Xəbərlər, Ekspert
26 may 2018
326

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

 


Azərbaycanda ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirilə bilər. Qeyd edək ki, bununla bağlı "Təhsil haqqında" qanuna yeni dəyişikliklərin edilməsi təklif olunur. Qanuna təklif edilən dəyişikliklərə görə, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Təklif edilən əlavədə qeyd edilir ki, doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə reallaşdırılır.
Yeri gəlmişkən, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə göstərilib ki, Azərbaycanda universitetlərin nəzdin-də 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılması nəzərdə tutulur. Sənəddə qeyd olunub ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pe-daqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq. Peşə təhsili müəs-sisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq.
 
Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi və onların bilik və bacarıqlarının artırılması, yeni müəllim heyətinin peşə təhsili və təlimi prosesi-nə cəlb edilməsi ilə bağlı tədbirlər dəstəklənəcək. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin potensialı və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ixtisasının artırılması, prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunma-sı üçün zəruri tədbirlər həyata keçiriləcək. Həm işəgötürənlər, həm də onların tədris prosesinə cəlb ediləcək mütəxəssisləri üçün müvafiq həvəsləndirici və stimullaşdırıcı tədbirlər müəyyən ediləcək.

Xatırladaq ki, sözügedən Yol Xəritəsinə uyğun olaraq 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, "Təhsil haqqında"qanuna əlavə ediləcək hər bir dəyişikliyin geniş müzakirəyə ehtiyacı var: "Əgər diqqət yetirsək açıq- aydın görünür ki, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklər əsasən təhsil müəsisələrinin səlahiyyətlərinin artırılmasına, əgər belə demək mümkündürsə, bir növ zamanın qabaqlanmasına hesablanıb.
 
Məktəbəqədər təhsilə artıq əvvəllərdə olduğu kimi 3 yaşdan deyil, 1 yaşdan qəbul, 6 yaşı tamam olmayan uşaqların da məktəbə daha erkən cəlbı, müəllimlərin diaqnostik qiymətləndirilməsi hələ axıra qədər başa çatdırılmadığı halda sertifikasiya məsələsinin ortalığa atılması, orta ümumi təhsilin hər üç səviyyəsində dövlət təhsil müəssisələrinə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququnun verilməsi, o cümlədən də ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirmək səlahiyyətlərinin verilməsi və s. bu kimi dəyişikliklər o qədər də real və ümidverici görünməməklə bərabər, gələcəkdə özünü doğruldub-doğrultmayacağı da sual altında qalır.
 
Heç də az şahidi olmamışıq ki, Milli Məclis sona qədər düşünülməmiş qəbul etdiyi qərarlarını dəfələrlə dəyişib. Digər tərəfdən, ötən ilin dekabrında Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunların ali məktəblərin eyni ixtisaslarına Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna biləcəkləri barədə də təklif verilmiş, bunu "Təhsil haqqında" qanunda və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin fasiləsizliyinin təmin edilməsi müddəasının olması ilə əsaslandırmışdılar. Halbuki, bunun üçün ilk növbədə ali məktəb və kolleclərin ixtisaslarının unifikasiyası başqa sözlə, kollecdəki ixtisasla ali məktəbdəki ixtisasın adı eyni olması tələb olunur.

Ümumiyyətlə, istər təklif olunan forma- ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində, istərsə də ali təhsil müəssisələrinin nəzdində kolleclərin fəaliyyət göstərməsi təcrübəsi dünya ölkələrində çoxdan mövcuddur. Bizdə də son illər bir neçə kollec universitetlərin nəzdində fəaliyyətə başlayıb. Hesab edirəm ki, müvafiq qaydalar hazırlanıb ictimailəşdirilmədən, ümumi ictimai rəy öyrənilmədən, bunun pedaqoji və psixoloji cəhətləri əsaslandırılmadan, işlək mexanizminin olub-olmamamasına tam əminlik yaranmadan, təkcə kimin və ya kimlərinsə təklifi əsasında qəbul olunan hər hansı bir qərar uzunömürlü ola bilməz. Ümumiyyətlə, qanuna əlavə ediləcək hər bir dəyişikliyin geniş müzakirəyə ehtiyacı var".

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

 

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

 








Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Qəbul qaydaları dəyişdirilir

Qəbul qaydaları dəyişdirilir

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Mövcud qanunvericilikdə isə belə göstərilib

Mövcud qanunvericilikdə isə belə göstərilib

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Bu müəllimlər imtahan verəcək

Bu müəllimlər imtahan verəcək

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur