Xəbərlər / Abituriyent
16 mart 2018
28 907

FHN Akademiyasında oxumaq istəyənlərin nəzərinə!

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir.

FHN-dən Aztehsil.com -a bildiriblər ki, Akademiyada fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsilin müddəti dörd ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqla təchiz edilmiş təlim mərkəzi, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsinə verilir.

Məzunlara ixtisaslar üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi və ilkin zabit rütbəsi verilir. İlkin zabit rütbəsi verilmiş məzunlar Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumlarında uyğun vəzifələrə təyin olunurlar.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyaya qəbul olmaq istəyən namizədlər boyu 170 santimetrdən az olmayan, 17 yaşını bu il sentyabrın 15-dək tamamlamış, orta məktəbin buraxılış sinfində oxuyan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş və sentyabrın 15-dək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Sənədlər sənəd qəbulu komissiyası tərəfindən aprelin 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından almaq mümkündür (FHN-in sənəd qəbulu komissiyasının əlaqə telefonları: (012 512-41-61; 012 512-41-20).Azedu//
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

DİM: Magistraturaya plan yerləri 80.92% dolub