Xəbərlər, Ziyalılar
22 iyun 2018
279

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

 

 

 

 
Azərbaycan İlahiyyat İnstitutunda ölkədə fəaliyyət göstərən ilahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.
 
 AzTehsil.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əvvəlcə dəvəti qəbul edib İnstituta gəldikləri üçün ilahiyyatçılara öz təşəkkürünü bildirib.

Sonra o, Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti bu gün böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini, ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığını, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə böyük işlər gördüyünü və bir çox uğurlu layihələrə imza atdığını vurğulayıb.

Rektor, həmçinin, Prezidentin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu qeyd edib. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. C.Məmmədov müasir dövrdə Harvard, Oksford və Kembric kimi dünyanın bir çox aparıcı universitetlərində dünya dinlərinin akademik səviyyədə öyrənildiyini və tədqiq edildiyini diqqətə çatdıraraq ölkəmizin təhsil müəssisələrində və dövlət qurumlarında da dərin dini və dünyəvi biliklərə malik kadrlara böyük ehtiyac olduğunu bildirib. O, yeni yaradılmış institutda təkcə Quran, hədis, təfsir, fiqh, kəlam və s. İslam dininin tədrisinə dair ənənəvi fənlərin deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədris olunacağını qeyd edib. Rektorun sözlərinə görə, ölkədə mövcud olan digər aparıcı dinlər - xristianlıq və yəhudiliklə bağlı fənlərin, həmçinin başda ərəb və ingilis dili olmaqla müxtəlif dillərin də İlahiyyat İnstitutunda tədrisi nəzərdə tutulub.

C.Məmmədov İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrində mövcud olan aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib. Rektor, görüş iştirakçılarından İnstitutun fəaliyyətinə dair təkliflərini onlara təqdim etmələrini xahiş edərək, bu təkliflərin dəyərləndiriləcyini qeyd edib. O, İnstitutda bir çox sahədə fəaliyyət göstərən alimlərin iştirakı ilə mütəmadi olaraq konfrans, seminar və dəyirmi masalarının təşkil olunacağını vurğulayıb.

C.Məmmədov həmçinin, hazırda institutda ilahiyyatla bağlı araşdırma aparan mütəxəssislərin elektron bazasının yaradıldığını bildirərək görüş iştirakçılarından öz CV-lərini elektron qaydada İnstituta təqdim etmələrini xahiş edib.

 

İnstitutun rektoru 2018-2019-cu tədris ili üçün Azərbaycan İlahiyyat İnstituna ilk dəfə həyata keçiriləcək tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə-islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcəyini qeyd edib. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla ümumilikdə 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İslamşünaslıq ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib. C.Məmmədov Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədə fəaliyyət göstərən elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcəyini bildirib.

 Daha sonra görüşdə iştirak edən Mehman İsmayılov, Mirniyaz Mürsəlov, Mail Yaqub, Aygün Kərimova, Əsədulla Qurbanov, Fuad Quliyev, Səbinə Mirzəyeva, Ağa Hacıbəyli və s. dinşünas mütəxəssislər, eyni zamanda Qurban Yaquboğlu, Kənan Rövşənoğlu, Natiq Rəhimov, Rəsul Mirhəşimli və Gülnarə İnanc kimi dini mövzularda yazan jurnalistlər çıxış edərək İnstitutun fəaliyyəti ilə bağlı öz fikir və təkliflərini bildiriblər. Qərara alınıb ki, belə görüşlər mütəmadi olaraq təşkil olunsun və hər görüşdə müəyyən bir məsələ ətrafında müzakirələr aparılsın. İki saat davam edən görüş çay süfrəsi ətrafında davam etdirilib.


İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.


 

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

 


İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.


 

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

 


 


 

 

 


 







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - SƏRƏNCAM

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

Yeni ixtisas yaradıldı - Abituriyentlərin nəzərinə

Yeni ixtisas yaradıldı - Abituriyentlərin nəzərinə

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib