Xəbərlər, Kurikulum, İnnovasiyalar, MÜƏLLİM
12 iyun 2018
560

İnteraktiv təlimdə iş üsulları-AKVARİUM


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 İnteraktiv təlimdə iş üsulları-AKVARİUM

 

Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Ak­varium bir neçə variantda keçirilə bilər.

"Akvarium”un keçirilməsinin I variantı:

 


Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (mə­sə­lən, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) mü­əyyən edilir. Şagirdlər iki qrupa bölünür. Bir qrup dairənin daxi­lin­dəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi mü­za­ki­rə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə dis­kus­si­yanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. 


Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, "xarici dairənin” iş­ti­rakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini də­yişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
 
 

 


"Akvarium”un keçirilməsinin II vaiantı:

"Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi mü­zakirə edir və I variantdan fərqli olaraq, iştirakçılar bu zaman yal­nız problemin "lehinə” olan dəlilləri söyləyirlər.

Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, də­lil­ləri dinləyir, yazıya alır, təhlil edir, öz əks-dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dai­rə­dən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki işti­rak­çı­la­rın dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.

Burada qrupların vahid fikrə gəlməsi vacib deyil.
 

 








Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun: