Xəbərlər
15 sentyabr 2016
6 101


ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
Sentyabr ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bilik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin ADPU-dakı abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını ifadə ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək universitetin professor-müəllim heyətini və tələbə kollektivini, xüsusilə də, bu il universitetə qəbul olunmuş I kurs tələbələrini və onların valideynlərini Bilik Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. 
Rektor çıxışında bildirib ki, ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini çox yüksək qiymətləndirərək demişdir: "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı və diqqət göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. 
Həmçinin ölkəmizdə təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, millət vəkili, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük xidmətlər göstərir. 
Rektor Cəfər Cəfərov qeyd edib ki, ölkəmizdə pedaqoji kadr hazırlığında baza ali məktəb hesab edilən ADPU 95 illik fəaliyyəti ərzində təhsilin inkişafına mühüm töhfələr vermişdir.
Yeni tədris ili ölkəmizin böyük və tanınmış ali təhsil müəssisələrindən biri olan ADPU üçün uğurlu göstəricilərlə başlayıb. Belə ki, builki tədris ilində ali təhsilin bakalavriat səviyyəsində ADPU-nun Azərbaycan bölməsinə 2090 nəfər, rus bölməsinə isə 230 nəfər olmaqla bütövlükdə 2320 nəfər tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu. 1258 nəfər dövlət sifarişi əsasında, 896 nəfər isə ödənişli əsaslarla qəbul olunublar. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 nəfər tələbə qəbul olunub. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 nəfər qəbul olunub. Onlardan 164 nəfəri dövlət sifarişi əsasında, 239 nəfəri isə ödənişli əsaslarla qəbul olunublar. Yeni tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə universitetə qəbul olunmuş tələbələrin təxminən 80%-ni təşkil edib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma faizi 97,18%-i təşkil edib. Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42%-i təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. Bütövlükdə isə bu il ali təhsilin həm bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəricilər əvvəlki illərlə müqayisədə xeyli yaxşıdır. 
Bu il ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılacaqdır. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektvliyi təmin etməkdir. 
Tədbirdə çıxış edən Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov universitetə qəbul olmuş tələbə-gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, müqəddəs və şərəfli müəlllim adını doğrultmağı tövsiyə edib.
Tədbirdə universitetə yüksək balla qəbul olan gənclərə tələbə biletləri təqdim edilib. Məlumat üçün onu da bildirək ki, rektor Cəfər Cəfərov sentyabrın 15-də həm də ADPU-nun 2,3,4 nömrəli tədris korpuslarında Bilik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edərək tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, sentyabrın 15-də ADPU-nun 5 filialında – Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında və ADPU-nun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr edilmiş tədbirlər keçirilib.
ADPU-nun İctimayyətlə Əlaqələr Şöbəsi
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi