"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!" » Aztehsil.com

Xəbərlər, Abituriyent
26 iyul 2018
264

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Siz Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz.
 
Hörmətli, abituriyentlər! Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq. Aztehsil.com DİM-ə istinadən məlumat verir ki, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Çox təəssüf ki, son günlər sosial şəbəkələrdə apardığımız monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırışlar edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. İyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək imtahanların nəticələri elan olunduqdan sonra isə müvafiq qruplar üzrə kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. "Abituriyent” jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Keçid ballarını da nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərsiniz. "Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Bundan əlavə, iyulun 30-da Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin "İnstagram” və "Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır.

Hər birinizə uğurlar arzulayırıq!






Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)

Abituriyentlərə xoş xəbər: ixtisas seçimi elanı dərc edildi

Abituriyentlərə xoş xəbər: ixtisas seçimi elanı dərc edildi

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 11-ci nömrəsi çapdan çıxıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

İndiyədək 39 min abituriyent ixtisas seçib

İndiyədək 39 min abituriyent ixtisas seçib

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

DİM-dən abituriyentlər üçün video-çarx (VİDEO)

DİM-dən abituriyentlər üçün video-çarx (VİDEO)

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!