Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

 


İqtisadi  Əməkdaşlıq və  İnkişaf  Təşkilatı (OECD)  dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinin genişmiqyaslı öyrənilməsinə dair hesabatını açıqlayıb. "Təhsil və Təlimin Beynəlxalq Tədqiqatı" (Teaching and Learning International Survey, TALIS) adlı hesabatın  təqdimatında  Britaniya  təhsil sisteminin digər ölkələrlə müqayisədə üstünlüyündən bəhs olunub.  Sinqapurun təhsil sisteminin  uğurları, bu ölkənin gənc məktəblilərinin bütün dünyada riyaziyyatın öyrənilməsində çox yüksək nəticələr göstərməsi  xüsusilə qeyd olunub. Bununla belə,  keyfiyyət  və  təhsil xidmətləri qiymətləri arasında ən yaxşı nisbətin Finlandiyada olduğu vurğulanıb.  Bildirilib ki, Finlandiya müəllimlərinin peşəkarlığı sayəsində  bu ölkənin şagirdləri  məktəblilərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi beynəlxalq proqramlarında (Programme for International Student Assessment, PISA) yüksək ballar qazanırlar.  Bu araşdırma müxtəlif ölkələrdən olan şagirdlərin  biliyini və  qazanılan bilikləri təcrübədə tətbiq edə bilməsi  bacarığını əks etdirir.  Qeyd olunur ki,    Finlandiyada müəllimlərin əməkhaqları o qədər də yüksək deyil və onlar nisbətən  böyük siniflərdə dərs keçirlər.  Hesabatda  Finlandiyadan sonra ən effektiv təhsil verən ölkələr sırasında Koreya, Çexiya, Macarıstanın adları çəkilir.  Braziliya və İndoneziyanın təhsil sistemləri təhsil xidmətlərinin qiyməti və keyfiyyəti nisbətinin ən aşağı göstəricilərini  nümayiş etdirib.  Əldə olunmuş nəticələrin əlyetərliyi nöqteyi-nəzərdən hesabat müəllifləri bütün dünyada  müəllim işinin xüsusiyyətlərinin necə dəyişməsini əyani göstərmək üçün bu nəticələrdən istifadə ediblər.  
 
Ən yüksək əməkhaqqını İsveçrə müəllimləri alır
 
OECD-yə üzv ölkələrdən ən yüksək əməkhaqqını İsveçrə müəllimləri alır. Müəllimin illik gəliri bu ölkədə 68000 dollardır.  İsveçrədə   orta illik  əməkhaqqı isə 50000 dollardır. İsveçrədən sonra ən yüksək əməkhaqqı  Niderland, Almaniya və Belçikadadır.  Lider ölkələrlə müqayisədə  Böyük Britaniya  müəllimlərinin illik  orta əməkaqqı 44000 dollardır. Almaniya 30 OECD ölkəsi arasında müəllimlərin əməkhaqqına görə 13-cüdür.  Fransada müəllimin illik orta əməkhaqqı 30000 dollardır. Yunanıstanda isə müəllimlər ildə 25000 dollar qazanır. 
 
Məktəblərdə ən çox müəllimin olduğu ölkələr 
 
Hesabata görə, Braziliyada orta hesabla hər bir müəllimə 32,  Portuqaliyada isə 8 şagird düşür.  Norveç və Yunanıstanda nisbətən böyük siniflər mövcuddur. Böyük Britaniya  bir müəllimə düşən şagirdlərin sayına görə öndə olan ölkələrin siyahısında 14-cü yerdədir.  Tədqiqat göstərib ki, əgər Böyük Britaniya hökuməti Finlandiyanın effektiv  təhsil sisteminə çatmaq istəyirsə, buna hər müəllimə düşən şagird sayını 13-dən 16-ya  çatdırmaqla nail ola bilər.
 
Müəllimlərin iş saatı
 
TALIS (Teaching and Learning International Survey)  tədqiqatı göstərib ki, Böyük Britaniyada müəllimlər tədris ili ərzində orta hesabla həftədə 46 saat işləyirlər, bu isə müvafiq beynəlxalq normadan (38 saat) 8 saat artıqdır. Bununla belə, Britaniya müəllimləri sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük hissəsini  başqa tapşırıqlara həsr edirlər.  Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə  malikdir. İtaliyada isə müəllimlər həftə ərzində 29 saat işləyirlər.
 
Qadın müəllimlərin sayına görə lider ölkə
 
Qadın müəllimlərin sayına görə Latviya liderlik edir. Qadınlar bu ölkədə müəllimlərin ümumi sayının  88,7,  Estoniyada 84,5,  Slovakiyada  81,8, Bolqarıstanda  81,2,  İtaliyada 78,5,  Çexiyada 76,5,  İsraildə 76,3,  Polşada 74,9  və s. faizini təşkil edir.  Müəllimlər arasında qadınların sayının ən az olduğu ölkələrə isə  Niderland  (54,6 faiz),  Meksika (53,8 faiz)  və Yaponiyanı  (39 faiz) misal göstərmək olar. Müəllimlərin orta yaşı aşağıdakı kimi dəyişir: İtaliyada - 48,9, Estoniyada 47,9, Bolqarıstanda 47,4 yaşdır.  Ən gənc müəllimlər isə Malayziyada (38,9), Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri)  (38,7), Sinqapurda (36)  işləyir. 
 
Hansı ölkədə ali təhsilli müəllimlər çoxdur?
 
Ali təhsilli müəllimlər Avstraliyada  (99,9 faiz), Polşada  (99,9 faiz), Koreyada  (99,8 faiz) üstünlük təşkil edir. Xorvatiyada ali təhsillilər 82,3, Çilidə 81,6, İtaliyada 80,5 faiz təşkil edirlər. Ən yaxşı  pedaqoji staja malik müəllimlər Latviyada (22 il), Estoniyada (21,6 il), Bolqarıstanda (21,5 il), İtaliyada (19,8 il), Portuqaliyada (19,4 il), İspaniyada (18,3 il) çalışır. Bir qədər az təcrübəli müəllimlər Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri) (12,8 il), İngiltərə (12,4 il), Sinqapurdadır (9,7 il). 
Həftə ərzində müəllimlərin tədrisə daha çox vaxt ayırdığı ölkələrə Çili (26,7 saat), Braziliya (25,4 saat), Meksika (22,7 saat) Finlandiya (20,6 saat), İngiltərə (19,6 saat), Fransa (18,6 saat) və daha az vaxt ayrılan ölkələr isə Niderland (19,9 saat), Rumıniya (16,2 saat)  və Norveçi (15 saat) göstərmək olar. 
 
Müəllimlər haqqında əlavə faktlar
 
Təhsilin inkişafına daha çox vəsaiti ABŞ hökuməti ayırır - 809 milyard dollar. Daha sonra Yaponiya (160 milyard dollar), Almaniya  (154 milyard dollar), Braziliya (146 milyard dollar), Fransa  (123 milyard dollar), Böyük  Britaniya (123 milyard dollar) gəlir. BMT-nin açıqlamasına görə, 2015-ci ilə qədər əlavə olaraq  8 milyon müəllimə ehtiyac yaranacaq. Beynəlxalq tədqiqata əsasən, müəllimlərin 68 faizi qadınlardır, müəllimin orta yaşı isə 48 yaşdır. Müəllimin orta iş həftəsi 38 saatdır. Müəllimlərin daha çox işlədiyi Yaponiyada  həftəlik iş 54 saat təşkil edir. 
 
Oruc MUSTAFAYEV  Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.6.






Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

COĞRAFIYADAN  25   TEST

COĞRAFIYADAN 25 TEST

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

ARAŞDIRMA !!! Azərbaycanda Müəllimlərin orta yaş həddi neçədir ?

ARAŞDIRMA !!! Azərbaycanda Müəllimlərin orta yaş həddi neçədir ?

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

GCİ-nin Azərbaycan müəllimləri üçün yeni Beynəlxalq Pedaqoji Təcrübə proqramı

GCİ-nin Azərbaycan müəllimləri üçün yeni Beynəlxalq Pedaqoji Təcrübə proqramı

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”



ILK-10 Aztehsil play market