Xəbərlər, MÜƏLLİM
10 iyul 2018
1424

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

 

 
 
"Təhsil haqqında” Qanuna edilən dəyişikliyə görə, ali təhsilli mütəxəsisslər də təhsil müəssisələrində dərs deyə biləcəklər.

Məsələn, hər hansı ali məktəbin, tutaq ki, Bakı Dövlət Universitetinin Kimya, Biologiya, Biokimya, Tətbiqi Riyaziyyat və s. kimi fakültələrini  bitirən məzunlar, həm də orta məktəblərdə uyğun pedaqoji istiqamətlərdə dərs deyə biləcəklər. 

Qanuna əlavə edilən iki yeni maddədən biri məhz pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlıdır. Məlumdur ki, əvvəllər yalnız pedaqoji təhsili olan şəxslər məktəbdə müəllim işləmək hüququna malik idi. İndi isə hansısa sahə üzrə ali təhsilli mütəxəssislərə xüsusi qaydalar çərçivəsində təhsil müəssisələrində dərs demək imkanı yaradılacaq.

Bəs bu dəyişiklik Azərbaycan təhsilinə nə qazandıracaq?

Kimyaçı alim, professor Mütəllim Abbasov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, mütəxəssis universitetdə oxuduğu müddət ərzində yalnız pedaqogika və psixologiya üzrə təhsil aldığı təqdirdə məktəbdə müəllim kimi işləyə bilər:

"Əgər bu dərslər üzrə təhsil almayıbsa, ondan müəllim olmaz. Şagirdlə işləməyi bacarmayan adamın məktəbə daxil olması düzgün deyil. Bu dəyişikliyin heç bir müsbət tərəfi yoxdur. Hazırda mediada müəllimlərin şagirdləri tez-tez döyməyi, kobud rəftarı yer alır. Pedaqoji qabiliyyəti olmayan, təhsil aldığı müddətdə pedaqogika və psixologiya keçməyən şəxslərin məktəbdə dərs deməsi də onların davranış qaydalarında həmin kobudluqların yaranmasına səbəb olacaq və dəyişikliyin fəsadları xoşagəlməz olacaq.  Bizim mütəxəssisdən daha çox güclü dərsliklərə ehtiyacımız var. Müəllimə dərs keçmək üçün material lazımdır. Dərslik yoxdursa, mütəxəssis də heç nə edə bilməz. Bir daha təkrar edirəm ki, pedaqogika və psixologiyanı bilməyən  adam məktəbə buraxılmamalıdır”.

Riyaziyyatçı alim, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, hazırda Azərbaycan təhsil sistemində xaos var:

"Pedaqoji təhsil müəssisələrini bitirənlərin bir çoxu bu gün müəllimlik üçün o qədər də yararlı hesab olunmur. Əlində müəllimlik diplomu olsa da, öz fənnini lazımi şəkildə bilməyənlər var. O qədər riyaziyyatçı tanıyıram ki, riyaziyyatı yaxşı bilmir, eləcə də digər fənn müəllimləri öz fənlərindən xəbərsizdirlər. Yəni, bir çox diplom sahibi öz statusuna uyğun deyil. Belə olan halda pedaqoji təhsil almayıb ixtisas fənnini dərindən bilən adamlara ehtiyac var. Bir insan Texniki Universiteti və ya Neft və Sənaye Universitetini bitirib pedaqoji qabiliyyətə sahib ola və onun dediyi dərs pedaqoji diplomun daşıyıcısının keçdiyi dərsdən qat-qat effektli ola bilər”.

Əhməd Qəşəmoğlu həmin adamların birbaşa sinfə, auditoriyaya buraxılmasının tərəfdarı deyil:

"Dərs deyəcək şəxslər ən azı 3 aylıq  kurs keçməlidirlər. Bu kursda şagirdlərə münasibət, onlarla ünsiyyətin qurulması, davranış qaydaları öyrədilməli, vətənin inkişafı naminə onlara diqqət göstərilməlidir. Əsəbi adamlar psixoloji cəhətdən, kobud adamlar əxlaqi cəhətdən məktəbə buraxıla bilməz. Təbii ki, bu şəxslər şagirdlərə heç bir halda dərs deyə bilməzlər.Əlimdə imkanım olsa, dediyi fənni dərindən bilən və pedaqoji sahədə  fəaliyyət göstərməyə qabiliyyəti, istəyi olan mütəxəssisləri məktəblərə göndərərdim. Məncə bunun nəticəsi daha da yüksək olacaq”.

 

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

 







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Pedoqoji təhsili olmayanlar informatika müəllimi işləyə biləcək

Pedoqoji təhsili olmayanlar informatika müəllimi işləyə biləcək

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Pedaqoji   fəaliyyətə  qadağa.

Pedaqoji fəaliyyətə qadağa.

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Bu ölkədə ali məktəblərdə yeni qəbul qaydaları tənqid olunub

Bu ölkədə ali məktəblərdə yeni qəbul qaydaları tənqid olunub

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

ATV pedaqoji ictimaiyyətdən üzr istəməlidir

ATV pedaqoji ictimaiyyətdən üzr istəməlidir "sadə həqiqəti bilməyən bir şəxs məktəbdə necə yoxlama apara bilər?"

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası