyən abituriyentlər arasında intihar halları da onların psixoloji durumu ilə əlaqələndirilir, sosial şəbəkələrdə bu kimi hallar hətta, "Abituriyentlərin intihar dövrü başladı” kimi xarakterizə olunur və s. Bal toplamaq uğrunda yarış marafon qaçışı deyil, yetişməkdə olan və gələcəyimiz hesab etdiyimiz gənc nəslin taleyi məsələsidir”.
Ümumiyyətlə, bir və ya iki imtahanla biliyin tam üzə çıxarılması və obyektiv qiymətləndirilməsi o qədər də real görünmür. O ki qaldı test yolu ilə... Məktəbin missiyası ali məktəblərə tələbə hazırlamaq deyil. Məktəbin vəzifəsi sistemləşdirilmiş bilik, bacarıq, vərdişlər aşılamaqla yanaşı özünün vətəndaşlıq missiyasını dərk edən şəxsiyyət yetişdirməkdən ibarətdir. Şərt deyil ki, orta məktəbi bitirən bütün məzunlar ali təhsil alsın. Biz peşə təhsilinin inkişafına önəm verməliyik. Amma bu gün hər kəs diplom almaq istəyir. Təhsilimiz biznes kampaniyasına çevrilib. Repetitorluq məsələsi ayrı bir problemdir.

- Belə çıxır ki, ölkədə mövcud olan qiymətləndirmə mexanizmi biliyin qiymətləndirilməsinə imkan vermir?

- Tamamilə doğrudur. Bizim bugünki təhsil siyasətimizdə şəxsiyyət yönümlülüyün qiymətləndirmə kriteriyası yoxdur. Elə məktəb var ki, 5 şəhid verib. Heç kim bunun hesabatını aparmır. Məktəblərin yetişdirdiyi vətənpərvər, torpağına və millətinə bağlı, əsl vətəndaş mövqeyi olan, milli dəyərlərinə önəm verən insanların qiymətləndirilməsi üçün bir mexanizm yoxdur. Əmək adamlarını da məktəb yetişdirir. Pambıqçılıq, kənd təsərrüfatını inkişaf etdirən ölkə insanını da məktəb yetişdirir. Məqsədimiz təhsildə keyfiyyətə nail olmaq yox, baldır. Bal dalınca qaçmaq son nəticədə şagirdlər arasında psixoloji problemlərin yaranmasına da səbəb olur. Universiteti bitirən insanların yaşadığı işsizlik problemi də onların həyat keyfiyyətinə təsir edir. Bütün universitetlər müəllim hazırlayır. Müəllimlərin sayı tələbatdan 2 dəfədən çoxdur. Bunun isə ən böyük üstünlüyü ali təhsilli fəhlələrin sayının artmasındadır. Olmaz ki, bu uşaqları bir az da peşə təhsilinə yönləndirsinlər. Lap 50 nəfər 700 bal toplasın. Bunun kimə, nə xeyri var? İlahiyyat fakültəsinə keçid balı 100, hüquq fakültəsində isə 650-dən artıqdır. Məgər bizə savadsız dindarlar lazımdır? Bu bölgü nəyə əsasən aparılır?

- Deməli, fakültələr üzrə müəyyənləşdirilən keçid ballarını normal hesab etmirsiniz?

- Sovet dövründə müəllim olmaq istəyən şagird sənədlərini Müəllimlər İnstitutuna verirdi. Həkim olmaq istəyən də Tibb Universitetinə, mühəndis olmaq istəyənlər də Texniki Universitetə gedirdi. Amma bu gün hüquqşünas olmaq istəyən abitruyent aşağı bal toplayanda tarix müəllimliyinə qəbul olur. Balı lap aşağı olanda da kitabxanaçılıq oxuyur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?