Xəbərlər, Valideyn, MÜƏLLİM
14 may 2018
1394

“ Bu təyinat təhsilimizin milli məqsədlər, mənafelər əsasında qurulmasında yeni mərhələ olacaq” – Nadir İsrafilov


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

"Dövlətlər dəqiq elmlər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf etdilər. Mən də fundamental elmlərin cəmiyyətin inkişafında rolunun və əhəmiyyətinin böyük olduğuna əminəm. Ancaq humanitar elmlərin rolu daha böyükdür. Düzdür, dəqiq elmlərin yaratdığı mator, telefon, TV, kompüter və təbabət elminin uğurları danılmazdır, inqilabidir. Humanitar sahədə ixtiralar belə aydın sezilmir. İdarəetmədə qazanılan uğurlar daha möhtəşəmdir”.


Bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərovun ölkə başçısının sərəncamı ilə professor Fərəh Əliyevanın Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə yeni müdir təyin edilməsi ilə bağlı söyləyib.


AzEdu.az xəbər verir ki, təhsil eksperti Nadir İsrafilov bu fikirə münasibət bildirib: 

"Bu fikir Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezitentimizin 15 iyun 1999-cu il tarixli, 168 №-li sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”nda təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılmasını təmin etmək məqsədilə "təhsil proqramlarında humanitar komponenti gücləndirmək, şagird və tələbələrin hazırlığında iqtisadiyyat və hüquq sahəsində biliklərin xüsusi çəkisinin artırılması” barədə mühüm müddəasını yadıma saldı”.


Onu da xatırlatmaq yerinə düşərdi ki, islahatın əsas istiqamətləri müəyyənləşdirilərkən təlim və tərbiyənin məzmununda – milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin dərindən öyrədilməsi və gənclərdə vətənpərvərlik hissinin tərbiyə edilməsinin vacibliyi nəzərə alınmaqla humanitar və sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların tədrisi və tədqiqinin yeni konsepsiyasını hazırlamaq, humanitar və sosial-iqtisadi fənlər üzrə dərsliklərin müsabiqə əsasında hazırlanmasını təşkil etmək - mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. 


Ekspert qeyd edib ki,  "İslahat Proqramı”nda milli ideologiyamıza əsaslanan gənclərimizdə vətənpərvərlik, vətəndaşlıq, torpağa və xalqa bağlılıq hissi aşılayan tərbiyə konsepsiyası yoxluğu əbəs yerə xüsusi olaraq vurğulanmamışdı.


"Təhsil və tərbiyənin məzmununun əsasını təşkil edən təhsil proqramında bu hissləri aşılayan mövzuların olmaması, Azərbaycan tarixi və mədəniyyətinin lazımi səviyyədə öyrədilməməsi onların milli hisslərinə təsir göstərir. 


Ümidvar olaq ki, yeni təyinat təhsil sahəsində dövlət siyasətinin "humanistlik”, "demokratiklik”, "bərabərlik”, "millilik və dünyəvilik”, "keyfiyyətlilik”,  "səmərəlilik”, "fasiləsizlik, vəhdətlik, daimilik”, "varislik”, "inteqrasiya” kimi əsas prinsiplərinin daha uğurla həyata keçirilməsində,  "həyatımızın ən gərəkli, ən mühüm sahəsi” olan təhsilimizin, "milli məqsədlər, mənafelər əsasında qurulması”nda yeni mərhələ olacaq”.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı -

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

“İslahatların davamı qaçılmazdır” -TƏHSİL EKSPERTİ

“İslahatların davamı qaçılmazdır” -TƏHSİL EKSPERTİ

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Nazir:

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

"Təhsil Qanunu"na aid testlər və cavabları