Xəbərlər / Orta ixtisas
29 iyul 2018
2 987


İtib-batmaqda olan sənət növləri peşə məktəblərində tədris edilə bilər..

 

Məhəmməd Nərimanoğlu: "Düşünürəm ki, əlaqədar qurumlar bu məsələyə müsbət reaksiya verəcəklər”
Nadir İsrafilov: "Bəzi regionlarda fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növlərinin tədrisinin həyata keçirilməsi çox yaxşı olardı”

Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının böyük bir qolunu ənənəvi xalq sənəti növləti təşkil edir. Əcdadlarımızdan bizə miras qalan xalq sənəti növlərinin bir çoxunun hazırkı durumu qənaətbəxş deyil.

Doğrudur, dövlət xalq sənətinin inkişafına, yaşamasına, təbliğinə böyük dəstək göstərir. Bununla belə, xalq sənəti ilə məşğul olan sənətkarlar qeyd edirlər ki, əksər sənət növləri itib-batmaq təhlükəsi ilə üzləşib. Sənətkarlar qeyd edirlər ki, bunun səbəbi gənclərin bu sənət sahələrinə maraq göstərməməsi ilə bağlıdır.

Bu gün dekorativ tətbiqi sənət nümunələrini hər hansı bir təhlükə təqib etmir. Ona görə ki, bu sahələrin ali və orta ixtisas məktəblərində tədrisi həyata keçirilir. Ancaq elə xalq sənəti növləri var ki, onlar bu gün tədris edilmədiyindən, ustad-şəyird münasibətləri zəminində formalaşdırıldığı, yaşadıldığı üçün, onlar müəyyən təhlükələrlə üz-üzə qalıblar. Hazırda gənclərin misgərliyə, sazbəndliyə, dulusçuluğa, sərraclığa, dəmirçiliyə, papaqçılığa, boyaqçılığa, keçəçiliyə və s. xalq sənəti növlərini öyrənməyə can atmaması bu sahələrdə yeni sənətkarlar nəslinin yetişməsinə böyük əngəl olur. Nəzərə alsaq ki, bu gün xalq sənəti növləri ilə məşğul olan sənətkarların böyük əksəriyyəti 50-70 yaşlı insanlardır, onlar dünyasını dəyişdikdən sonra bu sənətlə gənclər məşğul olmalıdırlar. Gərək gənclər də bu sənəti mükəmməl öyrənsinlər ki, bu yolu uğurla davam etdirə bilsinlər. Bunun üçün isə respublikamızın peşə təhsili verən tədris müəssisələrində xüsusi kurslar, dərslər təşkil edilməlidir. Yəni regionlarda və Bakıda fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növləri də tədris edilməlidir. 

Bu ideyanı dəstəkləyən tədqiqatçı Məhəmməd Nərimanoğlu baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, xalq sənəti növlərinin yaşadılmasına, nəsildən-nəslə ötürülməsinə böyük ehtiyac var. Ekspert hesab edir ki, peşə təhsili verən məktəblərdə xalq sənəti ilə bağlı qruplar yaradılmalı və itib-batmaqda olan sənət növləri orada tədris edilməlidir: "Xalq sənəti növləri çox zəngin və şaxəlidir. Bu gün Azərbaycanda xalq sənətinin bütün növləri üzrə sənətkarlar var. Lakin onların sayı elə də çox deyil. Sizin təklifiniz çox maraqlıdır. Yaxşı olardı ki, bu sənətlərin yaşaması, inkişaf etməsi üçün onların peşə məktəblərində tədrisi həyata keçirilsin. Bu gün emalatxanalarda şəyird yolu gözləyən ustalar da orada dərs deməyə cəlb edilsinlər ki, bu sahəyə maraq göstərən gənclərə bu sənətləri mükəmməl şəkildə öyrətsinlər. Xalq sənətimizin elə sahələri var ki, orada barmaqla sayılacaq qədər sənətkar var. Halbuki, daha çox insan bu sənətlərlə məşğul olmalıdır. Əgər peşə təhsilli məktəblərdə xalq sənəti növləri tədris edilərsə, biz bundan qazanarıq. Yaxşı sənətkarlar yetişər, o sənətkarlar da sənəti bu gündən sabaha aparar. Düşünürəm ki, əlaqədar qurumlar bu məsələyə müsbət reaksiya verəcəklər”.

Tanınmış təhsil eksperti Nadir İsrafilov də qeyd edir ki, bu təklif həyata keçərsə, onun faydası böyük olar. Ekspertin sözlərinə görə, bütün peşə məktəblərində olmasa da, o sənətkarlıq növlərinin geniş yayıldığı bölgələrdə fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növlərinin tədrisinin həyata keçirilməsi müsbət olardı: "Siz bu təklifi gündəmə gətirmiziniz. Deyim ki, bu təklif əlaqədar dövlət qurumlarının, Təhsil və Mədəniyyət Nazirliyinin diqqətini cəlb edə bilər. Azərbaycanda qədim dövrlərdən sənətkarlığın müxtəlif qolları inkişaf edib. Xalq sənəti belədir ki, o nəsildən-nəslə keçir. Ancaq indi təklif edirsiniz ki, bu sənət növləri peşə ixtisası kimi tədris edilsin, burada mənfi bir şey yoxdur. Azərbaycan xalqının zəngin maddi-mədəni irsi, sənətkarlığı qorunmalı, təbliğ edilməli və gələcək nəsillərə ötürülməlidir. Hesab edirəm ki, bu sənət növlərinin dirçəlməsi, gənclərin onlara marağının artması üçün işlər görülməlidir. Bütün peşə məktəblərində xalq sənəti ilə bağlı tədris həyata keçirilməyə də bilər. Ancaq müxtəlif bölgələrdə, Şəkidə, İsmayıllıda, Gəncədə və s. yerlərdə fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti kursları açmaq mümkündür. Bilirsiniz, bu gün Azərbaycanda elə qədim sənət növləri var ki, onların yeni nəsil davamçıları yetişməlidir. Bunun üçün də mütləq tədbirlər görülməlidir. Biz xalq sənətkarlığı deyəndə ancaq milli geyimlərimizi və xalçalarımızı üzə çıxarırıq, ancaq görün bizim onlardan da başqa nə qədər qiymətli xalq sənəti növlərimiz var. Bəzi regionlarda fəaliyyət göstərən peşə məktəblərində xalq sənəti növlərinin tədrisinin həyata keçirilməsi çox yaxşı olardı. Çünki bütün dünya xalqları öz qədim sənət növlərini tədris edir, öyrədir, nəsildən-nəslə ötürür”.

N.İsrafilov qeyd etdi ki, bu gün Azərbaycanın xalq sənəti növlərinin daha geniş təbliği məqsədilə onlar haqqında dərsliklərdə məlumatlar verilməli, hətta bəzi orta məktəblərdə ayrıca kurslar da təşkil edilməlidir. Ekspert hesab edir ki, bu məşğələlər keçirilərsə, o sahəyə həvəsi olanlar gəlib burada məşğul olarlar. N.İsrafilov hesab edir ki, aidiyyəti dövlət qurumları bu məsələyə həssaslıq göstərəcək və xalqımızın qədim sənət növlərinin yaşadılması, yeni nəsil sənətkarların yetişdirilməsi üçün lazımi tədbirləri həyata keçirəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Magistraturaya sənəd verənlərin nəzərinə

Magistraturaya sənəd verənlərin nəzərinə

Məktəblilərin PEŞƏ yönümü ilə bağlı istiqamətləndirilməsi

Məktəblilərin PEŞƏ yönümü ilə bağlı istiqamətləndirilməsi

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir

Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar

“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor

Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

Qrip olmamaq üçün bundan için - XALQ TƏBABƏTİ

Qrip olmamaq üçün bundan için - XALQ TƏBABƏTİ

"Plan yerlərinin artırılmasındansa gənclərin məşğulluğu üçün iş görmək lazımdır"

"Plan yerlərinin artırılmasındansa gənclərin məşğulluğu üçün iş görmək lazımdır"

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır