banner kodunu buraya yazınız




5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.


        Yenə  5 Oktyabr  ərəfəsi....Yenə sosial şəbəkələr , ayrı-ayrı  saytlar  hansısa məktəblərdə, hansısa  müəllimlərin pul toplanması ilə bağlı müxtəlif məlumatlar yayırlar.

            5 Oktyabr  Ümumdünya   Müəllimlər günüdür. Müəllimlərin peşə bayramı günü ərəfəsində Azərbaycan müəlliminə  qarşı  qara  piarın nəticəsidir ki, bir çox müəllimlər   5 Oktyabrda işə getmək belə istəmirlər. Hətta bəzi məktəb direktorları  daha  radikal  addım ataraq  məktəblərin  qapılarını  5 Oktyabrda  valideynlərin  üzünə  bağlayırlar. Əllərində çiçək  tutmuş  şagirdləri danlamağdan belə çəkinmirlər. Çox təəssüfedici və utandırıcı vəziyyətdir. Mən demirəm  ayrı-ayrı məktəblərdə hansısa  neqativ  hallar  yoxdur  və bu  neqativ hallar  son   3 ildə  demək olar ki,  sıfıra yaxınlaşıb.  150 minə yaxın  ziyalını birləşdirən  Azərbaycan   müəllimi   ordusu  bir-iki  məktəbdə  baş  verən  hansısa  neqativ  hala  görə  damğalanmamalıdır. 

         Azərbaycan müəllimi özünün fədəkar  əməyini , şərəfli  peşəsinə  və  şərəfli  həyat  yoluna  görə  ən böyük  təbrikə,  ən  böyük  mükafata  layiqdir. Niyə  biz  kimisə  təbrik etmək  istəyəndə  fikirləşirik  ki, ona  pul  vermək  lazımdır?! Niyə   biz  hansısa  bayramda kiməsə "yaxşılıq” etmək üçün  5, 10 manat və ya  hansısa  məbləğdə  pul  toplamalıyıq.  Bəlkə  məktəblərdə  tək-tək rast   gəldiyimiz   neqativ   halların  səbəbini  cəmiyyətdə  bu  neqativ  halları  yaratmağda  olan   ayrı –ayrı  valideynlərdə  axtarırırq?! Bəlkə  müəllim peşəsinə, müəllim  əməyinə  və  müəllim  ömrünə  hörmət əlaməti olaraq  bilərəkdən ,məqsədli şəkildə  bir-iki  neqativ  halı şişirdən,  ictimailəşdirən insanlara  toplum  olaraq,  cəmiyyət  olaraq  özümüz  cavab  verək?!.  Verdiyim  sualların  cavablarını  da  özüm  tam  bilmirəm. Onu  bilirəm  ki,  5 Oktyabr  Beynəlxalq  Müəllimlər  günü  dünyanın əksər ölkələrində olduğu  kimi  Azərbaycanımızda  da  daha  böyük  təntənə  ilə  keçirilməlidir.  Axı söhbət  MÜƏLLİM  adından,  MÜƏLLİMLƏRİN peşə bayramından  gedir. 

       Bayramınız  Mübarək  Əziz  Müəllimlər.  Tutduğunuz  çətin  və   şərəfli yolda  hər  birinizə  can  sağlığı,   peşə  fəaliyyətinizdə  uğurlar   arzu   edirəm.  
 
       Yaşasın Azərbaycanımız  !  Yaşasın  Azərbaycan  Müəllimi !    
 
AzTehsil.Com saytının Baş Direktoru: Elşən Qafarov
 
Fotolar: 
 

 

 

 

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

 

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !





loading...

xtehsil





Həmçinin oxuyun:

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Xəbərlər, MÜƏLLİM
SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

MÜƏLLİM, Sual
Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !

Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !

Xəbərlər
Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Xəbərlər
Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Qabaqcıl təcrübə
ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Xəbərlər
17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Xəbərlər
Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ziyalılar
MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Qabaqcıl təcrübə
Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

MÜƏLLİM
Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Xəbərlər
28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Ziyalılar
1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Xəbərlər
Beynəlxalq Olimpiyadada Azərbaycan məktəblilərinin daha bir uğuru

Beynəlxalq Olimpiyadada Azərbaycan məktəblilərinin daha bir uğuru

Xəbərlər
Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

MÜƏLLİM
Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Xəbərlər

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

MÜƏLLİM
.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinif rəhbəri
Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri
Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbəri
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Xəbərlər
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Xəbərlər
Təsisçi və baş redaktor:Elşən Qafarov

Təsisçi və baş redaktor:Elşən Qafarov

Yazarlar
Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbəri


ILK-10 Aztehsil play market