ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 
 ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarov iyul ayının 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baza məktəbi barədə əmr imzalayıb. Əmrdə ümumi təhsil sahəsində nəzəri ideyaların, pedaqoji yeniliklərin və innovativ layihələrin təcrübədə reallaşdırılması, tələbələrin pedaqoji bacarıqlarının formalaşdırılması üzrə eksperimentlərin aparılıb nəticələrin qiymətləndirilməsi və müvafiq inkişafyönlü təkliflərin hazırlanması istiqamətində pedaqoji ali məktəblərlə ümumi təhsil müəssisələrinin işgüzar əməkdaşlığının təmin olunmasına etibarlı zəmin yaratmaq məqsədilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin 2016-2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi hesab edilməsi müəyyən olunub. Qeyd edək ki, bu əmrin verilməsi ölkəmizdə genişlənən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Əmrdə eyni zamanda ADPU-nun və Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin rəhbərliyinin birlikdə həyata keçirilməsi nəzərdə tutulan pedaqoji eksperimentləri və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən Fəaliyyət planını hazırlayıb yerinə yetirilməsini təmin etmələri, əmrlə əlaqədar müəssisələrin nizamnamələrində müvafiq dəyişikliklər aparmaları, görülmüş işlər barədə hesabatlar hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etmələri və digər məqamlar öz əksini tapıb. Onu da qeyd edək ki Təhsil nazirinin bu əmrindən irəli gələn vəzifələrin həlli ilə bağlı iyul ayının 27-də ADPU-da universitetin rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə prorektorların, fakültə dekanlarının, dekan müavinlərinin, aparıcı kafedraların müdirlərinin, struktur bölmələrinin rəhbərlərinin, mütəxəssislərin, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin rəhbərliyinin, müəllimlərinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə maraqlı və səmərəli fikir mübadiləsi aparılıb, əməkdaşlığın yolları və perspektivləri müzakirə edilib. 
Bəs, ADPU-nun baza məktəbi yeni tədris ilinə necə hazırlaşır? Məktəbin direktoru Könül Həsənovanın verdiyi məlumata görə, ötən tədris ili bu təhsil müəssisəsinin kollektivi üçün uğurlu olub. Belə ki, bu il məktəbin 63 nəfər məzununun 57-si yüksək ballarla Azərbaycanın və xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunublar. Onlardan 3 nəfər 650-dən çox, 2 nəfər 600-dən çox, 12 nəfər isə 500-dən çox bal toplayıb. 600-dən çox bal toplayan 3 məzun BDU-nun Hüquq fakültəsinə, 2 nəfər isə ADA Universitetinə qəbul olunub. 
Hazırda məktəb yeni tədris ilinə hazırlaşır. Siniflərin komplektləşdirilməsi və dərsliklərin şagirdlərə çatdırılması təmin edilib. Təhsil müəssisəsində məktəbdaxili təlimlərin keçirilməsi, müəllimlərin informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarıqlarının artırılması və pedaqoji təcrübə mübadiləsi daim diqqət mərkəzində saxlanılır. Pedaqoji heyətin bilik və peşəkarlıq səviyyəsinin artırılması üçün müvafiq tədbirlər həyat keçirilir. 
Qeyd etmək yerinə düşər ki, məktəb Pedaqoji Şurasının yeni tədris ilinin başlanması ilə əlaqədar bu günlərdə keçirəcəyi iclasda adıçəkilən əmrin icrasından irəli gələn vəzifələr, Fəaliyyət planının hazırlanması, ADPU ilə ikitərəfli əməkdaşlıq, qarşılıqlı fəaliyyətin forma və istiqamətləri müzakirə ediləcək. Məktəbin rəhbərliyi və kollektivi bu istiqamətdə səmərəli fəaliyyət göstərmək əzmindədir.
Mənbə : ADPU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsi

xtehsil

loading...

Həmçinin oxuyun:

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

H/N sənədlər
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2016-2017-ci dərs ilinə aid  TƏDRİS PLANI

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

H/N sənədlər
TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

H/N sənədlər
ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Direktor
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Xəbərlər
DİQQƏT !!! Region məktəbləri üçün

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

Xəbərlər
Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

H/N sənədlər
2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

Xəbərlər, H/N sənədlər
ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Xəbərlər
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Xəbərlər
Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

H/N sənədlər
Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

H/N sənədlər
Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

H/N sənədlər
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

H/N sənədlər
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

H/N sənədlər
Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Xəbərlər
Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Xəbərlər
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

H/N sənədlər
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Pedoqojitəcrübə
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Xəbərlər