Xəbərlər, Ekspert
28 iyun 2018
1347

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
 
"Bildiyimiz kimi, 2008-ci ildən orta məktəblərdə tədris kurikulum standartları əsasında həyata keçirilir və dərsliklər buna uyğun olaraq yenidən yazılıb.

MİQ imtahanında isə keçən ilə qədər ənənəvi dərsliklərdən istifadə olunub. Təhsil Nazirliyinin yeni dərsliklər əsasında test bankının olmaması və bu müddət ərzində onun formalaşdırılmaması gecikməyə səbəb olan amillərdəndir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, MİQ imtahanları prosesinin gecikməsinin bir sıra səbəbləri var:

"İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərində müəllim kimi işə qəbul prosesi iyul ayının 20-sindən başlasa da, 2018-ci ildə bu prosesin iyulun 2-dən start verilməsi nəzərdə tutulur. MİQ imtahanları prosesinin gecikməsinin bir sıra səbəbləri var. Belə ki, ilkin olaraq bu texniki səbəblərdən daha çox asılıdır. Çünki az müdət əvvəl Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə prosesini həyata keçirib. Bu prosesdən sonra yerdəyişmə etmiş şəxslərin sənədlərinin təsdiqi, əvvəldə mövcud olan və sonradan formalaşmış vakant yerlərin hesablanması prosesi gecikməyə səbəb olur. Bundan başqa, bildiyiniz kimi, 2008-ci ildən orta məktəblərdə tədris kurikulum standartları əsasında həyata keçirilir və dərsliklər buna uyğun olaraq yenidən yazılıb. MİQ imtahanında isə keçən ilə qədər ənənəvi dərsliklərdən istifadə olunub. Təhsil Nazirliyinin yeni dərsliklər əsasında test bankının olmaması və bu müddət ərzində onun formalaşdırılmaması gecikməyə səbəb olan amillərdəndir”.

K.Əsədov, həmçinin, qeyd edib ki, MİQ imtahanlarının gecikməsi bir sıra problem yaradacaq. Onun sözlərinə görə, məntiq sualları əvəzinə müəllimliyə namizədlərə psixoloji və İKT bacarıqlarını yoxlayan testlər təqdim etmək lazımdır:

"Nəzərə alsaq ki, elektron sənəd qəbulu 2 iyulda başlayacaq və azı 10 iyula qədər davam edəcək. Bundan sonra azı 1 həftə ərzində daxil olan sənədlərin, elektron müraciətlərin yoxlanılması prosesi başlayacaq ki, bundan sonra fənlər üzrə hissə - hissə imtahanlar başlayacaq. Keçən il 50 minə qədər elektron ərizə olmuşdu ki, onlardan 42 minə qədəri imtahanda iştirak etdi və imtahanlar 1 aya yaxın çəkdi. Keçənilki təcrübəyə əsaslanıb demək olar ki, bu il MİQ imtahanları avqustun 15-nə qədər davam edəcək. Bundan sonra keçid balı toplayanlar vakansiyalar üzrə elektron seçim edəcəklər, ardınca onların işə qəbul olub-olmaması haqda məlumat gələcək. Daha sonra seçilənlərin müsahibə mərhələsi və onların qəbul olunduqları məktəbdən qeydiyyat kimi uzun bir proses var. Bunları nəzərə alsaq deyə bilərik ki, cari ildə bir sıra məktəblər tədris ilinə kadr problem ilə başlayacaqlar. Belə ki, MİQ – in bütün mərhələlərinin yeni tədris ilinə qədər başa çatması çətin görünür.

Hesab edirəm ki, MİQ imtahanlarında dəyişiklik etmək lazımdır. İlk dəyişiklik MİQ imtahanlarının təkcə Bakı şəhərində yox, regionlarda da təşkil olunması ilə bağlıdır. Bu iştirakçılarının sayının və keyfiyyətinin artmasına gətirib çıxaracaq. İkinci təklifim isə odur ki, MİQ imtahanlarında məntiqdən test tapşırıqlarına ehtiyac yoxdur. Bunun əvəzinə müəllimliyə namizədlərə psixoloji və İKT bacarıqlarını yoxlayan testlər təqdim etmək lazımdır”.
 

 

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

 







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanı PROBLEMİ -

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert