Xəbərlər
04 iyul 2018
1409

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 

 

Təhsil naziri Ceyhun Bayramov mediaya müsahibəsində XI sinif  buraxılış və ali məktəbə qəbul imtahanlarının birləşdiriləcəyini bildirib. 


Yeni qəbul qaydalarına əsasən, buraxılış imtahanları - Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənlərindən olacaq.  3 fəndən keçirilən buraxılış imtahanlarında maksimum bal  300 olacaq. Qəbul imtahanları isə 4 fəndən keçirilərək, maksimum 400 balla nəticələnəcək. Beləliklə, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarına da təsir edəcək. Amma əvvəlki illərin məzunlarını narahat edən başqa bir məsələ var. Buraxılış  imtahanını illər öncə verib attestat əldə edənlər universitetə qəbul olunmaq üçün  hansı fənlərdən imtahan verməli olacaqlar? Buraxılış və qəbul  imtahanı nəticələrinin toplanması üçün onlar yenidən attestat imtahanı verməlidirlər?


Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil mütəxəssisi Etibar Əliyev əvvəlki illərin məzunlarının köhnə qaydada imtahan verəcəyini düşünür: 


"DİM hansısa addımı atanda kifayət qədər ölçüb-biçir. Yəni, hər bir halda bunun orta məktəbi nə bu il, nə də əvvəlki illərdə bitirənlərə zərbə vuracağını düşünmürəm. DİM  bu riskləri nəzərə alır ki, heç kim ziyan çəkməsin. Düşünürəm ki, əvvəlki illərin məzunları elə köhnə qaydada imtahan verəcəklər. Buraxılış imtahanlarının birləşməsi modeli hansı ildən işə düşəcəksə, o, həmin ildən etibarən tətbiq olunacaq. Hesab edirəm ki, bu, çoxdanın çağırışı idi. Bu sahədə addımların atılması vahid imtahan sisteminin təşəkkülünə xidmət edən addım olacaq. DİM qərarları birbaşa qəbul edib tətbiq etmir. Bunu müəyyən vaxt çərçivəsində edir ki, adaptasiya prosesi də həyata keçirilsin. Düşünürəm ki, bu, çox müsbət addımdır. Buraxılış imtahanları qəbul imtahanlarını tamamlayacaq bir model olaraq tətbiq olunacaq ki,  bu da bir çox hallarda haqlı narazılıqların aradan qaldırılmasına gətirib çıxaracaq”.


Müəllim Günel Əliyeva isə bu imtahanların da şagirdlərinin repetitora üz tutmalarına səbəb olacağını deyib:


"Yeni qaydalar tətbiq olunsa, şagirdlər orta  məktəbə daha ciddi yanaşacaqlar. Bunun yaxşı tərəfi ola bilər. Bu zaman şagirdlərdən daha çox oxumaq tələb olunacaq. Onlar orta məktəbdən ali məktəbə hazır vəziyyətdə getməli olacaqlar. Bunun üçün məktəbdə yüksək səviyyədə oxumalıdırlar. Bunun üçün də yenə repetitorlara müraciət edəcəklər. Nə etsək də, bunun qarşısını almaq mümkün deyil. Məktəbdə savadlı müəllim olsa da, sanki uşaq kənardakılara inanır. İndi məktəblərə yeni müəllimlər gəlir. İmtahan verib vakant yeri qazananlar sözsüz ki, savadlı müəllimlərdir. Amma şagird öz savadlı müəllimlərini qoyub  əlavə  müəllimin yanına gedir. Yəni bu imtahanlar da şagirdlərinin repetitorlara üz tutmalarına səbəb olacaq”. 


 

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

 






Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məzunlar  imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Məzunlar imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək

Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..