Xəbərlər
24 iyul 2018
2 844


“Müəllimlər müəllimi” filmi təqdim olunub

 

Sənədli lentdə tanınmış pedaqoq-alim Əjdər Ağayevin həyat və fəaliyyət yolundan söz açılır

Xəzər Universitetində görkəmli elm xadimi, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin yaradıcılığına həsr olunmuş "Müəllimlər müəllimi” sənədli filminin təqdimatı olub. Mərasimdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, filmin rejissoru, professor Əlinasir İmanlı, Təhsil Şurası İdarə Heyətinin üzvləri,  tanınmış pedaqoq alimlər, Ə.Ağayevin yetirmələri və ailə üzvləri iştirak ediblər.

Tədbiri xəstəliyi üzündən mərasimə qatıla bilməyən professor Ə.Ağayevin həyat yoldaşı, biologiya müəllimi Zəkiyyə Sayılova açaraq  zala toplaşanları salamlayıb və ailələri adından onlara minnətdarlığını bildirib.

Təqdimat mərasiminin aparıcısi Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov öncə  film və onun  yaradıcısı, professor Əlinasir İmanlı haqqında qısa məlumat verib.  Bildirib ki,  professor Əldər Ağayevin anadan olmasının 80 illiyi münasibətilə hasilə gətirilən sənədli filmdə müqtədir alimin Azərbaycan pedaqogika elminə gətirdiyi yeniliklər təhlil edilib, fəaliyyəti müasirləri tərəfindən dəyərləndirilib, elmi irsinin geniş tamaşaçı auditoriyasına çatdırılması qarşıya məqsəd qoyulub.

Sonra film izlənilib.

Filmin rejissoru Ə.İmanlı  həm ideya müəllifi olduğu, həm də quruluş verdiyi sənədli lentin üzərində apardığı yaradıcılıq işindən danışıb. Daha sonra film ətrafında müzakirələr aparılıb. Müzakirələrdə söz alan qocaman təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, ADPU-nun dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, BDU-nun  dekanı, pedaqogika üzrə elmlər doktoru, professor  Hikmət Əlizadə, professor Vidadi Xəlilov, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov,  ADU-nun dosenti Vidadi Bəşirov, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov və başqaları filmi yüksək qiymətləndirib, onun məziyyətlərini sadalayıb, filmin  professor Ə.Ağayevin  çoxşaxəlı fəaliyyəti və yaradıcılığı barədə geniş təsəvvür yaratdığını, burada Əjdər müəllim haqqında danışanlar tərəfindən onun elmi, publisistik, bədii yaradıcılıq fəaliyyətinin dərin təhlilinin verildiyini, yüksək insani keyfiyyətlərinin açılıb göstərildiyini qeyd ediblər. Çıxış edənlər habelə professor Ə.Ağayevin təhsilimizə xidmətlərindən, pedaqogika elminə verdiyi töhfələrdən  danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Professor-müəllimlər işə dəvət olunur

Professor-müəllimlər işə dəvət olunur

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova ilə görüş olub

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ I film sənədli filminin təqdimatı

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ I film sənədli filminin təqdimatı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı