Xəbərlər / Ziyalılar
26 iyul 2018
2 498


"Təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir" EKSPERT RƏYİ

 

"Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”
 
Oqtay Sinanoğlu (1935-2015) ABŞ-ın Yell Unuversitetinin tarixində ən gənc (26 yaşında) professor olmuşdur. O, Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və təsadüfi deyildir ki, ona "Türk Eynşteyni” deyirlər.

Professor Oqtay Sinanoğlunun "Mühacir Hamamı” kitabından təhsillə bağlı maraqlı fikirlər yer alıb:

"Türkiyədə 1953-cü ilə qədər orta/lisey təhsili, dünyadakı bir neçə ən yaxşı təhsil sistemlərindən biri idi. Türkcə aldığım təhsillə ABŞ-ın ən yaxşı universitetlərində üç sinif irəli çıxdım. Yenişəhər Liseyində (daha sonra Ted kolleci adlandırılmışdır) məzun olduqdan sonra ingiliscə təhsilə keçildi. Bizim məktəbdən başlayaraq bu işə tapşırıq alan "Mr. Browning” İngiltərə Kraliçasından 20 il sonra medal aldı. O vaxt heç kim "Kraliça niyə Türkiyədəki bir ingiliscə müəlliminə medal verir” deyə soruşmadı. Bir keşiş gəlib Türk məktəbində dərs desə bilərsiniz ki, o keşiş və missionerdir. Təmkininizi qoruyar, keşişin təsirinə düşməyiniz çətin olar. Ancaq eyni məktəbdə millətimizdən biri gəlib missionerlik etsə daha təsirli, dərin hiylə olar. Osmanlının son dövründə qurulmuş missioner məktəbləri fəsad yuvaları olmuşdu. Beşinci kolon olaraq düşmənlə iş görürdülər. Məktəblər silah anbarı olaraq istifadə olunurdu. Atatürk bunları bildiyi üçün bu məktəbləri bağlasa da bir neçəsi qaldı. Lozanda belə məktəblər bağlana bilmədi. Bir neçə dənə qalan bu məktəblərdə atılmış pis toxumlar vaxt keçdikcə böyüyərək bir xəstəlik kimi Türkiyəyə yayıldı. Halbuki Atatürkün ən əsas prinsipi təhsilin milli olması idi ki, bu da təhsilin hər sahəsinin türkcə olması deməkdir... 

Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”

Etibar Əliyev, təhsil eksperti
moderator.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

Atatürkün son anları və son nəfəsdə dedikləri- MARAQLI

Atatürkün son anları və son nəfəsdə dedikləri- MARAQLI

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

İkidilli  olmaq  zehni  qabiliyyəti  artırır

İkidilli olmaq zehni qabiliyyəti artırır

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu

“WhatsApp”da “blokdan çıxmağın yeni üsulu

Azərbaycanlıların asanlıqla öyrənə biləcəyi 10 Dil

Azərbaycanlıların asanlıqla öyrənə biləcəyi 10 Dil

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?