Xəbərlər, MÜƏLLİM
02 iyun 2018
4119

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Dəyişikliklər təhsil sahəsində çalışan və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının da qarşısını alacaq

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin ardınca müəllimlərin yerdəyişməsi, daha sonra işə qəbulu aparılacaq. Davamlı həyata keçirilən proseslər bəzi yeniliklərlə müşayiət olunur. Belə ki, bu il müəllimlərin işə qəbulu, yerdəyişməsi və müddətli müqavilə ilə işə götürülməsi ilə bağlı qaydalarda bəzi yeniliklər edilib. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində pedaqoji kadrların işə qəbulunda yeni qaydalar və həmin qaydalardan irəli gələn məsələlərlə bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə "Azərbaycan müəllimi” qəzetinə müsahibə verib.

- Bu yaxınlarda müddətli müqavilə ilə işləyən müəllimlərlə müsahibələr keçirildi. Nəticələri barədə məlumat verərdiniz.

- Bəli, müddətli müqavilə ilə işləyənlərin müraciəti əsasında onlarla müsahibələr təşkil edildi. Bu məqsədlə martın 29-dan ölkədə sənəd qəbulu aparıldı. Tələb edilən meyarlara uyğun olduğunu hesab edən hər kəs müraciət edərək müsabiqəyə qatıldı. Əvvəlki illərdə buna bənzər layihələr olsa da, bu dəfə ümumtəhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin həmin yerlərə daimiləşdirilməsi mərkəzləşdirilmiş qaydada ilk dəfə reallaşdırıldı. Uyğun hesab edilənlərlə bağlı müsbət qərarlar verildi və onlar işlədikləri yerlərə daimi müəllim olaraq qəbul edildi.

- Kimlər, hansı meyarlara görə uyğun hesab edildi?

- Razılıqların verilməsi və namizədlərin müsahibəyə buraxılması üçün bir neçə meyar nəzərə alındı. Birincisi, 2016 və ya 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, pedaqoji istiqamət üzrə ali və ya orta ixtisas təhsili olanlar müsabiqəyə buraxıldı. Ən vacib meyarlardan biri də odur ki, müəllimlərin işlədiyi və daimiləşmək istədiyi yer 2017-ci ildə keçirilən müsabiqədə vakant yerlər siyahısında olub. Yəni, müsabiqə nəticəsində həmin yerləri bütün vətəndaşlar görüblər.

- Bu meyarlardan kənara çıxılmadı?

- Bəzi fənlərdə istisnalar oldu. İbtidai sinif, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə fənlərində müsabiqəyə çıxarılmayan vakant yerlərə daimiləşdirilmə aparıldı. Həmin fənlər üzrə namizədlərin vakant yerləri tutma faizi, demək olar ki, bütün illər üzrə digər fənlərlə müqayisədə aşağı olur. Həmin fənlər üzrə vakant yerlər qalır və hər dəfə Təhsil Nazirliyi həmin yerlərə müddətli müqavilə ilə işə qəbul etməyə məcbur olur.

Bununla əlaqədar həmin yerlər güzəştli kateqoriya kimi qəbul edildi və müəllimlərin daimi əsaslarla işə qəbul olunmasına razılıq verildi.

- Neçə nəfər daimiləşdirildi?

- Ümumiyyətlə, 477 nəfər namizəd işlədikləri təhsil müəssisələrində daimiləşdirildi. 121 nəfər həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi məktəblərə qəbul edildi. Yəni, şəhər, rayon mərkəzləri və qəsəbələrdəki məktəblərin müəllimləri oldular. Yerdə qalan 356 nəfərin həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəblərdə daimi işləməsinə razılıq verildi.

- Onlarla yeni müqavilələr nə vaxtdan imzalanacaq?

- Bu dərs ili artıq başa çatır. Həmin müəllimlərlə növbəti tədris ilindən müqavilələrin bağlanması ilə bağlı təhsil müəssisələrinə müvafiq qərarlar göndəriləcək.

- Müddətli müqavilə ilə işə qəbulda da dəyişiklik var?

- Bəli, az əhəmiyyətli olmayan bir dəyişiklik də müddətli müqavilə ilə işə qəbulun mərkəzləşdirilməsidir. Əvvəllər müddətli müqavilə ilə işə qəbulu yerli təhsili idarəetmə orqanları həyata keçirirdi. Artıq bu da mərkəzləşdirilmiş qaydada nazirlik tərəfindən həyata keçiriləcək.

- Hazırda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilir. 2016 və ya 2017-ci illərdə müəllimlərin işə qəbulu imtahanlarına qatılanlar və topladığı bala qane olmayanlar indiki diaqnostik imtahanlara qatıla bildimi?

- Əvvəllər az bal toplayan və yaxud topladığı bala qane olmayanlar bu il yenidən müraciət ediblər. Bu səbəbdən təkrar imtahan verənlər diaqnostik qiymətləndirmədə ilk dəfə iştirak edənlərdən daha çoxdur. Əvvəllər iştirak edənlərin təkrar imtahan vermək istəməsi diaqnostik qiymətləndirmənin fəlsəfəsinə də uyğundur. Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki, müəllimlər daim öz nəticələrini yüksəltməkdə maraqlı olsunlar.

- Qoşa ixtisaslı müəllimlər hər iki fənn üzrə imtahanda iştirak edə bilərmi?

- Mümkündür. Ötən il müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi zamanı tələblərdən biri bu idi ki, müəllim tədris apardığı fənn üzrə imtahan verməlidir. Qoşa ixtisaslı müəllimlər ötən il iştirak etdiyi ixtisasla yanaşı, ixtisası olan digər fənlə də diaqnostik qiymətləndirmədə iştirak edə bilərlər.

- Tərbiyəçi müəllimlər diaqnostik qiymətləndirmədən keçirilirmi?

- Xeyr.

- Diaqnostik qiymətləndirmədə kimlər iştirak edə bilər?

- Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib.

- Diaqnostik qiymətləndirmədən keçənlərin arasında yerdəyişmə istəyənlər çoxluq təşkil edir. "Müəllimlərin yerdəyişməsi üzrə qaydalarda yeniliklər daha çoxdur”, - deyə bilərikmi?

- Yeni təsdiq edilən qaydalarda ən ciddi dəyişikliklər yerdəyişmə müsabiqəsinə aid oldu. Ötən ildən başlayaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi müsabiqəsi də mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən keçirilməyə başlandı. Xronoloji baxımdan ilk olaraq həmin müsabiqə, daha sonra isə iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqələr keçirildi. Cari ildən etibarən həmin müsabiqələr eyni vaxtda vahid çərçivədə keçiriləcək.

- Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

- İkinci dəyişiklik bununla bağlıdır. Müəllimlər yerdəyişmədə istədiyi balla iştirak edə bilərlər. İşə qəbul imtahanında topladığı balla, yaxud diaqnostik qiymətləndirmənin əsasında müsabiqəyə qatıla bilərlər. İki dəfə diaqnostik qiymətləndirmədə iştirak edibsə, istədiyi nəticəni təqdim edə bilər. Bu dəyişikliklə müəllimlərə göstərdiyi ən yaxşı nəticə ilə müsabiqəyə qatılmaq şansı verilib. Qeyd etməliyəm ki, bu şans yalnız yerdəyişmədə qüvvədədir. Dərs yükü bölgüsü üçün müəllimin son qatıldığı müsabiqənin nəticəsi əsas götürülür. Ən başlıca dəyişiklik isə güzəştli kateqoriyanın müəyyən edilməsidir.

- Bu kateqoriya əvvəl də vardı.

- Bəli. Dəyişikliklərdən sonra güzəştlər bəlli bir çərçivəyə salındı. Artıq onlara verilən üstünlük hüququ meyarlar şəklindədir. Hansı halda nə qədər güzəşt tətbiq olunacağı yeni qaydalarda müəyyən edilib. Sırf bu məqam yerdəyişmə ilə bağlı həyata keçirilən ən ciddi dəyişikliklərdən biridir.

- Üstünlük hüququ hansı meyarlarla müəyyən olunacaq?

-Yerdəyişmə zamanı əsas götürülən göstərici müəllimin işə qəbul üzrə müsabiqədə, yaxud diaqnostik qiymətləndirmədə topladığı baldır. Amma namizədin əri, ya da arvadı hərbiçidirsə, yaxud şəhid ailəsinin üzvüdürsə, namizədin topladığı bal 1.1 əmsalına vurularaq hesablanacaq. Məsələn, namizədin müsabiqədə iştirak etdiyi bal 50 baldır. Namizəd, tutaq ki, şəhid ailəsinin üzvü olduğunu sənədlərlə təsdiq edərsə, onda onun 50 balı 1.1 artım əmsalı ilə 55 bal kimi hesablanacaq. Başqa bir üstünlük  isə iş yerini yaşayış və ya qeydiyyatda olduğu və yalnız həvəsləndirmə tədbirinin tətbiq edildiyi əraziyə dəyişmək istəyənlərə verilir. Belə ki, tutaq ki, Qəbələnin Tikanlı kəndində yaşayan müəllim həmin kənd məktəbindəki vakant yeri seçərək iş yerini həmin məktəbə dəyişmək istəyirsə, məhz ona üstünlük veriləcək və onun balı 1.05 artım əmsalına vurularaq hesablanacaq. Bunun mahiyyəti də ondan ibarətdir ki, biz kənd sakinlərinə üstünlük veririk və əminik ki, onlar iş yerini dəyişmək istəməyəcəklər. Yəni, bununla həmin vakant yer üçün daimi kadr tapırıq.

- Yerdəyişmədə keçid balı nəzərdə tutulurmu?

- Yerdəyişmədə keçid balı bir az fərqlidir. Təcrübəyə əsaslanaraq deyə bilərik ki, yerdəyişmə üçün də keçid balı işə qəbul üçün nəzərdə tutulan keçid balı ilə demək olar ki, eyni olur. Yəni yerdəyişmədə də vakant yerlərin keçid balı elə işə qəbul zamanı tələb olunan keçid balına uyğun gəlir.

- Yaşa görə həvəsləndirmə tədbirlərinə cəlb edilməyən müəllimlərə yerdəyişmə icazəsi verilir?

- Mövcud qaydaya əsasən, həvəsləndirmə tədbirlərindən yararlanan müəllimlər nəzərdə tutulmuş müddət ərzində iş yerini dəyişə bilməz. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq, nəzərdə tutulmuş müddət başa çatmadan da müəllimlərin yerdəyişmə üzrə müsabiqəyə qatılmasına icazə verilir. Yaşa görə həvəsləndirmə tədbiri tətbiq edilməyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb.

- Direktor müavinlərinin işə qəbulundakı dəyişiklik nə ilə izah olunur? Burada əsas məqsəd nədir?

- Direktor müavinlərinin işə qəbuluyla bağlı edilən dəyişikliyə əsasən, bu, iki formada həyata keçiriləcək. Birincisi, hazırda ümumi təhsil müəssisələrində işləyən müəllimlər vəzifədə yüksəliş yoluyla direktor müavini olmalıdır. Azı 3 il müəllim işləyən, pedaqoji istiqamət üzrə ali təhsil alan və müəllim kimi fəaliyyət göstərən şəxs direktor müavini seçilə bilər. Yəni, direktor müavinləri yalnız işləyən müəllimlərdən seçilir. Müəllim işləmiş, sonradan başqa işə keçmiş şəxslərin direktor müavini götürülməsi nəzərdə tutulmur. Bu da sosial lift effekti yaradır. İnsanların vəzifədə yüksəlməsi üçün əlavə imkan deməkdir. Dəyişiklik neçə illərdir işləyən və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının qarşısını alacaq.

Direktor müavini seçməyin ikinci yolu isə müsabiqə yoludur. Təhsil Nazirliyinin razılığı əsasında yerli təhsili idarəetmə orqanları mərkəzləşdirilmiş qaydada proqram təminatından istifadə edərək müsabiqə keçirə bilərlər.


"Azərbaycan müəllimi” qəzeti
 

 


Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

 







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Müəllimlərə güzəştlər ediləcək - VİDEO

Müəllimlərə güzəştlər ediləcək - VİDEO

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklər

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklər

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Az bal toplayanlar da Diaqnostik Qiymətləndirmədə iştirak edə biləcəklər

Az bal toplayanlar da Diaqnostik Qiymətləndirmədə iştirak edə biləcəklər

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Daimi əsaslarla işləyən müəllimlərin iş yerləri dəyişdirilib

Daimi əsaslarla işləyən müəllimlərin iş yerləri dəyişdirilib

Müəllimlərin maaşı yanvardan ARTACAQ

Müəllimlərin maaşı yanvardan ARTACAQ

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar