Xəbərlər, Manşet
24 may 2018
12059

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
 
Layihə barədə adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli məlumat verib.
 
Onun sözlərinə görə, dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni - 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.
 
Maddəyə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
 
İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də, azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.
 
Eyni zamanda, iclasda "Təhsil haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.
 
Dəyişikliklərə əsasən, Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır. Bununla bağlı "Təhsil haqqında” qanunun 26-1-ci (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) maddəsində dəyişiklik edilir.
 
Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
 
Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
 
Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bununla yanaşı, Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklif edilir. 
 
Yəni, "Təhsil haqqında” qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
 
Digər dəyişiklik isə maddənin 12-ci bəndinin ləğv edilməsidir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
 
İclasda iştirak yeni təhsil naziri Ceyhun Bayramov bildirib ki, 2014-cü ildən etibarən təhsil sistemində müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb:
 
"Bu, bir neçə mərhələni əhatə edib. Əvvəlcə Bakı şəhərini, sonra isə bölgələri əhatə edən bu proses artıq başa çatıb. Qeyd edim ki, bu proses ölkədə təhsilin inkişafı prosesinə də öz müsbət təsirini göstərib və bundan sonra da göstərəcək”.
 
Ölkədə sertifikasiya sisteminin uğurlu tətbiqini sözlərinə əlavə edən nazir bunun qanunvericilikdə öz əksini tapmasının müsbət məqam olduğunu söyləyib.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Qəbul qaydaları dəyişdirilir

Qəbul qaydaları dəyişdirilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Mövcud qanunvericilikdə isə belə göstərilib

Mövcud qanunvericilikdə isə belə göstərilib

6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə  gedəcəklər.

6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə gedəcəklər.

Sertifikasiyadan azad olunacaq müəllimlər kimlər olacaq ?

Sertifikasiyadan azad olunacaq müəllimlər kimlər olacaq ?

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

"Bu şəxslərin ali məktəblərə qəbulu ilə bağlı qanunvericilik dəyişdiriləcək" - Ceyhun Bayramov

Bağçalara qəbul yaşı dəyişdirilir

Bağçalara qəbul yaşı dəyişdirilir

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - SİYAHI

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - SİYAHI

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...

Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Prezident İlham Əliyev  təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb

Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb