Xəbərlər, Magistr
20 iyul 2018
1135

“Gələn ildən xarici universitetlərin magistratura pilləsinə qəbul olan oğlanlar əsgər gedəcəklər” - EKSPERT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
"Düşünürəm ki, növbəti ildən əcnəbi universitetin magistratura pilləsinə qəbul olunanlar da əsgər getməli olacaqlar. Buna əminəm”.

Bu sözləri  xaricdə təhsil üzrə mütəxəssis  Fuad Hacıyev deyib. O, dünya universitetlərindən məzun olan azərbaycanlı tələbələrin ali təhsildən sonra üzləşdikləri bir sıra problemlərə toxunub. Diplomu Azərbaycanda tanınmayan tələbələrin isə boşuna pul xərclədiklərini bildirib:

"Xaricdə təhsilini başa vuran tələbələr bir sıra problemlərlə üzləşirlər. Bu, onların hansı ölkə və ixtisası bitirməyindən, eləcə də Azərbaycana geri dönmək istəyib-istəməməsindən asılı olaraq dəyişir.

Azərbaycana dönənlərin problem də az deyil. Məsələn, Ukrayna və Rusiyada təhsil alanların ən böyük dərdi elə diplomların tanınmasıdır. Onların diplomları burada tanınmır. Xarici ölkədə təhsil alıb, burada diploma tanınmayanlar isə sadəcə boşuna pul xərcləmiş olurlar”.

Ekspert təhsilini başa vurub ölkəyə qayıdan tələbələrin iş mühitində üzləşdikləri çətinliklərə aydınlıq gətirib:

"Türkiyə, Almaniyada təhsilini başa vuranların isə diplom tanınması kimi problemləri  çox olmasa da, onlar qayıdıb burada işləyə bilmirlər.

Məsələn, kimsə Orta Doğu Texnik Universitetinin mühəndislik fakültəsini bitirib. Azərbaycanda Kənd təsərrüfatı Universitetini güc-bəla ilə bitirmiş adamın şöbə müdiri olduğu müəssisədə mühəndis kimi çalışmaq onun üçün  çox çətin olur.

İş mühitinə uyğunlaşa bilmir. Düşünün, siz Londonda biznes məktəbini bitirib Azərbaycana gəlmisiniz. Sizi iş müsahibəsinə çağıran şəxs isə Naxçıvan Dövlət Universitetində Meyvə və tərəvəzçilik fakültəsini bitirib. Həmin adam sizə əlaqəsiz iradlar tutmağa çalışacaq. Hər şey də elə bundan başlayır”.

O, əcnəbi diplomun tanınması üçün lazım olan prosedurları da sadalayıb:

"Çox adam diplomların tanınması- nostrifikasiyası ilə bağlı konsultasiyalara qatılır. Kəsilməmək üçün kömək istəyir.

Əslində, diplomların tanınması haqda qanun çox rahatdır. Onun təhsil aldığı müddətdə təhsil aldığı yerdə olması, gediş-gəlişləri təhsil müddətinə uyğun olmalı, bundan əlavə həmin şəxs təhsil aldığı dili və ixtisası bilməlidir”.

Fuad Hacıyev, xaricdə karyera düşünənlərin  gözə almalı olduğu problemlərdən də bəhs edib:

"Dünya universitetlərində ali təhsilini başa vuran, elə o ölkədə çalışanlar da az problemlə üzləşmirlər. Məsələn, Almaniyada təhsil almış tələbəmiz hazırda dünyanın nəhəng şirkətlərindən birində yaxşı vəzifədə çalışır. Amma onun həmin işi tapması hədsiz çox vaxtını alıb. Çünki orada rəqabət bizdən güclüdür. Həmin adamın Azərbaycada iş tapması daha asan olardı. Amma yenə də deyirəm, çox vaxt əməkhaqqı uyğun olsa belə, şərtlər buna imkan vermir”.

Ekspertin sözlərinə görə hərbi səfərbərlik müəssisələri magistratura pilləsinə qəbul olunanlara problem yaradırlar:

"Bəzən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəssisələri bəzən bilərəkdən problem yaradırlar. Təbii ki, bu, hər müəssisəyə aid deyil. 

Onlar tələbəyə deyirlər ki, mənə qəbul sənədini deyil, təhsil almağın haqda arayış ver. Amma düşünmürlər ki, tələbə pasport alıb ölkədən çıxmadan, gedib unversitetdə qeydiyyatdan keçmədən təhsil haqda arayışı tələb edə bilməz. Bununla bağlı problemi olanlar mütləq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qaynar xətti ilə əlaqə saxlamalıdırlar”.

O, növbəti illərdə hərbi möhlət hüququnun əğv olunacağını düşünür:

"Düşünürəm ki, növbəti ildən  əcnəbi universitetin magistratura pilləsinə qəbul olunanlar da əsgər getməli olacaqlar. Buna əminəm. Çünki magistratura pilləsinə qəbul olunanların hərbi möhlət alması ilə bağlı qərar tamamilə başqa məsələyə əsasən qüvvəyə minmişdi.  Çox adam bundan yararlanmağa başladı. İstər ölkə, istərsə də xarici universitetlərin magistratura pilləsinə qəbul olunub hərbidən möhlət almağa başladılar. Bu qərardan sonra magistraturaya qəbul olunan oğlanların sayı 50-60% artdı.

Proses isə təxmini belə olacaq: Milli Məclisdə çıxışlar olacaq ki,  bununla bağlı ictimai rəy formalaşıb. İnsanlar narazılıq edir. Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəssisələri əsgər tapmır. Beləliklə qərar ləğv ediləcək”.
 
  Mənbə AzEdu.az

 

“Gələn  ildən  xarici universitetlərin magistratura pilləsinə qəbul olan oğlanlar əsgər gedəcəklər” - EKSPERT

 






Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər - RƏSMİ

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər - RƏSMİ

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? – AÇIQLAMA

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? – AÇIQLAMA

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -