Xəbərlər, H/N sənədlər
05 iyul 2018
10789

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

 

 
 
Azərbaycan prezidenti İlham Əliyev "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
 
Fərmana əsasən qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb:
 
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
1.1. beş ay müddətində:
 
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
1.1.2. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.20-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.3. həmin Qanunun 17.4-cü maddəsinə uyğun olaraq, vətəndaşların ilk peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.4. həmin Qanunun 21.2-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.5. həmin Qanunun 26.1-1-ci maddəsinə uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.6. həmin Qanunun 26.5-2-ci maddəsinə uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısını və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.7. həmin Qanunun 26.5-3-cü maddəsinə uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.8. həmin Qanunun 36-1.1-ci maddəsinə uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.9. həmin Qanunun 36-1.2.4-cü maddəsinə uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.10. həmin Qanunun 36-2.2-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
 
1.1.11. həmin Qanunun 29.0.44-cü və 29.0.45-ci maddələri ilə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
 
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
3. Müəyyən edilsin ki:
 
3.1. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.55-ci, 7.2-ci, 14.20-ci, 17.4-cü maddələrində, 19.14-cü maddəsinin ikinci cümləsində, 21.2-1-ci maddəsinin ikinci cümləsində, 22.11-ci maddəsində, 22.14-cü maddəsinin ikinci cümləsində, 22.16-cı, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü, 36-1.3-cü, 36-2.1-ci və 36-2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 
3.2. həmin Qanunun 22.14-cü maddəsinin ikinci cümləsində və 22.16-cı maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
 
3.3. həmin Qanunun 22.11-ci maddəsində "orqan (qurum)” dedikdə elmi dərəcələrin verilməsi qaydasının müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, doktoranturaların yaradılması, doktoranturaya qəbul qaydalarının müəyyən edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
 
3.4. həmin Qanunun 14.20-ci, 17.4-cü maddələrində, 21.2-1-ci maddəsinin ikinci cümləsində, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü və 36-2.2-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
 
3.5. həmin Qanunun 29.0.43-cü maddəsində nəzərdə tutulmuş vəzifələri dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasının müəyyən edilməsi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sertifikatlaşdırmanın həyata keçirməsi üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyihəyata keçirirlər;
 
3.6. həmin Qanunun 7.2-ci maddəsində, 19.14-cü maddəsinin ikinci cümləsində, 36-2.1-ci və 36-1.3-cü maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;
 
3.7. həmin Qanunun 1.0.55-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.

 

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Mövcud qanunvericilikdə isə belə göstərilib

Mövcud qanunvericilikdə isə belə göstərilib

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Bu şəxslərə Azərbaycanda təhsil üçün qrantlar veriləcək

Bu şəxslərə Azərbaycanda təhsil üçün qrantlar veriləcək

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

Doktoranturaya qəbulda yenilik olacaq

Doktoranturaya qəbulda yenilik olacaq

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Prezident İlham Əliyev TQDK

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı