Tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alır
Qərbi Kaspi Univeristetinin tələbələri ölkənin aparıcı dövlət və özəl strukturlarında təcrübə keçirlər. Bu qurumlar arasında Milli Məclis, "ASAN Xidmət” Mərkəzləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, AMEA-nın İnstitutları, banklar, muzeylər və s var.
AzTehsil.com AzEdu.az-a istinadən xəbər verir ki, bundan əlavə universitet tələbələri üçün xüsusi təcrübə proqramları da təşkil etməkdədir. Ölkənin aparıcı mobil operatoru olan "Bakcell”lə əməkdaşlıq çərçivəsində bu günlərdə növbəti təcrübə proqramına start veriləcək. Belə ki, Qərbi Kaspi Univeristetinin tələbələri Satış və Marketinq Şöbəsində təcrübə keçməyə başlayacaqlar.
Sevindirici haldır ki, tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alırlar. Tələbələrin ixtisas, xarici dil və İT bilikləri yüksək qiymətləndirilir və hər il universitetin onlarla tələbəsi təcrübə keçdiyi təşkilatlarda işlə təmin olunur.
Bu ilin mart ayında Qərbi Kaspi Universiteti tərəfindən keçirilən və 50-dək şirkətin qatıldığı Əmək Yarmarkası da tələbələr üçün yeni iş imkanları açdı. Universitetin xeyli sayda tələbəsi və məzunu bu yarmarkada iştirak edərək işlə təmin olundu və təcrübə proqramlarına qoşuldu.
Eyni zamanda əlavə edək ki, Qərbi Kaspi Universiteti tələbələrini işə götürməklə də onların məşğulluq problemini həll edir.
Hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.
Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir. Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.
Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Universitetin tələbələri haqqında hərtərəfli məlumat informasiya bazasına toplanır. Hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir.
Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir
4 ilə iki diplom almaq imkanı...
Qərbi Kaspi Universitetində Texnopark qurulur
Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradılıb
Qərb Universitetinin tələbələri üçün iş imkanı
Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər
Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur
Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər
“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”
Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub
Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı
ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü
BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər
Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq
Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?
SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib
ADA Universitetində Karyera Yarmarkası keçirilib
Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR
Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq
Abituriyentlər bu universitetdə ödənişsiz kurslarda iştirak edir
ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar
Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”