Xəbərlər, Valideyn, MÜƏLLİM
13 may 2018
437

Dərslərə necə hazırlaşmalı?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 


Uşaqların oxumaq həvəsini oyatmaq üçün bunu onlardan "satın" almaq əsla vacib deyil. Onsuzda oxumaq haqqında hətta məktəbdən qabaq da istər müəllimlər və valideynlər məşğul olurlar. Həmişəmi istənilən nəticələri alırıq? Uşaqların nəyə qadir olduğunu bilmədikdə buna necə nail olmaq olar? Bəlkə uşağın başqa iatiqamətə nailiyyətləri daha da effektli uğurlu olar? Belə sualları çox vermək olar. Əsas məsələ bu suallara düzgün, məntiqi cavablar tapmaqdır. "Diaqnozların" düzgün qoyulması işin yarısıdır.
 
Bu diaqnozları kim qoymalıdır? Oxuyub- oxumamaq qərarını bəlkə uşaqların öz öhdəsinə buraxaq? Onların intellektual səviyyəsi buna qadirdimi?
 
Nəinki müsəlmanların mən deyərdim ki, hətta bəşəriyyətin kitabı sayılan müqəddəs "Qurani-Kərim"-də bəzi ayələrdə mənasını açıqlamadan bir neçə şeyi etməyi tövsiyyə, bəzən də tələb edir. Bu ona dəlalət edir ki, başa salınması çətin və ya mümkün olmayan bir çox məsələləri hakim şəkildə icra etdirmək lazımdır. Eləcə də ilk hərfləri düzgün tələffüz edə bilməyən uşağın qərar verməsi nə dərəcə də düzgün olardı? Amma böyüklərin də bu barədə qərar qəbul etməsi məsuliyyət tələb edir. Bir çoxları elə güman edirlər ki, uşağı dərsi əzbərləsə yaxşı olar. Amma onlar unudurlar ki, əzbərləmə sitat və şeirlərə aiddir. Bu mətnin üzərində də uzun-uzadı "oturmaq" düzgün deyil. Bu uşaqları bezdirə bilər. İlkin nəticəni belə qəbul etmək olar ki, uşaqların yaxşı oxuması üçün bir yox, bir neçə amil vacibdir. 

İlkin olaraq bir neçə varianta nəzər yetirək: 

- Ev tapşırığı, dərsdə keçirilənlərin davamı kimi sayılır. Əfsuslar olsun ki, bəzi müəllimlər tapşırığın asan hissəsini dərsdə, çətin hissəsini isə evdə həll olunmasını üstün tuturlar. Onlar belə zənn edirlər ki, evdə şagirdin vaxtı sinifdəkinə nisbətən çox və valideynin köməyi olduğu üçün daha faydalı olar. Halbu ki, ev tapşırıqları sinifdə keçirilənlərin təkrarıdır. Dərsin yaxşı mənimsənilməsi üçün asan ev tapşırıqları daha məqsədə uyğundur. Belə olan halda şagirdlərin səhv etməsi o qədər də qorxulu deyildir. Əksinə bu zaman qısa vaxt ayırıb həmən mətni hamılıqla həll edərək lazımı nəticəni almaq olar. Bu da müəllimlərin öhdəsinə düşür. Əfsuslar olsun ki, bir çox müəllimlər bunu valideynlərin borcu sayılır. Valideynlər də öz növbəsində uşaqlara kömək edərkən nəticəni uşaqla yarı-yarıya bölürlər. Daha yaxşı olar ki, uşaq tapşırığı həll edərkən valideynin köməyini hiss etməsin. 

Uşaqlar yaş və xarakterlərinə uyğun olaraq dərsdə müəllimin dediklərini tam qavramasalar və ya eşitdiklərini tez yaddan çıxarmaslar, evdə tapşırıqların hazırlanmasında uzun vaxt və sərfəli nəticə əldə edilir. Belə hallar o qədər də qorxulu olmasa da bir çox hallarda uşağı bunun üstündə bərk məzəmmət edilir. Hətta danlayarkən köhnə, keçmiş səhvlərini də üzünə vururlar. Uşağı başa salmaq lazımdır ki, tapşırığı həll etmək üçün vaxt və güc sərf olunsa da, namümkün deyil, saədəcə səbr etmək lazımdır. Uşaqların yerinə tapşırıqları, hətta çətinini belə həll etmək qətiyyən olmaz. Bəzən ev tapşırıqları zamanı özümüz də bilmədən uşağa mane oluruq. Tapşırığı həll etmək uşağın öhdəsinə düşürsə, cədvəli tərtib etmək valideynin üzərinə düşür:

Dərsdən gəldin, dincəl, yeməyini ye, dərslərini oxu, dincəl və ya oyna əgər lazımdısa təkrar et, şam yeməyi və yatı istirahət etmək. 

Bu təxmini cədvəli hamıya şamil etmək olmasa da əksəriyyəti üçün yetərlidir. Əlbətdə ki, bir amili yaddan çıxarmaq olmaz. Müəllim və valideyn uşağın intellektual səviyyəsinin birinci növbədə nəzərə almalıdır. Ən qorxulu hal budur ki, bəzi müəllim və əksər valideynlər belə bir üsula əl atırlar: - "Bax, dərslərini yaxşı oxuyursan, qiymətlərin yaxşıdır. Demək sənə hər şey olar. Əksinə pis oxuyursan, aşağı qiymətlərlər alırsan, deməli pissən. Sənə heç nə olmaz". Bu zaman uşaqda belə bir psixologiya əmələ gəlir: "Böyüklər məni yox, nəticələrimi sevir. Mənə belə qiymət verirlər".

Uşaqlarla məşğul olarkən tapşırığı növbələşdirmək lazımdır.Çətin, asan və sairə. Tapşırıqların yoxlanılması müəllim və valideynlərin ümdə vəzifəsi olsa da səhvlərin düzəlişi şagirdlərin öhdəsinə buraxılmamalıdır. Ona harada səhv etdiyini göstərmədən uşaqdan soruş, qoy uşaq özü öz səhvini tapıb onu təkrarən həll etsin. Heç vaxt uşağa deməyin ki, "sənə heç nə olmaz. Sən yaramazsan. Sənin axırın ya fəhlə ya da xadimə olacaq". Bu metodu uşağa onun dərsə marağı azalanda işlədirlər. Belə hal kökündən yanlışdır. Dərsə marağın itməsi ciddi siqnal olsa da bu uşağın təqsiri deyil. Uğursuzluqlar uşağı qorxutduğu üçün onun dərsə marağı azalır. Belə halları yaradan amilləri aradan qaldırmaqla uşağa dərsə marağı bərpa etmək olar. Əsasən də bu zaman uşağın səviyyəsini əsas götürmək vacibdir. Xüsusi olaraq onu vurğulamaq yerinə düşər ki, bu vəzifə Təhsil Nazirliyinin üzərinə düşür. 

İbtidai sinif müəlliminin düzgün seçilməsi əsas və əvəzolunmaz şərtdir. Bu, evin təməlinə qoyulan ilk kərpic kimidir. Düzgün və davamlı. 

Məhz ilk müəllim uşağın və və məktəb arasındakı fərqi minimuma endirir, yəni adaptasiya edir. Uşağın səviyyəsini təyin edir. Ona yanaşma tərzini valideyinə izah edir. Hətta ən aşağı səviyyəli uşağa da məhəbbətlə yanaşır. Belə olan halda uşaq müəllimi sevir, məktəbi ikinci yer kimi qəbul edir. Ədalət naminə desək keçən əsrin 70-ci illərinə kimi bu belə idi. Amma bir məsələ də var ki, o dövrlərdə uşaq valideynin istəyi ilə həyatını qururdusa, indiki zamanda bunu etmək qətiyyən olmaz. Bu texnologiyanın metodikanın kəskin artımı ilə izah olunur. Baxmayaraq ki, əsas bilik dərsdə alınır evdə də təkrarı vacibdir. Bəzən belə hallara da rast gəlirik: - uşağın qavrama qabiliyyəti yüksəkdir, amma psixoloji səviyyəsi əksinə. Bu zaman psixoloqa müraciət etmək vacibdir. Uşaqların kollektivdə böyüməsi də onun səviyyəsinə müsbət təsir edir. Əgər uşaqlar asudə vaxtnda nə ilə isə məşğul olmaq istəyirlərsə bu onlarda yaxşı alınarsa bunu onlara qadağan etməyin. Ev işlərinin görülməsi də uşaqlara aşılamaq lazımdır. Uşaqların bütün istəkləri yox, bəzi arzularını yerinə yetirmək yerinə düşər. Məsələn, bəzi yadda qalan gəzintilər, maraqlı oyunlar, sevimli qonaqlıqlar və s. 

Əlbətdə ki, bütün bunları metodislə və psixoloqla məsləhətləşmək lazımdır. Hər xırda şeyin üstündə uşaqları cəzalandırmaq olmaz. Uşaqların şəxsiyyətini alçaltmaq olmaz. Onları qorxu altında saxlamaq qətiyyən yol verilməzdir. Uşaqları sevin, onlara qayğı göstərin. Unutmayın ki, onlar sizin gələcək arzularınız, ümidlərinizdir. Özünüzü bu səadətdən məhrum etməyin. 

Bir filosof demişdir:- "Uşaqlar düzgün "oxuyurlar", biz onları düzgün başa düşmürük". Uşaqlar ona görə yarı yolda qalır ki, heç kim onlara demir: "Mən sənə inanıram, səndə hər şey alınacaq! Sən bacaracaqsan!" Buradan belə nəticə çıxır ki, uşaqların uğursuzluqları biz müəllimlərin, biz metodislərin, biz psixoloqların və biz valideynlərin səvhlərinin nəticəsidir






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə