Xəbərlər, D.Qulluğu
17 mart 2018
373

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb

 

Yanvarın 11-də və 26-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən Aztehsil.com-a bildiriblər ki, 77 dövlət orqanındakı 1.315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibə mərhələsi başa çatıb.

Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib.

DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün bu qurum tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilib.

Obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə, keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılıb. Prosesə ictimai nəzarətin həyata keçirilməsi üçün QHT nümayəndələri də müstəqil ekspert qismində müsahibələrə cəlb olunublar.

Hər kəsə DİM-in saytında müsahibələrin keçirilmə qrafiki və nəticələri bölməsində nəticələrlə, ayrıca olaraq dövlət orqanı, vakant vəzifə və müsahibədə uğur qazanmış namizədlərin siyahısı ilə (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=2 , http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=3), eləcə də dövlət orqanları üzrə ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=2, http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=3) tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, yanvarın 11-də və 26-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə 902 müsahibə keçirilib. Bunlardan 321 müsahibə üzrə namizədlər iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 575 müsahibədə isə namizədlər vəzifəyə uyğun hesab olunmayıblar. Altı müsahibənin nəticəsi etibarsız sayılıb, 485 müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlər müsahibələrdə iştirakdan imtina edib, 412 müsahibə isə namizədlərin müsahibəyə gəlməməsi səbəbindən baş tutmayıb.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf edilib. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə regionlarda da keçirilib və bu məqsədlə DİM-in, dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunublar.

Növbəti həftə fevralın 7 və 8-də elan edilmiş müsahibələrdə iştirak üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan olunacaq. Müsahibələrə qatılmaq istəməyən namizədlər qrafik elan olunandan sonra müsahibə tarixinə bir gün qalmış, səhər saat 10:00-dək müraciətlərini http://eservices.dim.gov.az/dqq/Home/Login linki vasitəsilə ləğv edə bilərlər.Azedu//






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
DİM-dən sui-istifadə edən namizədlərlə bağlı bəyanat

DİM-dən sui-istifadə edən namizədlərlə bağlı bəyanat

Dövlət qulluğuna qəbul üçün müsahibədə 9 nəfər uğurlu hesab edilib

Dövlət qulluğuna qəbul üçün müsahibədə 9 nəfər uğurlu hesab edilib

Dövlət qulluğuna qəbul üzrə müsahibədən 18 namizəd uğurla keçib

Dövlət qulluğuna qəbul üzrə müsahibədən 18 namizəd uğurla keçib

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək

Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

DİM müsahibə vaxtını açıqladı

DİM müsahibə vaxtını açıqladı

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib