Xəbərlər / Valideyn / Müəllim / Səhiyyə
23 may 2018
3 370


Göz həkimi deputatı dəstəklədi

 

 
"Olimpiadada iştirak edən 300 şagirddən 120-sinin gözündə eynək var idi.
 
Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə, biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.

Bu sözləri Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

Bəs son zamanlar uşaqlarda, xüsusən də, zehni fəaliyyətə daha çox yer ayıran gənclərdə yaranan göz problemlərinin səbəbi nədir?

AzEdu.az-a açıqlamasında oftalmoloq Günay Əliyeva bildirib ki, Zahid Orucun dediyi say böyük göstəricidir. Onun sözlərinə görə, göz qüsurlarının yaranmasında valideynlərin günahı çoxdur:

"Uşaqlara gün ərzində planşet, kompüter, telefon veririk. Onların məktəb yükü normadan çoxdur. Uşaq bütün günü yaxına baxır, belə olduqda əzələlərin spazmına səbəb olur  və qüsurun yaranmasına şərait yaranır. Dərsi oxuyub bitirdikdən sonra  havaya çıxılmır, yeməyə, qamətə fikir verilmir. Bir sözlə gün ərzində gözün gigiyenasını qorumuruq. Valideynlər uşaqlardan bunu tələb etmir. Bundan əlavə onlara mobil telefon veririk. Bu, gözün yaxına yükünü daha da artırır. Bizim gözümüz uzağa baxdığı kimi yaxına da baxmalıdır.Amma uşaq bütün gün yaxına baxır. Göz əzələləri fizioloji olaraq quruluşunu dəyişir, başlayır uzağı zəif görməyə.

Genetik faktorlar da var. Əgər genetik meyillilik varsa, buna şərait yaradılır və zəifləmə olur. Biz istəyirik ki, uşağımız hər şeyi bilsin.Yaşına uyğun olmayan  yüklər veririk. Bu da qüsurun yaranmasına gətirib çıxarır. Qlobal bir problemdir. Oxumaq lazımdır. Amma uşaqları idmana qoymuruq, təmiz havada gəzdirmirik, yeməklərimizi xüsusi rasionlara uyğun vermirik. Bunların hamısı  gözə təsir edir. Uşaq 3 yaşında planşetlə oynamasa da olar, amma biz onu veririk ki, uşağın səsi gəlməsin. Son zamanlar qüsurlarla bağlı müraciətlər çox olur. Əgər nəsildə, ana-atada gözlərində zəiflik varsa,biz bilməliyik ki, uşaqda 50% yaranma riski var. Ona görə uşağı artıq 1 yaşında həkimə göstərmək lazımdır. 6-7 yaşını gözləmək lazım deyil”.

Göz həkimi deputatı dəstəklədi

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Uşağı hələ də danışmayan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı hələ də danışmayan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ