Xəbərlər / Manşet
14 may 2018
3 956

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqları boykot edərək dərslərə getməmək qərarına gəlib. Aztehsil.com xəbər verir ki, bununla bağlı gənc müəllimin özü sosial şəbəkədə paylaşım edib.

Bildirib ki, müəllimlərin İşə qəbul imtahanından 54 balla Astara şəhər 2 saylı orta məktəbə qəbul olub. Elə o gündən də Rayonun Təhsil Şöbəsi və direktorla problemləri başlayıb:

"Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər. Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adllarla pul yığmağa başladılar. Gah deyirlər partalar sınıb, gah deyirlər məktəbi təmir edirik. Gedib baxıram heç nə yoxdur. Bir-iki ay pul ödədim sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər. Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb. Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb”.

Gənc müəllim bütün bunların direktor tərəfindən onun könüllü ərizə yazıb işdən çıxması üçün edildiyini vurğulayıb:

"Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam. Qoy diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”. Qafqazinfo//
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Astara Təhsil Şöbəsinin rəhbəri təqaüfə çıxmış müəllimlərdən rüşvət alaraq yenidən işə qaytarıb

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Məktəbli qızı dəfələrlə zorlayıb, gəlinlik geyindirdi - FOTO

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Müəllimlərə vəd edilən dərs saatından xəbər var

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?