Xəbərlər / Manşet
24 may 2018
3 226


"Repçi " müəllim polisə niyə çağrıldı ?

"Repçi " müəllim polisə niyə çağrıldı ?

 


Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi , dərsləri replə "tədris” edən müəllimlikdən daha çox şou aləmə meyilli olan Həbib Əlizadənin məktəb direktoru tərəfindən polisə şikayət olunması ilə bağlı xəbər facebook  sosial şəbəkəsində olan bir çox təhsil qruplarında və elektron mətbuatda yayılmışdır.

Gəgiran kənd tam orta məktəbin tarix müəllimi Həbib Əlizadə özünün  facebook hesabından paylaşdığı məlumatı sizə çatdırırıq :

"Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov (şəkildəki şəxs) məni polisə şikayət edib
(Paylaşıb dəstək ola bilərsiz)

 


Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və mənim haqqımda məktəb direktoru tərəfində təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum.
Səbəbini soruşdum. Dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan.
Əslində isə vəziyyət belədir: Demək şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər.

Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik.
Fəalliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam.

Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb.
Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam.”

 Aztehsil.com saytına daxil olan məlumata əsasən Həbib Əlizadə məktəbin 30-a yaxın  V-XI siniflərində təhsil alan oğlan və qız şagirdlərindən  müxtəlif məbləğdə pul toplayaraq onları guya  1-2 iyun 2018-ci il tarixlərində  qatarla Bakı şəhərinə ekskursiyay aparacağı ilə bağlı valideyinlərdən etirazlar məktəb direktorunun ünvanına  daxil olduqdan sonra , məktəb direktoru Ziyafəddin Cavadov müəllim Həbib Əlizadəni xidməti kabinetinə dəvət edərək  atdığı addımın ucqar dağ kəndində yerləşən məktəbin nizam-intizam qaydalarına  və Təhsil İşçilərinin Etik Davranış Qaydalarına zidd olması ilə bağlı irad bildirib ,məsələ ilə bağlı izahat istəyib .

Həbib müəllim izahat yazmaqdan imtina edərək , şagirdləri hökmən Bakıya aparacağını israrla qeyd edib. Valideyinlərin, məktəb kollektivinin etirazlarını nəzərə alan məktəb direktoru  baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə Lənkəran RPŞ-nə vəziyyət ilə bağlı təqdimat göndərib.

Həbib Əlizadə isə Rayon Polis Şöbəsində və Rayon Təhsil Şöbəsində məsələyə aydınlıq gəlməmiş məsləni ictimailəşdirməklə əslində özünün qeyri-qanuni əməlini ört-basdır etmək ,məktəb kollektivinin nüfuzuna xələl gətirmək özünə xarakterik olan yola üstünlük vermişdir.

Aztehsil.com saytı olaraq məsələni diqqətdə saxlayacağıq.Qarşı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq.
 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."

Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - ŞOK İDDİA-FOTO

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - ŞOK İDDİA-FOTO

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Gündə 6-7 saat məktəbə piyada gedən müəllim- “NİVA”dan imtina etdi

Gündə 6-7 saat məktəbə piyada gedən müəllim- “NİVA”dan imtina etdi

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”