Xəbərlər
30 iyun 2018
626

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Lənkəran Dövlət Universitetində (LDU) növbəti "Məzun günü mərasimi Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanıb.

Mərasimdə LDU-nun məzunlarının sevincinə professor-müəllim-tələbə heyəti ilə yanaşı onların doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri şərik olub.

Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq bütün iştirakçıları salamlayıb, bu ali təhsil ocağına "əlvida” deyən məzunları, onların doğmalarını, bütün pedaqoji kollektivi təbrik edib.

Ölkənin gələcəyinin ixtisaslı kadrların hazırlıq səviyyəsindən asılı olduğunu deyən professor Natiq İbrahimov məzunlara öyrəndikləri bilikləri təcrübədə uğurla sınaqdan çıxarmağı arzu edib.

Rektor bu il LDU-nu müxtəlif ixtisaslar üzrə 437 məzun bitirsə də, növbəti ildə yeni açılmış ixtisasların hesabına məzunların sayı təqribən iki dəfədən də artıq olacaqdır.Universitet rəsmisi növbəti tədris ilində bir neçə yeni ixtisasda mütəxəssislərin hazırlanacağını deyib.

LDU-nun tədris –təcrübə bazasının müasir tələblərə uyğun yenilənməsi istiqamətində görülən işlərdən danışıb.

Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev tələbə həyatına əlvida deyərək mmüstəqil həyata atılan məzunlara xoş arzularını bildirib, onları rayonun ictimai-iqtisadi həyatında fəal iştiraka ,nəzəri biliklərini təsərrüfatda uğurla tədbiqə çağırıb.

Rayon Ağsaqqallar Şurasının sədr müavini , LDU ictimai şurasının sədri Sərhad Məmmədov da məzunları təbrik edib, öyüd və nəsihətlərini çatdırıb, ölkəmizə layiqli vətəndaş olmağı arzulayıb.

Mərasimdə universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim edilib, həmçinin tədris ili boyu fərqlənən bir qrup müəllim və tələbəyə fəxri-fərmanlar, təşəkkürnamələr təqdim edilib.

Bir neçə saat davam edən "Məzun günü” tədbiri tələbələrin və rayonun incəsənət ustalarının ifasında maraqlı musiqili-əyləncəli konsert proqramı ilə yekunlaşıb.
 

 


 


 

 


 


 



 



 


 


 


 


 


 


 








Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

LDU-da 20 ildən sonra görüş.

LDU-da 20 ildən sonra görüş.

LDU-da   tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

LDU-da tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

AzMİU-da

AzMİU-da "Məzun Günü" keçirilib

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

“Siz universitetimizin ən layiqli tələbələrisiniz

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb