Xəbərlər
22 iyul 2018
2 174


Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənədlərin qəbulu 5-20 iyul tarixlərində aparılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə 1333 nəfər tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 231 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün  qeydiyyatdan keçənlərin sayı 3152 nəfər olub. Onlardan 1378 nəfəri öz sorğusunu təsdiq edib.

Nəticələr sentyabr ayında elan olunacaq.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
 
Aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Bu il 1191 tələbə köçürülüb

Bu il 1191 tələbə köçürülüb

Çətin şərtlər, dolaşıq imtahanlar

Çətin şərtlər, dolaşıq imtahanlar

Qeydiyyatdan keçməyin yolları

Qeydiyyatdan keçməyin yolları

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Bu tələbələrin qəbul imtahanında topladığı balı nəzərə alınmayacaq - SƏBƏB - VİDEO

Bu tələbələrin qəbul imtahanında topladığı balı nəzərə alınmayacaq - SƏBƏB - VİDEO

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib  Böyüt

Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib Böyüt