Xəbərlər
23 aprel 2018
3 272


“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.

Aztehsil.com xəbər verir ki, imtahanın nəticələri bu gün Mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında) 6172 (520+5652) abituriyentdən 274 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 5896 (305+5591) abituriyentdən 5247 (172+5075) nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.

Qeyd edək ki, abituriyentlərə "Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Aprelin 22-də keçirilən imtahanda "qeyri-məqbul” qiymət  alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) 2018-ci il iyunun 10-da keçiriləcək ikinci "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. 11 apreldən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri də ikinci Azərbaycan dili imtahanında iştirak edəcəklər.

İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri,  A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 24-26 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

“Azərbaycan dili”ndən iki alan abituriyentlərə – XƏBƏRDARLIQ

“Azərbaycan dili”ndən iki alan abituriyentlərə – XƏBƏRDARLIQ

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi