Xəbərlər / Direktor
20 sentyabr 2016
7 174


DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

 

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

 

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.
 
Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.
Təlimdə əhatə ediləcək mövzular:
• Təhsildə keyfiyyətin idarəedilməsi;
• Təhsili idarəetmənin hüquqi əsasları;
• Kompüter və təlim texnologiyaları;
• Təhsildə statistika və təhlil;
• Təhsilin idarəedilməsi və monitorinqi;
• Təhsili idarəetmənin  psixoloji əsasları;
• Kurikulum: Nəzəriyyə və tətbiq;
• Təhsildə maliyyənin idarəolunması.
 
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.
 
Müsabiqədə iştirak üçün minimum tələblər:
• Ali pedaqoji təhsil
• 5 (beş) il pedaqoji iş təcrübəsi
 
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
• Liderlik bacarığı
• Yüksək motivasiyalılıq
• Səmərəli qərar qəbuletmə bacarığı
• Nəticəyönümlülük
• İKT-dən istifadə bacarığı
• Məntiqi düşüncə bacarığı
 
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq,  [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
 
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
 
Müraciət üçün son tarix: 2 oktyabr 2016-сı il.
 
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ( [email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər.
 
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.







Загрузка...
Həmçinin oxuyun:
DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Elan ! Təhsil Nazirliyi Təhsil Könüllülərini axtarır....

Elan ! Təhsil Nazirliyi Təhsil Könüllülərini axtarır....

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Təsisçi və baş redaktor:Elşən Qafarov

Təsisçi və baş redaktor:Elşən Qafarov

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?