Xəbərlər, Orta ixtisas
21 iyul 2018
619

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

2017-ci il ərzində "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulmuş hissəsinin 52 faizinin icrası başa çatıb, 40 faizi qismən icra edilib və 8 faizi isə icra edilməyib.
 
Aztehsil.com "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
 

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

 

Sənəddə qeyd edilib ki, peşə təhsili müəssisələrinin idarə edilməsinin daha da təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, fəaliyyətinin dayandırılması və ya müvəqqəti dondurulması, yeni təhsil müəssisələrinin inşası ilə bağlı təkliflər əsasında tədbirlər planının layihəsi hazırlanıb: "İqtisadiyyatın prioritet istiqamətləri, işəgötürənlərin tələbləri və peşə təhsili müəssisələrinin mövcud vəziyyətinin araşdırılması ilə əldə edilən nəticələr nəzərə alınmaqla, beynəlxalq ekspertlərin iştirakı ilə təhlillər aparılıb və 10 pilot peşə təhsil müəssisəsi müəyyən edilib. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin ərazisində 8 ixtisas üzrə ixtisaslaşmış peşə təhsili mərkəzinin tikintisinə başlanıb. İlk peşə–ixtisas təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi məqsədi ilə regionlarda və Bakı şəhərində imtahanlar təşkil olunub. Ümumilikdə diaqnostik qiymətləndirmə ilə bağlı imtahanlarda 86 ilk peşə-ixtisas təhsili müəssisəsindən 834 nəfər ümumtəhsil fənn müəllimi iştirak edib".
 

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

 

Hesabatda bildirilib ki, peşə təhsil müəssisələrinin fəaliyyətinin kəmiyyət və keyfiyyət meyarları əsasında fəaliyyət göstəriciləri sistemi ilə bağlı təkliflər hazırlanıb. Bundan başqa, peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində qaydalar layihəsi hazırlanıb: "BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 18 adda, "BP” şirkəti və "British Council”-ın köməyi ilə 9 adda modul/dərslik hazırlanaraq nəşr olunub və təhsil alanların istifadəsinə verilib. 2017/2018-ci tədris ilindən İsmayıllı Peşə Tədris Mərkəzində pilot olaraq BMT-nin İnkişaf Proqramı çərçivəsində hazırlanmış nəticəyönümlü, modul strukturlu kurikulumla "Arıçı” ixtisası üzrə kadr hazırlığına başlanılıb. Məlumatların şəffaf monitorinqinin və vahid bazasının təmin edilməsi məqsədilə mövcud məlumat infrastrukturu təhlil edilərək cari vəziyyəti özündə ehtiva edən arayış və məlumat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb".






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllimlər  diaqnostik qiymətləndirilmədən keçəcək.

Müəllimlər diaqnostik qiymətləndirilmədən keçəcək.

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Bu gün müəllimlər imtahan verib

Bu gün müəllimlər imtahan verib

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur