Xəbərlər / Valideyn / Müəllim
20 may 2018
3 807


“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ


 

 

 
Bu gün I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir. I qrup digərlərindən aşağı ballara uyğun  ixtisasların çox olması ilə fərqlənir.


 2017-2018-ci tədris ili üçün olan qəbulda isə bu qrupun minimal keçid balı 150 olub. Bəs, ali məktəblərə 200 və daha aşağı balla qəbul olanlar ali tədris prosesində necə nəticə göstərir, əsas hansı çətinliklərlə üzləşirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Dövlət Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev yüksək bal toplayanların digərləri ilə müqayisədə I qrupda az müşahidə olunduğunu deyib:

 "Yüksək bal toplayanlar əsasən, humanitar ixtisasları seçirlər. Növbəti yerdə isə II və IV qrup ixtisasları gəlir. Yüksək bal toplayanların sayına görə I qrup sonuncu yerdədir. Aşağı bal toplayan tələbələr bütün universitetlərdə müşahidə olunur. Bəzi ixtisaslarda keçid balı 500 olursa, digərlərində 200-300 olur. Keçid balını plan yerlərinə əsasən təyin olunduğuna görə minimal balı elə tələbələr özləri müyyənləşdirirlər”.

 Onun sözlərinə görə aşağı balla qəbul olanların bəziləri ali məktəb fənlərini məninmsəməkdə çətinlik çəkir, bəziləri isə hətta universiteti qırmızı diplomala bitirirlər:

 "Onların bizi nə dərəcədə qane etməsinə gəldikdə isə deyə bilərəm ki, texniki sahədə olan tələbələrin potensialı yüksək olmalıdır. Bu uşaqlar xüsusilə də riyaziyyatda mükəmməl olmalıdırlar. Yaxşı olardı ki, kimya bilikləri də qənaətbəxş olsun. Əgər bu uşaq 200 bal toplayıb və riyaziyyat, fizika, kimya kimi fənlərdən cəmi 3-5 sualı düzgün cavablaya bilibsə,  onun zəif olması təbii ki, bundan sonrakı təhsilində də özünün göstərəcək. Onlar əsasən  riyaziyyat, fizika kimi fənlərdən kəsilir, universitetdə tədris olunan digər fənləri mənimsəməkdə çətinlik çəkirlər. Amma nə etmək olar? Universitet olaraq bizim öhdəmizə düşən onlardan mütəxəssis yetişdirməkdir. Zaman-zaman kəsilənlər olur. Amma universitet professorunun  vəzifəsi odur ki, lazımi biliyi necə olur olsun tələbəyə anlatsın.  Aşağı balla qəbul olunan tələbənin universiteti qırmızı diiplomla bitirməsinin də şahidi olmuşuq.  Yəni istənilən halda bizim vəzifəmiz onlara gərəkən bilikləri ötürərək mütəxəssis yetişdirməkdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov isə neçə bal toplamasından asılı olmayaraq hamıya eyni qaydada dərs keçirildiyini bildirib:

"2016-2017-ci tədris ilində Azərbaycan Neft və Sənaye Universitetinə orta qəbul balı 436 olub . 2017-2018-ci tədris ili üçün olan qəbulda isə artaraq 439 bal olub. I  ixtisas qrupu üzrə keçirilən imtahanlarda 500-dən yuxarı bal toplayan abituriyentlərin 40 %-dənçoxu,  600-dən yuxarı bal toplayanların  isə 30%-i ADNSU-ni seçiblər. Aşağı balla qəbul olanlara gəldikdə isə hamıya eyni, standart qaydada dərs keçirilir. Universitetə qəbul olunduqları bala uyğun olaraq təqüd  alırlar. Semestr imtahanlarından sonra isə bu, imtahan göstəricilərinə əsasən müəyyən olunur”.

 

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayanlar  hansı  bölgələrdən   olduğu  açıqlandı.

Yüksək bal toplayanlar hansı bölgələrdən olduğu açıqlandı.

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?