Xəbərlər / Abituriyent
01 iyul 2018
7 093


Ali Hərbi Məktəbə qəbul qaydaları

Ali Hərbi Məktəbə qəbul qaydaları

 

 
 
Daxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli əmri ilə Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Tədris Taboru kimi yaradılıb. 2001-ci ildə Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə Tədris Mərkəzi kimi fəaliyyətə başlayıb.  

Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılıb. Nazirlər Kabinetinin  17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılıb. 2008-ci ildə Daxili işlər naziri Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunub. Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi məktəbinin bazasında yaradılıb. 2012-ci ildə  Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilib.

Ali Hərbi Məktəbə qəbul olunmaq istəyən abituriyentlər müəyyən normativləri uğurla verdikdən sonra test imtahanında iştirak etməlidirlər.  Akademiyaya qəbul imtahanı ənənəvi qaydada, IV ixtisas qrupu fənləri üzrə Azərbaycan və Rus dillərində keçirilir.

Daxili qoşunların Ali Hərbi Məktəbinə qəbul olunamaq üçün yalnız test imtahanı kifayət etmir. Bura müraciət edənlər bir sıra tələblərə də  cavab verməlidirlər. Onlar Azərbaycan dilini sərbəst bilməli, ən azı 165 sm boya sahib olmalı, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olmalıdırlar. Namizədlər qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. Fiziki hazırlıq üzrə minimal normativlər bunlardır: turnikdə 6 dəfə dartınma, 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə ərzində qaçış, 18 dəfə qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi, 18 dəfə isə gövdənin döşəmədən qaldırılıb-endirilməsi.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Dördillik təhsil müddətində tədris Daxili Qoşunların peşəkar zabitləri tərəfindən azərbaycan dilində aparılır.

Bu abituriyentlər Ali Hərbi Məktəbə sənəd verə bilməzlər

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.

Tələb olunan sənədlər

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi,4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti),

Təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti),

yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış,

ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti),

oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə,

9 x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara müvafiq hərbi iхtisаslаrlа bərabər "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və "Leytenant” hərbi rütbəsi verilir. Onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.
 

 

Ali Hərbi Məktəbə qəbul qaydaları

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Naxçıvan Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb

Naxçıvan Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

Tələbə adı qazananların nəzərinə: DİM abituriyentlərə çağırış etdi

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Hərbi Akademiyanın magistraturasına qəbul imtahanının birinci mərhələsi keçirilib

Hərbi Akademiyanın magistraturasına qəbul imtahanının birinci mərhələsi keçirilib

Tezliklə      hazırlıq      qrupları     açılacaq.

Tezliklə hazırlıq qrupları açılacaq.

FHN Akademiyasında oxumaq istəyənlərin nəzərinə!

FHN Akademiyasında oxumaq istəyənlərin nəzərinə!

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Təqaüdlərin rəsmiləşmə qaydasındaDƏYİŞİKLİK

Təqaüdlərin rəsmiləşmə qaydasındaDƏYİŞİKLİK

Ali məktəblərə keçə bilməyənlərə

Ali məktəblərə keçə bilməyənlərə

Liseylərə qəbul qaydaları dəyişib, təhsil müddəti azaldılıb

Liseylərə qəbul qaydaları dəyişib, təhsil müddəti azaldılıb

Hərbi rəhbərlərə qarşı haqsızlıq

Hərbi rəhbərlərə qarşı haqsızlıq

Azərbaycan Respublikasının  Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir