Xəbərlər / Valideyn / Müəllim
11 iyul 2018
5 064

“İki” alanların diqqətinə

“İki” alanların diqqətinə

Azərbaycanda tədris ili artıq başa çatıb.  Buna baxmayaraq, bir çox şagird tədris göstəricilərinin aşağı olması səbəbindən yay tətilini lazimi səviyyədə dəyərləndirə bilmir. Orta təhsil müəssisəsində aşağı göstərici şagirdlərin yalnız istirahətlərinə mənfi təsir etmir, onlar eyni zamanda,  bu səbəbdən sinifdə də saxlanıla bilərlər. 

AzEdu.az şagirdlərin sinifdən-sinfə keçirilmə və sinifdə  saxlanılma  qaydalarını araşdırıb.

Bu qaydalar tabeliyindən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq,  bütün ümumi təhsil müəssisələrinə şamil edilir. 

Ümumi təhsil müəssisələrinin I-VIII və X (XI)* sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət ("kafi” və daha yüksək) olduğu halda keçirilirlər.Yəni, şagird sinifdən sinfə illik qiymətləri tələb olunan qiymətlərlə üst-üstə düşdüyü halda keçirilir. 

Tədris fənləri üzrə illik qiymətlər dərs məşğələlərinin başa çatmasına 3 gün qalmış müvafiq fənn müəllimləri tərəfindən şagirdin yarımillik qiymətləri əsasında müəyyən olunur. 

İllik qiymət yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur. Şagirdin yarımillik qiymətləri müxtəlif olduqda, alınan rəqəmin vergüldən sonrakı  hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5 və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır. Yəni, yarımillik qiymətlərin ədədi ortası  şagirdin illik  göstəricisidir.  Əgər ədədi ortada alınanan rəqəmin vergüldən sonrakı hissəsi 5-dən kiçikdirsə, yəni, ədədi orta 5,4 çıxarılıbsa qiymət 5 olaraq  yazılır. Həmin hissə 5 dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır. Məsələn, ədədi ortası 4,6 olan şagirdə illik qiymət olaraq 5 yazılır.

Şagird ikinci yarımildə bu və ya digər fəndən "qeyri-kafi” qiymət almışsa, ona

həmin fəndən  müsbət illik qiymət çıxarıla bilməz.

Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki  hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir etmir. 

İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir.  Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar.

İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.

4 (dörd) və daha artıq fəndən illik "qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X (XI) sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.

1 - 3 fəndən (fənlərdən) illik "qeyri-kafi” qiymət almış V-VIII və X (XI)

sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay-tədris tapşırıqları verilir.

Yay-tədris tapşırıqları fənn müəllimi tərəfindən fənn üzrə müəyyən bəhs və bölmələri əhatə etməklə hazırlanır və təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdə onun valideyninin (digər qanuni nümayəndəsinin) iştirakı ilə yazılı təqdim edilir. Yay-tədris tapşırığının bir surəti ümumi təhsil müəssisəsində saxlanılır.

Yay-tədris tapşırığı hər il avqustun 25-dən sentyabrın 10-dək ümumi təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən ümumi təhsil müəssisəsində qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir.

Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılır.

Yay-tədris tapşırıqlarının qəbulu prosesi protokollaşdırılır və şagirdə verilən qiymətə görə, onun yuxarı sinfə keçirilməsi və ya təkrar sinifdə saxlanması barədə ümumi təhsil müəssisəsinin pedaqoji şurasına təqdimat hazırlanır.

I-VIII və X (XI) sinif şagirdlərinin yuxarı sinfə keçirilməsi, yay-tədris tapşırıqlarının yerinə yetirilməsi vəziyyəti və şagirdlərin təkrar sinifdə saxlanması ilə bağlı məsələlər onların valideynlərinin (digər qanuni nümayəndələrinin) iştirakı ilə pedaqoji şurada müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilir və təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir.
 
“İki” alanların diqqətinə

Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Şagirdlərin sinifdən-sinfə keçirilməsi  haqqında müvəqqəti Qaydalar

Şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Buraxılış imtahanında "2" alanlar qəbul imtahanına buraxılacaqmı? - RƏSMİ

Buraxılış imtahanında "2" alanlar qəbul imtahanına buraxılacaqmı? - RƏSMİ

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub