Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
03 iyun 2018
2 873


BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

 

 
Kiçik məktəbli yaşı mərhələsi adlandırılan 6-10 yaş arası dövr uşağın fiziki, psixi və sosial inkişafı baxımdan həyatının yeni bir mərhələnin başlanğıcıdır. Təlim fəaliyyətinin aparıcı rol oynaması kiçik məktəblinin psixi-sosial inkişafı ilə bərabər emosional inkişafına da şəait yaradır. Bu səbəbdən emosional sferanın əsas kompanentləri olan qorxu, məktəb fobiyası, qısqanclıq, aqressiya, narahatçılıq və s. kimi bəzi tipik həyəcan formalarında da dəyişiklik baş verir.


Qorxu – qorxular, yaşla paralel olaraq artmaqdadır. Qorxunu yaradan bütün səbəblərdəki ortaq xüsusiyyət, ani və birdən-birə baş verməsi, bunun sonunda isə uşağın yeni vəziyyətə uyğunlaşmamasıdır.


Kiçik məktəblinin qarşılaşmış olduğu qaydalar, həyəcanı artıran digər faktorların yaranmasına təsir göstərir ( yorğunluq, aclıq, yuxusuzluq kimi ).


Bir uşağın nə zaman və nədən qorxacağını müəyyən etmək olduqca çətindir. Qorxunun yaranması, ətrafdakı qaydalara, xəbərdarlığın veriliş formasına, keçmiş hadisələrə, o andakı fizioloji və psixoloji vəziyyətə bağlıdır.


4-15 yaş arası kənd uşaqları ilə aparılan eksperimentdə qorxuya səbəb olan amillərin 75% - nin heyvanlarla bağlı olduğu müəyyən edilmişdir. Oğlan uşaqları vəhşi heyvanlardan, qız uşaqları isə həşəratlardan qorxurlar. Heyvanlardan əlavə müəyyən olunan qorxular arasında, yanğın, qaranlıq və xəstəlik hesab olunur.


Qorxu vəziyyətində reaksiyalar obyektdən uzaqlaşmaq istəyi, ağlamaq, nəfəs tutmaq kimi fərqli davranış nümünuləri əsasında ortaya çıxır.


3 yaşından etibarən uşağın öz həyəcanını idarə edə bilməsi diqqəti cəlb edir.


Uşağın qorxularına təsir göstərən başlıca faktorlar aşağıdakı formada sıralanmışdır:


1. Zəka 

2. Cinsiyyət

3. Sosio - ekonomik status

4. Sosial münasibətlər

5. Fiziolojik şərtlər

6. Şəxsiyyət quruluşu


Məktəbəqədər dövrdə, xüsusilə 2-5 yaşları arasında uşaqların qorxularında fərqliləşmə və artmalar müəyyən olunur. Bu dövrdə en çox rast gəlinən qorxular arasında oğurluq, xəyali varlıqlar, itlər, qaranlıq, şimşək, ani səs və tək qalmaq sadalana bilər. 6-12 yaşlarından etibarən bu xarakteristik qorxuların get-gedə azaldığı, bunların yerlərinə bədənsəl yaralanma, məktəblə əlaqədar hadisələr v sosial münasibətlərin daxil olduğu qorxu formalarının aldığı görülür. Bu qorxuların bir qisminin yeniyetməlik və gənclik dövrlərində də davam etdiyi diqqəti cəlb edir.


Müxtəlif tədqiqatlardan alınan nəticələrdə ümumilikdə qorxuların 6 yaşından 12 yaşadək get-gedə azaldığı aşkar olunmuşdur. Lakin, birinci sinif yaşındakı uşaqların 50%-də dəyişik vaxtlarda görülən və itən müxtəlif növ qorxuların olması müəyyən olunmuşdur. 11 yaşından etibarən qorxularda nəzərə çarpan bir azalma müəyyən olunmuşdur. Yeni tədqiqatlarda qızlarda oğlan uşaqlarına nisbətən daha çox qorxuya rast gəlindiyi sübut edilmişdir.


Uşağın başına gələn mənfi bir hadisə və ya təcrübə onda bəzi qorxuların yaranmasına səbəb ola bilər. Məsələn: xəstəxana ilə əlaqədar xoş olmayan bir təcrübə keçirən uşaq, tibb bacısı və həkimlərdən qorxa bilər.


Təhdid edərək uşağı yönləndirməyə çalışmaq qorxuya səbəb olan digər amillərdən biridir. "Atan gəldiyi zaman aşağı qiymət aldığını söyləyəcəyəm!”, və ya " Bir daha bu hərəkəti etsən səni həkimə aparıb iynə vurduracam! ” kimi ifadələr illər boyunca davam edə biləcək qorxuların yerləşməsinə səbəb ola bilər. Xəyal gücü geniş olan uşaqlarda bəzi nağıllarla əlaqədar olaraq bir sıra qorxular da yer ala bilər.


Bəzi irəliləmiş qorxular, bacarıqlı təlim forması, uşağa veriləcək sevgi, inam və özünəinam duyğusu ilə aradan qaldırıla bilər. Qorxan uşaq qorxuları səbəbi ilə tənqid edilməməli, lağa qoyulmamalıdır. Qorxulara real yanaşılmalı və olduğu kimi qəbul edilməlidir. Uşağı qorxduğu obyektlə də üz-üzə gətirilməsi yanlış davranışdır. Onun qorxduğu obyektdən uzaqlaşmasına icazə verilməli və ona güvən duyğusu aşılanmalıdır.


Qısqanclıq - həyəcan, qəzəb nəticəsində formalaşan, insanlar yönəlik bir bilinən vəziyyət olaraq dəyərləndirilə bilər.

Qısqanclığın səbəbi və ifadə forması böyük ölçüdə psixo-sosial təsir forması ilə uşağa yönəldilən xəbərdarlıqlarla bağlıdır.


Qısqanclığı formalaşdıran mühit bir çox hallarda ictimai xarakterli olub, xüsusilə uşağın sevdiyi insanları nəzərdə tutur.


Qısqanclığda bir sıra qarışıq duyğu və implus rol oynayır.


Qısqanclıq gözlənilən qayğı, diqqət, sevgi və şəfqət əksikliyinə qarşı verilən təbii bir cavabdır. Fərdin gizlətdiyi qəzəb hissi, incimə olaraq da adlandırıla bilər.


Qısqanclıq vəziyyətində bəzi qorxular tez-tez hiddətlə birləşir. Qısqanc insan sevilən biri ilə münasibətlərində özünü tədirgin hiss edər və bu insanın sevgisi qarşısında öz statusunu itirəcəyində qorxar.


Xaricə yönəlik qısqanclıq hər zaman insanları, xüsusilə uşağın sevgi bəslədiyi insanlarla əlaqədar sosial bir hadisədir. İlk uşaqlıqda qısqanclıq ana atani ya da ona baxan şəxslərlə əlaqədar olur, çünki uşaq diqqət və qayğını şiddətlə arzular, tez-tez özünü digər bir uşaqla müqayisə edərək görər. 2-5 yaşında olan uşaqlarda qısqanclıq evə yeni gələcək olan bacı və ya qardaşın stressini yaşamaqdırsa, kiçik məktəblilərdə qısqanclıq sinif yoldaşlarının bir qisminə, parta yoldaşına və ən sevdiyi müəlliminə qarşı çevrilmiş olur. Müəlliminin, parta yoldaşının diqqətini digər yoldaşları ilə bölüşmək istəməyən kiçik məktəbli bu haldan məmnun olmadığını göstərməkdən heç də çəkinmir və lazım gələrsə öz etirazını aqressiv davranış nümunəsi nümayiş etdirməklə, inciməklə, küsməklə biruzə verir. 


Aqressiya - mane yaradacaq əşya və vəziyyətlər fərddə qəzəb yaradır. Aqressiv reaksiyalar kiçik məktəbli dövründə qısamüddətli olur. Aparılan tədqiqatlara görə ilk səkkiz il içində bu reaksiyaların müddəti 5 dəqiqədən çox çəkməz. Aqressiv davranış göstərən uşaqlar ardınca şən əhval-ruhiyyəyə malik ourlar. Kiçik məktəblinin aqressiv davranışı valideynlərinin qadağalarına, onlara reaksiyalarını göstərmək üçün istifadə edirlər. Evdə oyun oynamaq istədiyi halda ev tapşırıqlarını etmək məcburiyyətində olmaları, sinifdə yeni mühitə adaptasiya olunmaları, sinif yoldaşları və ya digər sinifin uşaqları ilə qarşılıqlı münasibətli zamanı yaranan maneələrdə öz aqressiv davranışlarını nümayiş etdirirlər. 


Anksiyete (narahatlıq) - problemin nə olduğunu bilməməkdən qaynaqlanan bir qorxu olaraq tanımlana bilən anksiyete, yetkin və uşaqlarda müxtəlif formalarda görülən gərginlik, əsəbilik, qısaca, boş olmayan bir emosional vəziyyətdir. Xüsusilə məktəbəqədər dövrdə anksiyeteye səbəb olan hadisələrə tez-tez rast gəlinir. Uşaqda aqressivlik, cinsi ya da müstəqillik arzularını kifayət qədər ifadə edə bilməmənin çətinliyi anksiyete görülə bilir. Yeni dünyaya gələn qardaş və ya bacı da narahatçılığa səbəb ola bilər.


Daha çox anksiyete bəzi mənfi vəziyyət və gözləntilər nəticəsində meydana çıxır. Misal üçün, kifayət qədər ana-ata sevgisi olmadığını ya da yanlış bir hərəkət nəticəsində cəzalandırılacağını və ya tərk edilərək tənha buraxılacağını düşünmək kimi.


Məktəb fobiyası - qüvvətli bir narahatlıq səbəbi ilə uşağın məktəbə getməyi rədd etmək və ya getmək istəməməsidir. Məktəb fobiyası olan uşaqlar, məktəbə olan istəksizliklərini tipik bir formada bədənsəl şikayətlənmələri ilə dilə gətirən, beləliklə evdə qala bilmələri üçün ana-atalarını razı salmağa çalışan uşaqlardır.


Məktəb fobiyası olan uşaqların mədə bulanması, qarın və ya baş ağrısı şəklindəki bədənsəl şikayətləri daha çox sabahları oyanar-oyanmaz görülməkdə və məktəbə getməmələrinə qərar verilib-verilməz də öz-özlüyündən sona çatmasıdır. Əgər uşaqlara məktəbə getmələri məsləhət görülərsə eyni şikayətlərin bir saat içində yeniləndiyi müəyyən olunur.


Psixo-somatik mənşəli şikayətləri ortadan qaldırmaq üzrə müəllimi dəyişdirmək, şagirdi daha az uğurlu sinfə keçirmək və ya başqa məktəbə göndərmək kimi alına biləcək tədbirlər sadəcə qısa müddətli zaman üçün nəticə verir. Bukimi vəziyyətlərdə şagirdlər başlanğıcda xoşbəxt və yeni məktəb içində coşğu içində görünürlər, lakin bir neçə gün və ya bir həftə sonra yenidən evdə qalmaq üçün yeni mühit ilə əlaqəli bəzi şikayətləri dilə gətirirlər.


Məktəb fobiyası ilə məktəbdən qaçmaq anlayışlarını bir-birinə qarışdırmaq olmaz. Məktəb fobiyası olan uşaq fərqli vaxtlarda məktəbə ana və atasının xəbərdar olması ilə getməz və evdə qalar. Şagirdin məktəbə getməməsinin təməlində uğursuzluq qorxusu və sinif içində aktiv olmama narahatçılığı müəyyən olunur. Məktəbdən qaçan uşaqlar isə məktəbi sevməz, eyni zamanda tənbəldirlər və akademik bir məqsədləri yoxdur. Bu şagirdlər məktəbdən qaçdıqları zaman ana və atalarının xəbərləri olmadan, vaxtlarını evdən kənarda arzuladıqları kimi keçirdirlər. Bunun əksinə məktəb fobiyası olan uşaqlar evdən uzaqlaşmaz, evdə xoşbəxt və sevinclidirlər. Bu tip şagirdlərin məktəb müvəfəqiyyətləri orta səviyyədədir. Ev tapşırıqları ilə yaxından maraqlanırlar.


Digər fobiyalarda olduğu kimi, məktəbə girdikdən sonra yaranan qorxularda da struktur təsirlərdən çox, psixoloji faktorların daha çox yer tutduğu görünür. Bu qorxunu yaradan səbəblərin bəziləri ailədən gəlir. Məktəb fobiyası olan uşaqların, yaşamlarının daha əvvəlki illərində anaları tərəfindən ərköyün böyüdülməsidir. Bu tip anaların daim olaraq uşaqlarını razı salaraq onların sevgilərini qazanmaları cəhdi içində olduqları, bütün vacibiyyətlərini qarşıladıqları və onları daima qoruduqları diqqəti çəkir. Bu tip analar xüsusilə uşaqların fiziksəl problemləri ilə yaxından maraqlanır.

 

Eyni zamanda bu analar uşaqlarını qorumağa ciddi həssaslıq göstərməklə yanaşı hətta uşaqlarını dostlarının evinə oyun oynamağa belə göndərməkdən çəkinirlər. 


Hiperaktivlik - Həddindən artıq aktivlik, gərginlik hissi, bir işdə diqqəti konsentrasiya (mərkəzləşdirmə) edə bilməmək; diqqət əksikliyi daha dəqiq desək yəni, hiperaktivlik belə uşaqların əsas göstəricisidir. Bu hallara oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir.


Balaca uşaqlar üçün hiperaktiv görünmək normaldır. Təxminən 3 yaşınadək olan bütün uşaqlarda hərəkət dərəcələri artır. Bu yaşdan sonra get-gedə azalır.

 

Hiperaktivlik-kompleks davranış pozuntusudur. İxtiyari diqqəti inkişaf etdirmək lazımdır. Bunun üçün xüsusi qruplar şəklində planlı proqramlar təşkil olunmalıdır. Valideynlər üçün bilgi verəcək treninqlər təşkil edilməlidir. Uşağın bu və ya digər davranışı və hadisələri diqqətdən kənarda saxlamasının səbəbini araşdırmaq lazımdır. Fiziki aktivliyi faydalı işlərə yönəldərək hərəki aktivliyi tənzimləmək olar.
 

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

 



Məqalə Göndər








Загрузка...