ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ » Aztehsil.com

Xəbərlər, H/N sənədlər, Kurikulum, İnnovasiyalar, MÜƏLLİM
28 may 2018
2377

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 


Azərbaycan  Respublikası Təhsil Nazirliyinin  17 dekabr 2010-cu il tarixli 1668   nömrəli  əmri  ilə  təsdiq   edilmişdir

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

GİRİŞ

Azərbaycan Respublikasında ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin Kurikulum  Çərçivəsi "Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası”, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)”, "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”, "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın (bundan sonra Qayda) tələblərinə və ixtisasartırma təhsili üzrə beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır.

Kurikulum Çərçivəsi ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin minimum həddini əks etdirir, bu sahə üzrə ixtisasartırma modullarını və modullar üzrə təlim proqramlarının siyahısını əhatə edir. Kurikulum Çərçivəsi ümumi təhsil müəssisələrinin müəllimləri, ixtisasartırma proqramlarını hazırlayan, təklif edən və həyata keçirən ixtisasartırma müəssisələri, müvafiq sahədə çalışan təhsil mütəxəssisləri, həmçinin geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur və onları istiqamətləndirməyə xidmət edir.

İxtisasartırma modulları və modullar üzrə müvafiq proqramlar müəyyən  edilərkən dinləyicilərin idraki, informativ-kommunikativ və digər fəaliyyətlərinin əhatə olunması, onların əldə etdikləri nailiyyətlər üzrə irəliləyişlərin  sürətinin  getdikcə artırılması əsas məqsəd kimi qarşıya qoyulur, dinləyicilərə onların öz peşə fəaliyyəti zamanı lazım olan yaradıcı, düşündürücü, emosional, psixomotor və digər zəruri bacarıqların və vərdişlərin aşılanması, formalaşdırılması və inkişafı ön plana çəkilir.


1.İXTİSASARTIRMA TƏHSİLİNƏ VERİLƏN ÜMUMİ TƏLƏBLƏR, BEYNƏLXALQ PRİNSİPLƏR VƏ GÖZLƏNİLƏN NƏTİCƏLƏR

1.1.İxtisasartırma təhsilinə verilən ümumi tələblər. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa və Qaydaya uyğun olaraq ixtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, peşə-ixtisas təhsilinin hər hansı  pilləsini  bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür. Bu təhsilinin əsas məqsədi hər bir işçinin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən  və  yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və  mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.

Qaydaya uyğun olaraq ümumi təhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsili aşağıdakı ümumi tələblərə cavab verməlidir:

dövlətin təhsil siyasətinin reallaşdırılmasını və dinləyicilərin fərdi maraq və ehtiyaclarını təmin etməlidir;
 
ixtisasartırma təhsili sistemində rəqabətli mühitin formalaşdırılması, dövlət təhsil müəssisələri ilə yanaşı qeyri hökumət təşkilatlarının və özəl qurumların da prosesdə iştirakı üçün şərait yaratmalıdır;

müəssisəəsaslı ixtisasartırma modellərinin inkişaf etdirilməsi üçün imkan yaratmalıdır;

ixtisasartırma təhsilinin Avropa və dünya təhsil məkanına inteqrasiyası üçün zəmin yaratmalıdır;

dinləyicilərinixtisasartırmatəhsilinəcəlbedilməsiüçünmotivasiya yaratmalıdır.

1.2.İxtisasartırma təhsili sahəsində beynəlxalq prinsiplər. Kurikulum çərçivəsi hazırlanarkən müəllimlər üçün ixtisasartırma təhsilinin beynəlxalq aləmdə formalaşmış aşağıdakı əsas prinsipləri nəzərə alınmışdır:

müəllimlik peşəsi yüksək ixtisas dərəcəsi tələb edir: müəllimlər ali və ya orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır, onlar pedaqogika, psixologiya  və  müvafiq fənlər haqqında biliklərə, şagirdləri istiqamətləndirmək və onların öyrənməsinə kömək etmək üçün lazım olan əsas bacarıqlara və səriştələrə, həmçinin təhsilin idarəedilməsi, onun ictimai, siyasi və mədəni əsasları haqqında müəyyən təsəvvürlərə malikdirlər; həmin bilik, bacarıq, səriştə və təsəvvürlər  ixtisasartırma yolu ilə daim yeniləşdirilməli, təkmilləşdirilməli və inkişaf etdirilməlidir;

müəllimlik peşəsi ömür boyu öyrənməyi tələb edən peşədir: müəllimlər əmək fəaliyyətləri dövründə fasiləsiz olaraq öz bilik və peşəkarlıq səviyyələrini yüksəltməlidirlər. İşə götürənlər də müəllimlərin əsas peşə bilik və bacarıqlarını, pedaqoji təfəkkürünü yeniləşdirməyin, inkişaf etdirməyin və təkmilləşdirməyin , həmçinin yenilikləri tətbiq edə bilmək, öz fəaliyyətlərini səmərələşdirmək və əyani müşahidələrdən istifadə edə bilmək üçün onların fasiləsiz olaraq yeni biliklər və bacarıqlar əldə etməsinin əhəmiyyətli olduğunu başa düşür və etiraf edirlər;

müəllimlik peşəsi fəallıq tələb edir: müəllimlər öz ixtisaslarını artırmaq və peşəkarlıq səviyyələrini daha da inkişaf etdirmək məqsədi ilə ölkə daxilində və beynəlxalq səviyyədə həmkarları ilə təcrübə mübadiləsi etməlidirlər;

ixtisasartırma təhsili tərəfdaşlıq əsasında həyata keçirilən fəaliyyətdir: ixtisasartırma müəssisələri öz fəaliyyətlərini müvafiq təhsil müəssisələri, təhsili idarəetmə orqanları və digər maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil etməlidirlər .

1.3.Gözlənilən nəticələr. İxtisasartırma təhsili nəticəsində  müəllimlər bir-biri ilə əlaqədə olan aşağıdakı istiqamətlərdə bilik, bacarıq və peşəkar dünyagörüşlərini yeniləşdirir, təkmilləşdirir və inkişaf etdirir:

ümumi pedaqoji-psixoloji biliklər, bacarıqlar və peşəkar düşüncə tərzi;

fənnyönümlü biliklər, bacarıqlar və peşəkar düşüncə tərzi;

ümumi mədəni səviyyəni və öz peşəsi haqqında təsəvvürləri əks etdirən biliklər, bacarıqlar və vərdişlər.

Onlar həmçinin aşağıdakı sahələr üzrə yeni bilik, bacarıq və vərdişlər əldə edirlər:
 
başqaları ilə birlikdə işləmək: ictimai həyatda fəal iştirak edir, hər şagirdə bir fərd kimi yanaşır və onun gizli bacarıqlarını üzə çıxara bilir, öz təlim və tədris fəaliyyətini təkmilləşdirmək məqsədi ilə həmkarları ilə əməkdaşlıq edir;

biliklərlə, texnologiya və məlumatla işləmək: biliyin  və  texnologiyanın müxtəlif növləri ilə, o cümlədən İKT ilə işləyə bilir və İKT-ni təlim və tədris fəaliyyətində səmərəli şəkildə tətbiq edir, məlumat şəbəkələrində şagirdləri istiqamətləndirir və onlara kömək edir;

cəmiyyətdə işləmək: sosial peşəkarlığa malik olurlar, müasir dünya standartlarına uyğun olaraq şagirdlərin hərtərəfli inkişafında və öz vəzifələri üçün məsuliyyət daşımağa hazırlanmalarında fəal iştirak edir.

2.İXTISASARTIRMA TƏHSİLİNİN MƏZMUNU

2.1.İxtisasartırma modulları. Qaydaya uyğun olaraq bu Kurikulum Çərçivəsində ümumi təhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin aşağıdakı üç təlim modulu üzrə həyata keçirilməsi nəzərdə tutulur:

Imodul-peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim

IImodul-ixtisas sahələri üzrə təlim;

IIImodul-innovasiyalar üzrə təlim.

Birinci iki modula daxil olan ixtisasartırma proqramları Azərbaycanda təhsil sisteminin ümumi ehtiyaclarının ödənilməsinə və təhsilin strateji  məqsədlərinin həyata keçirilməsinə xidmət edir. Bu modullar üzrə proqramların siyahısı Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

Üçüncü modul üzrə proqramlar pedaqoji kadrların fərdi maraq və ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu modul üzrə istənilən sayda çevik təlim proqramları, ayrı-ayrı proqramların mövzuları, məqsədləri, vəzifələri,  məzmunu, metodologiyası və təlim saatları əlavə təhsil müəssisələrinin özləri tərəfindən təklif edilir.

2.2.İxtisasartırma dövrü və ixtisasartırmanın minimum həddi. Ümumi təhsil müəssisələrinin müəllimləri üçün bir ixtisasatırma dövrü beş il, təlimin minimum həcmi isə birinci və üçüncü modul üzrə 30 saat, ikinci modul üzrə 60 saat (bütün modullar üzrə cəmi 120 saat) müəyyən edilir. Hər bir müəllim  beş il ərzində  öz seçiminə uyğun olaraq modullar üzrə müvafiq proqram çərçivəsinə daxil olan bir və ya bir neçə proqramda iştirak etməklə nəzərdə tutulmuş minimum təlim kursu keçməlidir.

2.3.İxtisasartırma proqramları. Bu sənəddə ümumi təhsil müəssisələrinin müəllimləri üçün hər ixtisasartırma modulu üzrə nəzərdə tutulan  proqramların  siyahısı verilir. Proqramlar birinci və üçüncü modul üzrə bir həftəlik (30 saat) və qısa müddətli (30 saatdan az), ikinci modul üzrə iki həftəlik (60 saat), bir həftəlik (30 saat) və qısa müddətli (30 saatdan az) ola bilər.( *1 Birinci və ikinci modullar üzrə qısa müddətli proqramların hazırlanması və onların həcmi Təhsil Nazirliyi tərəfindən cari strateji məqsədlərə uyğun olaraq təklif edilir. Üçüncü modul üzrə proqramlar və onların həcmi əlavə təhsil müəssisəsi tərəfindən müəyyən edilir, bu halda proqramlar qismən dinləyicilərin arzu və istəklərinə uyğun olaraq hazırlanır.)
 
Hər bir proqramın məqsədi, vəzifələri, məzmunu, təlim strategiyaları və gözlənilən təlim nəticələri ixtisasartırma müəssisələri tərəfindən hazırlanır. Bu zaman ölkə, region, müəssisə səviyyəsində ehtiyaclar və dinləyicilərin fərdi maraqları təhlil edilərək nəzərə alınmalıdır.
Proqramlar hazırlanarkən aşağıdakı ümumi tələblər gözlənilməlidir:

ixtisasartırmamodullarıtəlimproqramlarıarasındaəlaqələrtəmin olunmalıdır;

ixtisasartırmaproqramlarınınməzmunucəmiyyətinümumitəhsilin təlabatına uyğun olmalıdır, daim təkmilləşdirilməli və yeniləşdirilməlidir;

ixtisasartırma proqramlarının hazırlanması və təlimin qiymətləndirilməsi zamanı müvafiq kateqoriyadan olan dinləyicilər üçün müəyyənləşdirilmiş standartlar nəzərə alınmalıdır;

təlim texnologiyalarının interaktivliyi və çevikliyi təmin olunmalıdır;

ixtisasartırma proqramları nəticəyönümlü və şəxsiyyətyönümlü olmalıdır;

təlimin praktik, inkişafetdirici və qabaqlayıcı xarakteri ön plana çəkilməlidir;

dinləyicilərin   əldəetdiyi   bilik,   bacarıq   və   vərdişlərinonların praktik fəaliyyəti ilə əlaqələndirilməsi təmin olunmalıdır.

2.4.İxtisasartırma kreditləri. Bu və ya digər proqramı müvəffəqiyyətlə başa vuran hər bir dinləyici təlimin sonunda müvafiq təhsil kreditləri əldə edir. Qaydaya uyğun olaraq bir ixtisasartırma təhsili krediti hər bir ixtisasartırma proqramının  6 təlim saatına bərabər tutulur.
 
Ümumi təhsil müəssisələrinin müəllimləri üçün bir ixtisasatırma dövründə (beş ildə) toplanılan təhsil kreditlərinin minimum miqdarı birinci və üçüncü modullar üzrə 5, ikinci modul üzrə 10 təhsil krediti  həcmində (bütün modullar üzrə cəmi 20 təhsil krediti) müəyyən edilir.( Beş il ərzində müəllimlər tərəfindən hazırlanmış və çap edilmiş dərsliklər, dərs vəsaitləri, milli, beynəlxalq və qrant Layihələrində, treninqlərdə iştiraka görə əldə edilmiş və Təhsil Nazirliyi tərəfindən nostifikasiya olunmuş sertifikatlar, fəxri adlar və dövlət təltifləri Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən qaydalar əsasında müvafiq əlavə təhsil kreditlərinin toplanması ilə əlaqələndirilə bilər.)  Müəllimlər beş il ərzində hər modul üzrə nəzərdə tutulmuş təhsil kreditlərini öz seçiminə uyğun olaraq bir və ya bir neçə proqramda iştirak etməklə toplaya bilərlər.

3.İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ VƏ TƏLİM STRATEGİYALARI

3.1.Pedaqoji prosesin təşkili prinsipləri. İxtisasartırma təhsilində pedaqoji proses aşağıdakı prinsiplər əsasında qurulur.
Pedaqoji prosesin tamlığı. Pedaqoji prosesdə təlim  məqsədlərinin reallaşdırılması kompleks şəkildə həyata keçirilir, onun zəminində isə məzmun, öyrədən və öyrənənin fəaliyyətini əhatə edən metod və vasitələr müəyyənləşdirilir.

Təlimdə bərabər imkanların yaradılması. Pedaqoji proses təlimdə bütün dinləyicilərə eyni şərait yaratmaqla onların potensial imkanlarından maksimum istifadə edir, eyni tələblərdən çıxış edir və güzəştlərə yol vermir.

Şəxsiyyətyönümlülük. Pedaqoji proses dinləyicinin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə, mənimsədiyi informasiyaları səmərəli şəkildə tətbiqinə xidmət etməklə yanaşı, onun tələbat və ehtiyaclarını nəzərə almaqla təşkil edilir.

İnkişafyönümlülük. Pedaqoji proses daima dinləyicinin tədqiqatçı, yaradıcı, axtarışda olan mütəxəssis kimi hazırlanmasına yönəldilir, ona, öz üzərində  çalışmağın, özünütəhsilin fasiləsiz olaraq davam etdirilməsinin vacibliyini və əhəmiyyətini qavradır. Öyrədən müasir təhsil konsepsiyalarını bilməklə tədris etdiyi proqramın məqsədlərini aydın izah edir və bunun üçün lazım olan  tədris  materiallarını müəyyənləşdirir, dinləyiciləri müzakirəyə cəlb edir, düşünmə və müstəqil fikir yürütmə qabiliyyətlərini inkişaf etdirir.

Fəaliyyətin stimullaşdırılması. Pedaqoji proses öyrədən və öyrənən arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığa əsaslandığından stimullaşdırma təlimçinin dinləyicinin uğurlarını dəyərləndirməklə onun daha yüksək təlim nəticələrinə istiqamətləndirilməsini təmin edir. Dinləyici bazar iqtisadiyyatı şəraitinin tələbi olan rəqabətə tab gətirmək üçün dərin biliklərə və çevik bacarıqlara yiyələnməyə şəxsi stimul göstərir.

Dəstəkləyici mühitin yaradılması. Pedaqoji proses müasir maddi-texniki baza ilə təchiz edilir, demokratik və humanitar prinsiplər əsasında sağlam, mənəvi-psixoloji mühitdə təşkil edilir, həm öyrədənlərin, həm də öyrənənlərin maraq və ehtiyaclarının təmin edilməsi, təlimin effektivliyinin yüksəldilməsi üçün zəmin yaradır.

Təlim fəaliyyəti ilə tədqiqatın qarşılıqlı əlaqəsi. Dinləyicilər təlimin ilk mərhələlərindən tədqiqatlara cəlb edilir, məlumatlar toplayır, fərdi layihələri və ya digər tədqiqatları həyata keçirirlər.

Pedaqoji prosesin peşə fəaliyyəti ilə əlaqələndirilməsi. Pedaqoji proses təlimin peşə fəaliyyəti ilə əlaqələndirilməsini, tədris olunan proqramların peşə istiqamətində qurulmasını və dinləyicinin praktik olaraq hazırlanmasını təmin edir.

3.2.Təlimin təşkilinin forma və üsulları. Təlim prosesində dinləyicilərin təşəbbüskarlığına, yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran təlim formalarına geniş yer ayrılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir təlim yanaşmalarını əks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri-standart dərslərdən istifadəyə üstünlük verilməli, təlim prosesinin mütəhərrikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunmalıdır. Təlim prosesində dialoqa, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir.


4.İXTİSASARTIRMA TƏHSİLİNİN MONİTORİNQİ, QİYMƏTLƏNDİRMƏSİ VƏ SERTİFİKATLAŞDIRILMASI

4.1.Monitorinq və qiymətləndirmə. İxtisasartırma təhsili sistemində təlim prosesinin keyfiyyətinin və dinləyicilərin nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi ardıcıl və sistemli proses olub, təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə ixtisasartırma təhsilinin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəldilməsinə xidmət edir.

Təlim prosesinin keyfiyyətinin və dinləyicilərin nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi ixtisasartırma təhsilinin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların toplanması və onların təhlili ilə müşayiət olunur.
 
Monitorinq və qiymətləndirmənin nəticələri Azərbaycanda ixtisasartırma təhsili siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün mənbə hesab edilir.

Təlim prosesinin və dinləyicilərin nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi daxili (əlavə təhsil müəssisəsi tərəfindən monitorinq və özünüqiymətləndirmə yolu ilə) və xarici (Təhsil Nazirliyi tərəfindən yaradılmış və tərkibinə qeyri-hökumət təşkilatlarının və ictimai qurumların da nümayəndələri daxil edilən xüsusi qruplar tərəfindən) olmaqla aşağıdakı istiqamətlərdə həyata keçirilir:

ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) dinləyicilərin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgun qurulmasında təlimçiyə köməklik göstərir. Diaqnostik qiymətləndirmənin təhlili əsasında dinləyicilərin kurslardan nə gözlədikləri, əlavə ehtiyac və tələbatları öyrənilir və bunları nəzərə alaraq kursun proqramında lazımi dəyişikliklər və fəaliyyətin planlaşdırılması aparılır.

dinləyicilərin irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə təlimin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya dinləyicinin daha irəliyə addım atması ücün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.

Bu qiymətləndirmənin əsasında öyrənənlərin əldə etdiyi nailiyyətlər və  öyrədənin məqsədə nə dərəcədə nail olduğu müəyyən edilməlidir. Belə qiymətləndirməyə əsaslanaraq öyrədən növbəti məşğələləri  planlaşdırmalı,  hansı təlim metodundan istifadə edilməsinin daha səmərəli olduğunu müəyyən etməlidir. Formativ qiymətləndirmə həmçinin təlim prosesində və ya öyrənənin  davranışında baş verən dəyişiklikləri müəyyən etməyə və bunun nəticəsində fəaliyyətin modifikasiyasına, təlimin daha səmərəli və effektiv həyata keçirilməsinə yardım edə bilər.

yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində dinləyicilərin əldə etdiyi nailiyyətləri və təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır.

təlim prosesinin keyfiyyətinin qiymətləndirilməsi nəticəsində təlimin ümumi və xüsusi məqsədlərinə nə dərəcədə nail olunduğu, o cümlədən təlimçinin səriştəsi, təlim prosesinin səmərəliliyi və effektivliliyi müəyyənləşdirilir.

Təlim prosesinin keyfiyyətinin və dinləyicilərin nailiyyətlərinin yekun qiymətləndirilməsinin nəticələri sonrakı fəaliyyətin planlaşdırılmasına, kursun məzmununun və təlim metodlarının təkmilləşdirilməsinə, həmçinin mövcud olan resurslardan istifadə edərək səmərəli tədris üçün strategiyaların tətbiqinə kömək edə bilər.

4.2.Sertifikatların verilməsi. Qaydanın 2.9.3 bəndinə müvafiq olaraq yekun qiymətləndirmə dinləyicilərə müvafiq sertifikatların verilməsi ilə başa çatır. Sertifikatda modulun adı, proqramın adı, təlim saatları, müvafiq kreditlərin sayı, təlimçinin və ixtisasartırma müəssisəsinin adı qeyd olunur.

Qaydanın 2.9.3 bəndinə müvafiq olaraq sertifikatın surəti və toplanılan kreditlər haqqında məlumatlar hər bir müəllimin şəxsi işinə əlavə edilir. Sertifikatların dərəcəsi və toplanılan kreditlər müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı nəzərə alınır.
 

5.MODULLAR ÜZRƏ PROQRAMLAR ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 



 
3 Əlavə təhsil müəssisələri tərəfindən aşağıdakı nümunəvi proqramlar təklif edilə bilər:
fəal və interaktiv təlim;
tənqidi təfəkkür;
inklüziv təhsil;
İKT (ilkin səviyyəli, orta səviyyəli, mürəkkəb səviyyəli);
klinik müşahidə;
çoxşaxəli əqli bacarıqlar;
təhsilin keyfiyyətinin tənzimlənməsi;
layihənin idarəolunması;
gərginliyin və dəyişikliyin tənzimlənməsi;
peşəkar özünütəkmilləşdirmə və vəzifədə irəliləmə üsulları; emosional düşüncə:
emosional düşüncənin inkişaf etdirilməsi strategiyaları;
məktəb bir təşkilat kimi; təhsil qanunvericiliyi və etikası;
pedaqoji alternativlər; məktəb kurikulumunun tərtib və tətbiq edilməsi, dəyərləndirilməsi;
tədris/təlim nümunələri və strategiyaları; mədəniyyətlərarası təhsil;
kurikulumdankənar tədbirlərin pedaqogikası;
böyüklər üçün psixo-pedaqogika; pedaqoji tibb/səhiyyə;
məktəb və icmalar; təhsil və mədəniyyət:
Azərbaycanda pedaqoji fikir tarixi;
Azərbaycanda və dünyada müasir təhsil təmayülləri;
beynəlxalq təhsilin müqayisəsi: sistemlər, üsullar;
gənc müəllimlər üçün metodologiyalar və s.
Bu proqramlar daha çox dinləyicilərin tələbatlarına uyğun olmalı və onların həcmi 30 təlim saatından çox olmamalıdır.

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

 








Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Ümumtəhsil məktəblərinin direktorlarının əmək funksiyası  ( Yeni TİVTSK-dan )

Ümumtəhsil məktəblərinin direktorlarının əmək funksiyası ( Yeni TİVTSK-dan )

Bu gün müəllimlər imtahan verib

Bu gün müəllimlər imtahan verib

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təhsilin məzmunu

Təhsilin məzmunu

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi