Xəbərlər
26 iyul 2018
494

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) təsdiq edilib.

AzMKÇ təhsilin bütün pillələri və səviyyələri üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirən və təsvir edən çərçivə sənədidir. Bu sənəd ölkə daxilində kvalifikasiyaları beynəlxalq təcrübəyə uyğun sistemləşdirir, beynəlxalq mobilliyi və milli kvalifikasiyaların xaricdə tanınmasını asanlaşdırır, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradır. AzMKÇ əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilmiş səriştələrin tanınması sisteminin yaradılmasını təşviq edir.

Sənədə əlavədə hər bir səviyyənin təsviri, yəni hər bir səviyyə üzrə tələb olunan biliklər, bacarıqlar, müstəqillik və məsuliyyət dairəsi müəyyənləşdirilib.

Sənəddə əsas məqamlardan biri təhsilin keyfiyyətinin təmin olunmasıdır. Bununla əlaqədar kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması, hər bir təhsil müəssisəsində keyfiyyətin daxili təminatı və qiymətləndirilməsi sisteminin yaradılması təsbit olunub.

AzMKÇ-nin reallaşdırılması müxtəlif sektorları əhatə etdiyindən, prosesdə digər dövlət qurumları və özəl sektorun iştirakı nəzərdə tutulub.

AzMKÇ-nin təsdiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub. Təhsil Nazirliyi tərəfindən hazırlanmış sənəd hökumətə təqdim edilənə qədər Dünya Bankı, Avropa İttifaqı və Avropa Təhsil Fondunun mütəxəssisləri ilə hərtərəfli müzakirə olunub və onların rəy və təklifləri nəzərə alınıb. Aztehsil.com Təhsil Nazirliyinə istinadən məlumat verir ki, ümumilikdə isə AzMKÇ Avropa Ali təhsil məkanının Kvalifikasiyalar Çərçivəsi və Ömür boyu Təlim üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi sənədlərinin müddəalarına uyğun olaraq hazırlanıb.

AzMKÇ-nin icrasına dəstək məqsədilə Təhsil Nazirliyinin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində cari ilin fevral ayından etibarən "Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin həyata keçirilməsinə dəstək” texniki yardım layihəsinin icrasına başlanılıb. Layihənin həyata keçirilməsində əlaqələndirmə rolunu Təhsil Nazirliyinin Təhsil İnstututu həyata keçirməkdədir.









Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı?

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı?

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Tələbələrə şad xəbər! - Yeni sistem yaradılır

Tələbələrə şad xəbər! - Yeni sistem yaradılır

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

AZƏRBAYCAN RESPUBLİKASINDA FASİLƏSİZ PEDAQOJİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞININ KONSEPSİYA VƏ STRATEGİYASI

AZƏRBAYCAN RESPUBLİKASINDA FASİLƏSİZ PEDAQOJİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞININ KONSEPSİYA VƏ STRATEGİYASI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları