Xəbərlər / Ziyalılar
25 iyul 2018
1 972

"XXI əsr müəlliminin kompüter əsaslı imtahanla seçilməsi doğru yoldur"...Tanınmışlar imtahan prosesini izləyiblər

İyulun 25-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Bəhram Bağırzadə, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda isə ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər iştirak edib.

Qonaqlar Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən  imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub və proseslə bağlı fikir mübadiləsi aparıblar. 

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev müəllimlərin işə qəbulunun imtahanla keçirilməsini yüksək qiymətləndirib, müəllim peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadığını bildirib. Xalq yazıçısı kompüter əsaslı imtahan prosesinin təşkilini XXI əsrin müəlliminin seçilməsində doğru yol olduğunu qeyd edib.

Digər çıxış edənlər bu cür imtahanların şəffaf keçirilməsini gələcəkdə güclü təhsil sisteminin formalaşmasına xidmət edən vacib proses kimi qiymətləndiriblər.

Qeyd edək ki, iyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək.

İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
 
Aztehsil.com
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

İmtahanda yüksək bal toplayan müəllimələri siz də tanıyın - FOTO

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Bu, müəllimlərin peşəkar inkişafında, karyerasında xüsusi rol oynayacaq

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Maksimum bal toplayanlar

Maksimum bal toplayanlar

Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır