Xəbərlər
16 may 2018
467

Biləsuvarda şagirdin ölüm səbəbi məlum olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Biləsuvarda şagirdin ölüm səbəbi məlum olub

 

Biləsuvar rayonunda məktəbdə şagird Əliyar Hüseynlinin ölümünün ilkin səbəbi məlum olub.

Aztehsil.com-un  məlumata görə, onun ölümünə qıcolma səbəb olub. 

Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib, onun dili qatlanıb, daha sonra isə vəfat edib. 

***

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

Aztehsil.com apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb. 

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib. 

Faktla bağlı araşdırma aparılır.




Aztest.info



Whatsapp'ta Paylaş

loading...